Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ebru Gündeş Şəmkirdə toy məclisində yer alıb. Sözügedən tədbirdə illərdir Ebru ilə küsülü olan müğənni Günel Zeynalova da səhnəyə çıxıb.
Sozcu.az axşam.az-a istinadən bildirir ki, Ebrunun Günellə eyni məclisdə olması müzakirələrə səbəb olub. Bunun ardından Günel açıqlama yayaraq, eyni gündə səhnə almadıqlarını deyib.
Belə ki, Günel iki gün davam edən toyda Ebrunun onunla bir yerdə olmaq istəmədiyini açıqlayıb. Günel iyulun 3-də toyda yer aldığını vurğulayıb.
"Eşidib və eyni səhnədə olmaq istəməyib. Bizim səhnəmiz 3 iyulda idi" deyə, ifaçı paylaşımına yazıb.
Qeyd edək ki, Ebru Günel iş adamı Reza Zərrabla nişanlı olan ərəfədə onunla eşq yaşayıb. Daha sonra Ebru və Reza ailə qurub, bir neçə il əvvəl isə ayrılıblar. Onların bu nikahdan bir qız övladı var.