Canana keçmiş qayınanası ilə barışıb?

Mətanət İsgəndərlinin keçmiş gəlini Canana paylaşımı ilə müzakirələrə səbəb olub. Sozcu.az xəbər verir ki, o, paylaşımına "Gözəl qayınanamla" sözlərini yazıb. Sosial şəbəkə izləyiciləri Canananı sərt şəkildə tənqid ediblər. Bəzi izləyicilər isə Canananın boşandığına peşman olduğunu bildiriblər. M. İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ildə qalmaqallı şəkildə boşanıb. Xatırladaq ki, Canana qızının şiddətə məruz qaldığı görüntüləri yayaraq Kərimin ona işgəncə verdiyini iddia etmişdi.

Cavanşir Məmmədovla Lalə Azərtaş arasında gərgin anlar

Əməkdar artist Cavanşir Məmmədovla aparıcı Lalə Azərtaş arasında gərgin anlar yaşanıb.  Sozcu.az xəbər verir ki, buna səbəb müğənninin aparıcının ünvanına ittihamlar səsləndirməsi olub. Belə ki, C.Məmmədov keçmiş kürəkəni Kemal Mustafanın "Təsir dairəsi" verilişinə kiminsə tapşırığı ilə çıxdığını deyib.  İfaçının "Mən bilirəm sizə kim deyib onu efirə çıxardın" sözləri aparıcını özündən çıxardıb. C.Məmmədov bildirib ki, L.Azərtaş Mustafanı efirə çıxartmaq üçün rüşvət alıb: "Bura aylarla gələn var efirə çıxa bilmir, Kamal 15 dəqiqənin içində efirə çıxıb? Yazıqlar gəlib oturur. Qapıdan girəndə nə qədər adam üstümə qaçır ki, Lalə xanıma deyin məni efirə çıxartsın". Aparıcı isə ona "Mədəniyyətimi qoruyuramsa, bu çərçivədə danışacağıq. Elə edəcəksiniz ki, otaqda dediklərinizin səs yazısını yayımlayım. Qızını və siz verilişdən sonra otağa gəlib dediniz ki, mövzu bağlansın. Allah bilir ki, heç kimin sözü ilə insanlara qapı açmıram. Heç kimin zəngi ilə də mövzu bağlamıram. Bizim verilişdə kim gəlib çıxa bilməyib? Adam 2 ay içində məktub yazıb. Kim olduğunu bilmirdim. Bilsəydim də çağırardım" cavabını verib. C.Məmmədov "Otaqda olanları yayımlayın" deməsinə Lalə "Bilirsiniz yayımlasam nələr olacaq? Siz ona cinayətkar deyə bilməzsiniz, məhkəmə qərarı yoxdur" reaksiyasını verib. Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. 

Şəmkirə toya gələn Ebru Günellə eyni səhnəyə çıxmaq istəməyib

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ebru Gündeş Şəmkirdə toy məclisində yer alıb. Sözügedən tədbirdə illərdir Ebru ilə küsülü olan müğənni Günel Zeynalova da səhnəyə çıxıb.  Sozcu.az axşam.az-a istinadən bildirir ki, Ebrunun Günellə eyni məclisdə olması müzakirələrə səbəb olub. Bunun ardından Günel açıqlama yayaraq, eyni gündə səhnə almadıqlarını deyib.  Belə ki, Günel iki gün davam edən toyda Ebrunun onunla bir yerdə olmaq istəmədiyini açıqlayıb. Günel iyulun 3-də toyda yer aldığını vurğulayıb.  "Eşidib və eyni səhnədə olmaq istəməyib. Bizim səhnəmiz 3 iyulda idi" deyə, ifaçı paylaşımına yazıb. Qeyd edək ki, Ebru Günel iş adamı Reza Zərrabla nişanlı olan ərəfədə onunla eşq yaşayıb. Daha sonra Ebru və Reza ailə qurub, bir neçə il əvvəl isə ayrılıblar. Onların bu nikahdan bir qız övladı var.  

