Sevgilisi Uill Yanqla birlikdə olarkən tanımadığı şəxs tərəfindən içkisinə narkotik qatılaraq xəstəxanaya yerləşdirilən "Love Island" realiti-şousunun ulduzu, 26 yaşlı Cessi Uinter yaşadığı dəhşətdən danışıb.
Sozcu.az lent.az-a istinadən bildirir ki, xəstəxana çarpayısında uzanmış fotolarını paylaşan Jessie, hadisədən sonra "çox utandığını" söyləyib.
Lakin o zaman partnyoru Uill Yanq ilə birlikdə olduğu üçün "çox şanslı" olduğunu dilə gətirib. "Çox utandığım üçün bunu yazacağımdan əmin deyildim, amma təəssüf ki, dünən gecə içkimə narkotik qatıldığına görə xəstəxanaya yerləşdirildim. Uilllə birlikdə olduğum üçün çox şanslı idim və o, mənim qayğıma qaldı" - deyib.
Onun sözlərinə görə, hər bir insan belə hallar üçün ehtiyatlı olmalıdır:
"Belə bir şeyin içində olmaq çox qorxulu bir vəziyyət idi. İnsanların diqqət etməli olduğu bir şey olması məni kədərləndirir. Əgər çöldə içki içirsinizsə, lütfən, hər zaman etibar etdiyiniz birinin yanında olduğunuzdan əmin olun. Və başqaları ilə çıxarkən və ya içki alarkən diqqət yetirin. Bunun hətta bir xatırlatma olması çox kədərlidir, amma təəssüf ki, bu, acı həqiqətdir".