Ukrayna ordusu bu tarixdə əks-hücuma keçəcək

Ukrayna ordusu kifayət qədər döyüş sursatı və şəxsi heyəti olduğu halda bütün cəbhə xətti boyunca hücuma keçə bilər. Sozcu.az xəbər verir ki, bunu "Aydar" batalyonunun keçmiş tağım komandiri Yevgeni Diki deyib. Onun sözlərinə görə, Ukrayna bir ay, ya da ay yarımdan sonra cəbhədə fürsət pəncərəsi açacaq: "Cəbhədə iki kritik problemimiz var idi: sursat və kadr çatışmazlığı. Ordumuzda iriçaplı sursat çox qıt idi. Bu problem artıq demək olar ki, həll olunub, çünki döyüş sursatları artıq cəbhəyə gedib. Və bunu artıq birbaşa cəbhədə müşahidə etmək olar. Artilleriya yenidən işə başladı və canlandı".

İstanbul boğazı bağlandı: 301 gəmi gözləyir

Duman səbəbindən gəmilərin İstanbul boğazından tranziti hər iki istiqamətdə dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi məlumat yayıb. Qeyd edilir ki, hazırda boğazı keçmək üçün növbədə 301 gəmi var.

746-cı gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 746-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 424 060 hərbçi, 6 731 ədəd tank, 12 850 ədəd zirehli döyüş maşını, 10 466 ədəd artilleriya sistemi, 1015 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 709 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 752 ədəd avtomobil texnikası, 8 082 ədəd PUA, 1 919 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 672 xüsusi avadanlıq itirib.

Rusiyanın daha bir nəhəng təyyarəsi məhv edildi

Rusiyanın Q.M.Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksinə PUA hücumu nəticəsində A-50 kəşfiyyat təyyarəsinə ciddi ziyan dəyib. Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı deputat Aleksey Qonçarenko məlumat yayıb. “Taqanroq təyyarə zavodu və modernizasiya üçün orada olan A-50 təyyarəsi Ukrayna Silahlı Qüvvələrinin səhər zərbələri nəticəsində məhv edilib. Bu məlumatı mənə təsdiqləyiblər”, - Qonçarenko bildirib. Ukrayna tərəfi rəsmi olaraq açıqlama verməyib.

Dani Alveş intihar etdi? - Təkzib olundu

02:05 Dünyaca məşhur braziliyalı ulduz futbolçu Dani Alveşin intihar etdiyi iddia olunur. Sozcu.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatında məlumat yayılıb. İddiaya görə, Alves həbsxanada özünü öldürüb. Qeyd edək ki, Alveş cinsi təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. "Barselona" klubu isə Alveşi "əfsanələr" siyahısından çıxarıb. *** İspaniya mediası Barselonadakı mənbələrinə istinadən Dani Alveşin intihar etməsi haqda xəbərin yalan olduğunu yazıb. Məlumata görə, Barselonadakı Penitensiar Mərkəz Alveşin ölüm xəbərini təkzib edilib.

Bakıda 26 yaşlı gənc qətlə yetirildi

Martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Arif oğlu Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd edilir ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

İspaniya rəsmən Fələstinin müstəqilliyini tanıya bilər

İspaniya Fələstinin müstəqilliyini rəsmən tanıya bilər. Sozcu.az xəbər verir ki, bu barədə İspaniya Baş naziri Pedro Sançes bildirib. O qeyd edib ki, ölkə parlamentinə Fələstin dövlətinin İspaniya tərəfindən tanınmasını təklif edəcək.

TV-lərə yerləşən “bombalar” - Xoşqədəm və zaurların “zibil seli” nə vaxt dayandırılacaq?