Röya keçmiş ərindən DANIŞDI: “Onu sevmirəm, hörmət edirəm”

Xalq artisti Röya Ayxan keçmiş həyatı yoldaşı Anar Cəlilovdan söz açıb.  Sozcu.az bizim.media-ya istinadən bildriir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində fanatından gələn "Keçmiş həyat yoldaşınız Anar Cəlilovu sevirsiniz?" sualına cavabı ilə diqqət çəkib.  "Yox, ona hörmət edirəm. Çünki övladım Hüseynin atasıdır", - deyə Xalq artisti vurğulayıb.  Bu anda isə proqramın aparıcısı Mətanət Əliverdiyevanın "Elə demə, sevirsən" sözlərinə Röya "Elə demə, onun ailəsi var. Aləmi bir-birinə qatma (gülür). Qadın gərək sevdiyi şəxsdən dünyaya uşaq gətirsin ki, hər ikisinə də böyük sevgi bəsləsin" şərhini verib.   Qeyd edək ki, Röya 2008-ci ildə iş adamı Anar Cəlilovla ailə qurub. Bir il sonra onların Hüseyn adında övladı dünyaya gəlib. 2014-cü ildə isə cütlük boşanıb. Müğənni boşanandan sonra ailə qurmasa da, Anar 3-cü dəfə ailə qurub. A. Cəlilov "Çudo-Peçka" mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur.  

Erməni Komitəsi "Atatürk" serialının ləğvini tələb etdi

Amerika Milli Erməni Komitəsinin "Disney Plus"da yayımlanacaq türk seriallarının ləğvi çağırışını edib. Sozcu.az Türkiyə  mətbuatına istinadən xəbər verir  ki, bununla yanaşı, Amerika Milli Erməni Komitəsi (ANCA) sosial media hesabında paylaşım edərək "Disney Plus Türkiyə"nin "Atatürk" serialının ləğvini də tələb edib. Aras Bulut İynemlinin baş rolda oynayacağı "Atatürk" serialının da ləğv olunduğu iddia edilərkən, platforma sükutu pozub. "Atatürk" serialının treylerini paylaşan platforma, "Orijinal Atatürk serialı çox yaxında, Cümhuriyyətimizin 100-cü ildönümündə efirdə" -deyə iddialara cavab verib.  

Qısqanclığa görə serialdan ayrılacaq?

"Aldatmak" serialında rol alan aktyor Caner Şahinin ikinci mövsümdə yer alması ilə bağlı sual yaranıb. Sozcu.az axşam.az-a istinadən bildirir ki, aktyor sevgilisi Feyza Sevil Güngörlə mövsüm finalından öncə ayrılmışdı. Feyzanın çəkiliş heyətindən biri ilə səmimi olması, Canerin qısqanmasına səbəb olub. Şəxslər arasında münaqişə düşüb. Bu səbəbdən C.Şahinin serialda yer alıb-almayacağı bəlli deyil.

“Dəli Ürək” serialı yenidən ekranlara qayıdır

Türkiyənin məşhur serialı “Dəli Ürək” yenidən ekranlara qayıdır. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, “Dəli ürək” layihəsinin yeni versiyası çəkiləcək. Yeni versiyanın nə vaxt çıxacağı və hansı platformada tamaşaçı ilə görüşəcəyi barədə hələlik rəsmi açıqlama yoxdur. Xatırladaq ki, rejissoru Osman Sınav olan "Dəli Ürək" 1998-ci ildə yayımlanmağa başlayıb və 4 mövsüm davam edib. Kənan İmirzalıoğlu və Zeynəb Tokuşun rol aldığı, zamanında tamaşaçı kütləsi çox olan serial 2002-ci ildə final etmişdi.

"Toydakı tortun qiyməti 25 min manatdır"

Aparıcı Elgiz Əkbər bəzi toylarda kəilən böyük tortların qiymətini açıqlayıb. Axşam.az xəbər verir ki, aparıcı bu haqda verilişində danışıb. O bildirib ki, tortun qiyməti ilə bağlı siyahıya baxıb və gördüyü məbləğ onu təəccübləndirib: "O gün toy siyahısına baxıram. Varlı adamların toyundakı tortların qiyməti 20-25 min manatdır. Bu qiymətə tort olar? 2 kiloqram qızılın qiymətidir. İsrafçılıqdır, ona nə vururlar ki? Hələ fotoqraflar var ki, 10 min manata şəkil çəkir".