Təəssüf ki, barmaqla sayılası bu müsbət dəyişikliklər ölkədə televiziyaların imicini dəyişmir. Çəkilən əziyyyətlər, xərclənən pullar sanki boşuna gedir. Çünki vitrində ciddi verilişlər deyil, sosial problemləri şouya çevirən, insan həyatından tamaşa düzəldən proqramlar daha çox gözümüzü deşir. “Biz yüzlərlə işçiyə maaş vermək üçün maarifləndirici deyil, gəlir gətirən şou proqramlara üstünlük verməliyik” kimi absurd bəhanələr isə çıxış yolu deyil. Sadaladığımız və sadalamadığımız nümunələr, qonşu Türkiyə və Rusiya telekanallarının təcrübəsi isə göstərir ki, düşük, bayağı, cəmiyyəti deqradasiyaya sürükləyən, onun dəyərlərini, ailə institunu zədələyən şou proqramları eyni janrda hazırlanan, maraqlı, səviyyəli şou proqramlarla əvəzləmək və reytinq qazanmaq mümkündür.  Bəs, bunun əvəzində bizə - 10 milyonluq auditoriyaya nə təqdim olunur? Bu sual məşhur Amerika kinorejissoru Vudi Allenin sözlərini yada salır: "Los Ancelesdə artıq zibilləri tullamırlar. Onları televiziya şoularında yenidən emal edirlər". Doğrudan da bu gün Xoşqədəm Hidayətqızının, Elgiz Əkbərin, Zaur Bəxşəliyevin, Lalə Azərtaşın, Tolikin və başqalarının hazırladığı dedi-qodular, vulqar söhbətlərlə dolu, bayağı, şit hərəkətlərin, cəmiyyətə açıq hörmətsizlik ifadə edən ikrahdoğurucu davranış tərzinin bəzədiyi verilişləri izləyəndə Vudi Allenin sözlərini təsdiqləməmək olmur: Bu aparıcılar illərdir ki, xalq arasındakı məşhur ifadə ilə desək, "zibildən konfet düzəldib" Azərbaycan tamaşaçısına sırımaqla məşğuldurlar. Ən dəhşətlisi isə odur ki, bu aparıcılar, onların çalışdıqları telekanal rəhbərləri evlərimizə axıtdıqları bu "zibil seli"nə görə utanıb-çəkinmədən bizləri - tamaşaçıları, bütövlükdə cəmiyyəti günahlandırırlar. Guya, cəmiyyət səviyyəsiz və zövqsüzmüş... Xoşqədəm, Zaur və Elgiz isə səviyyəli aparıcılar kimi bu cəmiyyətə onun istədiyini verir!  Əslində, nə baş verir: Adını çəkdiyim aparıcılar on illərdir ki, Azərbaycan cəmiyyətindəki ən neqativ hadisələri, ən pis nümunələri, "meşə çaqqalsız olmaz"dakı çaqqaları, yəni bütövlükdə xalqımız üçün xarakterik olmayan, istisnalıq təşkil edən fərdləri, tipləri, ailələri, onların bütün pis əməllərini, mənfi cəhətlərini efirdən nümayiş etdirirlər. Psixi problemli psixoloqları, hüquqa hayqırı olan hüquqşünasları, ziyasız ziyalıları... ekspert kimi təqdim edirlər, nümunə kimi göstərirlər, onların məsələlərə münasibətini aksioma kimi sırıyırlar. Təsəvvür edin, bu proses həftənin 5-6 günü, illərlə davam edir və ekranın bu üzündə - cəmiyyətdə, ailələrdə, yeniyetmələrdə, uşaqlarda, onların düşüncəsində hansı effekti doğurur?  Bəzən KİV-ləri, televiziyaları silahlarla müqayisə edirlər. Bu analogiyanı əsas götürüb müqayisəni davam etdirsək, deyə bilərik ki, Zaurun, Xoşqədəmin, Elgizin aramsız olaraq cəmiyyəti "atəşə tutduqları" silah zəhərli silahdır! O, dərhal öldürmür, ailələrin, fərdlərin, yeni nəsillərin mənəviyyatını, düşüncəsini zəhərləyir, onları, bütövlükdə cəmiyyəti şikəst edir, əxlaqsızlıqdan tutmuş boşanmalara, məişət zorakılıqlarından başlamış qətillərə qədər yeni-yeni sosial bəlalara, faciələrə gətirib çıxarır... Aydındır ki, tamaşaçı zövqünü və dünyagörüşünü zəhərləyən bu verilişlərə efir verən TV rəhbərlərinin məqsədi yüksək reytinq və pul qazanmaqdır. Amma bu nəyin hesabına başa gəlir? Cəmiyyətin sağlam düşüncə tərzi, mənəvi ovqatı, gənc nəslin psixologiyasının sarıslması, ümumən mənəvi idealların ucuzlaşması, məhv olması hesabına! Bizim televiziyalar, onun ən reytinqli verilişləri insanları nəyə inandırmaq yarışına girişiblər? Elgiz, Zaur və Xoşqədəm gənc ailələrin, yeni nəslin şüuruna hansı informasiyaları ötürür, onları nəyə inandırır? Bu verilişlərin cəmiyyətə təqdim etdiyi "qəhrəmanlar" kimlərdir? Ata-anasını atan övladlar, ailəsini, uşaqlarını tərk edən valideynlər, zorla ərə verilən qızlar, həyat yoldaşına xəyanət edən kişilər və qadınlar, gəlinlərini döyən qayınanalar və s. Gənc bir ailə, hansısa yeniyetmə belə nümunlərin, bu cür efir siyasətinin, təbliğatın, telepressinqin qarşısında necə tab gətirsin, bütün bunların təsirinin altına necə düşməsin?  Media, sosial şəbəkələr, ziyalılar, universitet auditoriyaları və s. cəmiyyətin indikatorlarıdır. Bütün bunların Xoşqədəm, Zaur və Elgizlərə münasibəti, onların cəmiyyətimizə sarsıdıcı zərbə vurduğu haqqında rəy və qənaətləri ortadadır. İllərdir hamı narazıdır. Amma bu rəy və qənaətlərin səsləndirilməsi Don Kixotluqdan başqa bir şey deyil. Çünki adını çəkdiyim aparıcıların "qaydasız döyüşləri" davam edir: tez-tez bu proqramlarda şəxsi həyatın toxunulmazlığı, telejurnalistikanın prinsipləri, peşə etikası qaydaları pozulur, mənəviyyatsızlıq təbliğ edilir.  Amma bu nə qədər davam edəcək? Axı bu "zibil seli" həm də TV rəhbərlərinin, bu sahədə müəyyən parlaq layihələr həyata keçirənlərin əməyinə axır... Bu, axı onların öz imicinə, ən çox önəm verdikləri bizneslərinə də zərbədir. Bu verilişlər əslində televiziyaların içərisinə yerləşdirilən bombadır, qısa müddətdə zərərsizləşdirilməsə, mütləq partlayacaq. İndiyə kimi cəmiyyətə mənəvi zərbələr endirən bu bombaların fiziki zərbəsi ilk növbədə TV-lərə rəhbərlik etmiş şəxslərə dəyəcək. Odur ki, nə qədər gec deyil, vitrininizdən zibilləri yığışdırın. Yığışdırın ki, həyətinizdəki gül-çiçəklər görünsün. Mahiyyətiniz aydınlaşsın, işıqlı, istedadlı adamların sağlam düşüncələri cəmiyyətimizə işıq saçsın.... Zahid Baku Post