Məşhur aktrisanın içkisinə NARKOTİK QATDILAR

Sevgilisi Uill Yanqla birlikdə olarkən tanımadığı şəxs tərəfindən içkisinə narkotik qatılaraq xəstəxanaya yerləşdirilən "Love Island" realiti-şousunun ulduzu, 26 yaşlı Cessi Uinter yaşadığı dəhşətdən danışıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, xəstəxana çarpayısında uzanmış fotolarını paylaşan Jessie, hadisədən sonra "çox utandığını" söyləyib. Lakin o zaman partnyoru Uill Yanq ilə birlikdə olduğu üçün "çox şanslı" olduğunu dilə gətirib. "Çox utandığım üçün bunu yazacağımdan əmin deyildim, amma təəssüf ki, dünən gecə içkimə narkotik qatıldığına görə xəstəxanaya yerləşdirildim. Uilllə birlikdə olduğum üçün çox şanslı idim və o, mənim qayğıma qaldı" - deyib. Onun sözlərinə görə, hər bir insan belə hallar üçün ehtiyatlı olmalıdır: "Belə bir şeyin içində olmaq çox qorxulu bir vəziyyət idi. İnsanların diqqət etməli olduğu bir şey olması məni kədərləndirir. Əgər çöldə içki içirsinizsə, lütfən, hər zaman etibar etdiyiniz birinin yanında olduğunuzdan əmin olun. Və başqaları ilə çıxarkən və ya içki alarkən diqqət yetirin. Bunun hətta bir xatırlatma olması çox kədərlidir, amma təəssüf ki, bu, acı həqiqətdir".

“Sezercik” anasına görə həbs olundu - Ağır cəza

Türkiyənin məşhur "Sezercik" obrazını canlandıran aktyor Sezer İnanoğlu həbs edilib. Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, saxta sənət səbəbi ilə 8 il müddətinə azadlıqdan məhrum olunub.  Aktyorun anasının sözlərinə görə, oğlu ona görə saxlanılıb: "Malikanə satarkən bizə saxta sənət verildi. Buna görə oğlumu həbs etdilər. Mənim məhkumluq həyatım olmadığı üçün bəraət qazandım. Oğlum isə mənim sənət işimdəki səhvimə görə həbs olundu. Özümü çox pis hiss edirəm". Qeyd edək ki, İnanoğlu bundan əvvəl də bir neçə dəfə həbs olunub. O, silah qaçaqmalçılığı, narkotik maddə və təhdidə görə məhkumluq həyatı yaşayıb.

Sərxan Sərxan Bakı yollarından narazıdır

"Bakı dəyişib gözəlləşib, amma mənfi tərəfləri var. 1990-cı illər çətin idi, zirzəmiləri açdılar, yollar dar oldu. İndi isə yolla gedirsən görürsən ki, dardır. Niyə görə? Çünki əvvəllər zirzəmilərə giriş həyət tərəfdən idi. İndi isə girişi küçə tərəfdən ediblər. Adını da qoyublar obyekt". Sozcu.az xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan "Şənbə axşamı" proqramında deyib. Müğənni Bakı küçələrindən gileylənib. O bildirib ki, piyadalar üçün yol yoxdur: "Bu obyektlərə görə isə məcbursan avtomobillərin yoluna çıxmağa. Avtomobil də səni vura bilər. Piyadalar üçün şərait yaradılsa, yaxşı olar. Mənfi tərəflər budur. Əsas məsələ isə qanundur. Qanunlara hamımız gərək tabe olaq. Qanun məni də, səni də qoruyur". Sərxan paytaxtdakı evindən danışıb: "Bakıda üç ən sevdiyim yerlərdən biri doğulduğum "İçərişəhər" metrosunun ətrafıdır. 34 nömrəli məktəbdə təhsil almışam. İki tin yuxarıda yaşayıram, evi oradan aldım. Hiss edirəm ki, doğma yerdəyəm. Məhləyə çıxıram hamını görürəm. Oradan ləzzət alıram. Bizim gözəl bulvarı, parkları və Xəzər dənizini, həmçinin Bakı ətrafını, Mərdəkan, Bigəh və Nardaranı çox sevirəm".

"Bəxt üzüyü"nə baxmamışam"

"Əvvəl onu tamaşa kimi oynamışam. Ramiz Əzizbəyli iə film çəkiləndə elə qəşəng aktyor heyəti seçdi. Uğurlu, baxımlı film oldu. Tamaşa da eyni formada baxımlı idi". Sozcu.az xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov "ATV əhər" verilişində deyib. Aktyor məşhur "Bəxt üzüyü" filmindən danışıb. O bildirib ki, heç vaxt oturub filmi izləməyib: "Tamaşanı götürüb filmə köçürtmək kino yaradıcılığından uzaqdır. Afaq Bəşirqızı ilə məni tamaşada artıq qəbul etmişdilər. Başqa aktyorları da baş rola çəkə bilərdilər, amma biz artıq tamaşada sevilmişdik. Filmə heç baxmamışam. Özümə niyə baxım? Gündə 1 dəfə saçımı darayanda güzgüyə baxıram. Başqalarına baxıram. Oynadığım obrazdan ləzzət ala bilmərəm. Hamı məndən soruşur ki, filmdə açarı niyə götürmədin?".