Ələsgər Məmmədli ilə bağlı qərar verildi

“Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Ələsgər Məmmədli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində təqdimata baxılır.

Azərbaycanın məşhur iş adamının oğlu özünə qəsd etdi

Azərbaycanda tanınmış iş adamının oğlu intihar edib. Manset.az-ın əldə etdiyi məlumata görə, tanınmış iş adamı, tikinti maqnatı Əvəz Şükürovun oğlu Rəmzi Şükürov sirkə içərək intihar edib. O, üç gün xəstəxanada qaldıqdan sonra bu gün vəfat edib. Onun hansı səbəbdən intihar etdiyi bəlli deyil. Rəmzi Şükürov Milli Məclisin sabiq əməkdaşı olub. Evlidir, üç uşaq atasıdır. Qeyd edək ki, Rəmzi Şükürovun atası Əvəz Şükürov məşhur iş adamıdır. O, bir çox tikinti şirkətlərinin sahibidir. Rəmzi Şükürovun özü isə bir sıra qalmaqallı hadisələrlə yadda qalıb.

Yaxın gələcəkdə Ukraynaya ordu göndərə bilərik - Sejurne

Ukrayna Qərb qoşunlarının ölkəsinə göndərilməsini tələb etməyib. Sozcu.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Stefan Sejurne deyib. “Yaxın aylarda və ya illərdə Ukraynaya necə kömək edəcəyimizə Rusiya deyil, biz qərar verməliyik”, - nazir qeyd edib. O bildirib ki, yaxın gələcək üçün ordu göndərilməsi mümkün ola bilər.

74 yaşlı qadın dəm qazından öldü

Paytaxtın Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sozcu.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 1950-ci il təvəllüdlü Məmmədova Şəfiqə Murquz qızı Çingiz Mustafayev küçəsindəki evinin hamam otağında olarkən dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycanda dəhşətli qəza - 5 nəfər yaralandı

Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, Hacıqabul-Muğan-Udulu avtomobil yolunun 19-cu km-də iki avtomobil toqquşub. Belə ki, 1976-cı il təvəllüdlü Qulam Zülfəliyevin idarə etdiyi "VAZ 21703" Hacıqabul şəhəri istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Mülkəli Hacalıyevin sürdüyü digər "VAZ"a çırpılıb. Nəticədə hər 2 sürücü və sərnişinlər Kamilova Məshəti Nizam qızı, Hacalıyeva Leyla Mülkəli qızı və Ağayev Sahib Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

DSX-nin hərbi qulluqçusu yaralandı

Martın 8-də saat 20:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu əsgər Nəsibli Elvin Bəxtiyar oğlu silahla davranış qaydalarını pozması nəticəsində yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Hərbi qulluqçunun həyatını xilas etmək üçün təxirəsalınmaz tədbirlər görülərək xəstəxanaya çatdırılıb, ixtisaslaşmış və peşəkar həkimlərin iştirakı ilə əməliyyat olunub. Faktla bağlı cinayət işi açılıb və hərbi prokurorluğun əməkdaşları ilə birgə araşdırma aparılır.

Özünü güllələyən şəxs iş adamı olub - 1 milyon borcu varmış

Xəbər verdiyimiz kimi, Saatlıda güllələnmə hadisəsi baş verib.  Sozcu.az bildirir ki, rayonun Məzrəli kənd sakini, 1987-ci il təvəllüdlü Telman Ehtiram oğlu Mehtiyev özünü yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarət alan şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib.  Hadisənin səbəbi məlum olub. Bildirilib ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul sahibləri onun ardınca Saatlı rayonuna gediblər, həmçinin barəsində polisə şikayət edilib.  Araşdırmalar davam etdirilir.("Qafqazinfo") 

Haitidə prezident sarayına hücum: Şiddətli döyüşlər...

Haitidə prezident sarayına hücum olub. Sozcu.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Silahlı dəstələr Port-au-Prins şəhərinin mərkəzində və ya onun yaxınlığında çoxsaylı hökumət binalarına hücum ediblər. Döyüşlərdə iştirak edən hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, hücumlar koordinasiyalı və sürətli olub: “Müxtəlif qruplar eyni vaxtda Prezident sarayı, Daxili İşlər Nazirliyi və polis qərargahlarını hədəf alıblar”. Şiddətli döyüşlərdən sonra dəstə üzvləri geri çəkilib. Toqquşma nəticəsində silahlı dəstələrin 10 üzvü öldürülüb. Polislər arasında yaralı və ya ölənlərin olması barədə məlumat yoxdur.

Ukraynalı həkimlər atəş altında həyatları xilas edirlər - VİDEO

Rusiya-Ukrayna müharibəsinin ilk aylarında əsir düşən “Azov” briqadasının sonradan azad olunan üzvləri arasında hərbi həkim də var. Sergey Qaruşin 2022-ci ilin mart, aprel və may aylarında Mariupol şəhərinin, “Azovstal” zavodunun müdafiəsi zamanı həkim kimi hərbçilərin yanında olub, sonda isə digər döyüşçülərlə birgə əsir düşüb. Bir ildən sonra əsirlərin mübadiləsi zamanı azad edilən S.Qaruşin yenidən “Azov” briqadasında xidmətə başlayıb. Baku TV-yə açıqlama verən S.Qaruşin əsirlikdə olanda hətta rusiyalı hərbçiləri xilas etdiyini, dəfələrlə onlara tibbi yardımlar göstərdiyini bildirib: “Bir hadisədən bəhs edim. Rusiyanın Çelyabinsk şəhərindən olan hərbçiyə rast gəlmişdik, o, yaralı idi. Onun sözlərinə görə, kiçik övladı xəstə idi və müalicəsi üçün çoxlu pul lazım idi. Qolu qəlpə ilə zədələnmişdi. Yəni qolunu tamamilə itirə bilərdi. Ancaq əməliyyat yolu ilə onun həyatını xilas etdik. Belə yardımlarımız dəfələrlə olub. Bəzən ironiyalı vəziyyətlərlə də üzləşirik. Elə olur ki, NATO-ya, ABŞ-yə düşmən olan Rusiyanın əsgəri əsir düşür və qolunda ABŞ istehsalı olan rezin bantla gətirirlər. ABŞ istehsalı olan həmin rezin bant onu xilas edir. Ən çətini isə hərbçilərin öz dostlarının cansız bədənini paketlərdə gətirmələridir. Onlar birgə çiyin-çiyinə döyüşdüyümüz, əvvəllər birlikdə xidmət etdiyimiz insanlardır. Bu, mənəvi cəhətdən çox ağırdır”. Qeyd edək ki, qeyri-rəsmi statistikaya görə, müharibə müddətində 100-ə yaxın ukraynalı hərbi həkim itkin və ya əsir düşüb. 100-dən çox həkim isə həlak olub. Ətraflı süjetdə:

Daha 4 ölkə Rusiyada terrorla bağlı xəbərdarlıq etdi - 48 saat ərzində....

Çexiya, İsveç və Cənubi Koreya səfirlikləri, habelə Kanada hökuməti Rusiyadakı vətəndaşlarını izdihamlı yerlərdən çəkinməyə çağırıb və ölkədə “təhlükəsizlik vəziyyətinin pisləşdiyini” bildirib. Sozcu.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb. Sözügedən dövlətlər Moskvada mümkün terror aktları ilə bağlı ABŞ səfirliyinin açıqlamasına istinad edir. “Rusiyanın iri şəhərlərində ekstremist qrupların mümkün hücumları ilə bağlı son xəbərlərlə əlaqədar Çexiyanın Moskvadakı səfirliyi Rusiyada yerləşən Çexiya vətəndaşlarını xüsusi diqqətli olmağa çağırır. Biz həmçinin insanların çox olduğu yerlərdən uzaq durmağı tövsiyə edirik”, – Çexiya səfirliyinin saytında yerləşdirilən mesajda deyilir. Oxşar xəbərdarlıqlar əvvəllər ABŞ, Böyük Britaniya, Almaniya və Latviya tərəfindən də dərc edilib . Amerika diplomatik missiyasının press-relizində deyilir ki, Moskvada 48 saat ərzində terror aktları baş verə bilər.

Rusiyaya qarşı növbəti SANKSİYA

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi  Rusiya (Məhdud Məsuliyyətli Cəmiyyətin Broker Eksperti) və Mərkəzi Afrika Respublikasından (Bois Rouge SARLU) olan şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Şirkətlərə qarşı sanksiyalar “Rusiyanın Mərkəzi Afrika Respublikasındakı bədxah fəaliyyətlərini asanlaşdırmaq səylərinə görə” tətbiq edilib. Sanksiyaya məruz qalan hüquqi şəxslərin "Vaqner" muzdlularının Mərkəzi Afrika Respublikasındakı hərəkətlərinin dəstəklənməsində mühüm rol oynadığı qeyd edilir. Maliyyə Nazirliyi bu şirkətlərin təbii sərvətlərin qeyri-qanuni hasilatından pul gəlirləri əldə etməyə çalışdığını və “Vaqner Qrupu”na maddi və maliyyə dəstəyi göstərdiyini bəyan edib.

Bu, Rusiyaya təsir etmək üçün faydalı təklifdir - Polşa

Fransa Prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynada olması ilə bağlı qaldırdığı məsələ Rusiyaya təsir etmək üçün faydalıdır. Sozcu.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib. Onun sözlərinə görə, oxşar presedent artıq baş verib - məsələn, 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qərarı ilə dövlətlərin koalisiyası bu ölkəyə yardıma gedib. O, Fransanın son təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib.

Zelenski Ərdoğana bu siyahını təqdim etdi

Ukrayna Prezidenti Vladimir Zelenski İstanbula səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Rusiya tərəfindən saxlanılan ukraynalı əsir və məhbusların siyahısını təqdim edib. Onların arasında repressiyaya məruz qalan Krım tatarları da var. Sozcu.az xəbər verir ki, bu barədə Vladimir Zelenski İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı açıqlama verib. “Bu gün mən Rusiya tərəfindən repressiyaya məruz qalan və ən ağır şəraitdə həbsxana və düşərgələrdə saxlanılan Ukrayna vətəndaşlarının, xüsusən də Krım tatarlarının siyahısını verdim”, - Zelenski bildirib. Prezident vurğulayıb ki, hər kəsi, istər mülki, istərsə də öz xalqını müdafiə edərkən əsir düşənləri azad etməliyik.

Ukraynaya 2 ayda 6 milyard avro yardım göndəriləcək

Avrokomissiya Ukraynaya martın sonuna qədər 4,5 milyard və apreldə isə 1,5 milyard avro yardım ayıracaq. Sozcu.az xəbər verir ki, bu barədə Avrokomissiyanın məlumatında deyilir.

Britaniyanın müdafiə naziri gözlənilmədən Kiyevə gəldi

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Kiyevə gözlənilməz səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə nazir özünün X səhifəsində yazıb. “Mən Kiyevə demokratik dünyanı xəbərdar etmək üçün gəldim, biz əmin olmalıyıq ki, Ukrayna bu müharibədə qalib gələcək. Böyük Britaniya daha çox şey etmək üçün addımlar atıb və Ukraynaya indiyədək ən böyük hərbi dəstək paketini təqdim edəcək”, - nazir yazıb. Onun fikrincə, çoxları bundan nümunə götürməli və azadlığın istibdad üzərində qələbəsini təmin etməlidir.

Bizdən 300-400 metr aralı əraziyə raket zərbəsi endirildi

Ukrayna Prezidenti Vladimir Zelenski və Yunanıstan Baş naziri Kiriakos Miçotakisdən 300-400 metr uzaqlığa ballistik raketlə zərbə endirildi. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski Odessada Yunanıstan baş naziri ilə görüşü zamanı yaşanan insident barədə açıqlamasında deyib. “Biz limanda idik və 300-400 metr uzaqlığa ballistik raket atıldı. Raket olduqca tez gəldi, həyəcan siqnalı az səsləndi. Zərbənin Krımdan gəldiyini bilirik, ona görə də komandanlıq cavab tədbirləri görə bilmədi”, - deyə o bildirib.