Tatlısəslə bağlı sual Güneli əsəbiləşdirdi: "Ağıllı ol, adam kimi sual ver"

Müğənni Günel Zeynalova izləyicisinin ona ünvanladığı suala əsəbiləşib. Axşam.az xəbər verir ki, sualları cavablandıran sənətçiyə Türkiyədə məşhurlaşmasına kömək edən İbrahim Tatlısəslə bağlı sual ünvanlanıb.  "İbrahimlə bir münasibətiniz var idi, hələ də var" sualı Güneli özündən çıxarıb. O, "Bizim hər zaman ata-qız münasibətimiz olub. İllər keçdikcə daha da gücləndi. O, mənim mənəvi atamdır. Yazdığınızı yanlış anlamaq istəmədim. Ağıllı ol, adam kimi sual ver. Pis niyyətlə soruşdunsa, Allah səni bağışlasın. Cəzanı Allah verər" cavabını verib. Günel daha sonra yeni albom üzərində çalışdığını, orada 20 mahnının yer alacağını deyib.

Azərbaycanlı aparıcının biznesi bağlandı

Aparıcı Samirə Mustafayeva uzun müddət əvvəl qurduğu biznesini dayandırıb. O, şəhərin mərkəzində fəaliyyət göstərən gözəllik salonunu bağlayıb. Bu haqda Samirə özü məlumat verib. "Gözəllik salonu çalışmır. Zaman ayıra bilmədiyim üçün fəaliyyətini dondurduq. Amma uyğun zamanda yenidən davam edə bilərik" deyə, Mustafayeva bildirib. //Axşam.az

“Pul verib kökəlirəm, niyə arıqlayım?“ - Aşıq Əli

"Arıqlamaq üçün əməliyyat etdirməliyəm. Onu da niyə etdirim? Niyə mənim bədənimə bıçaq dəyməlidir ki?!" Sozcu.az Axşam-a xəbər verir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu deyib. Bir müddət əvvəl arıqlayan, indi yenidən çəki alan ifaçı arıqlamaq fikrinin olmadığını deyib: "Bu boyla mən 60 kiloqram ola bilmərəm. Həkimlər pis başa düşməsin. Mənim öz fikrimdir. Allah şahiddir əməliyyat etdirməmişəm. Hər zaman deyirəm: pul verib kökəlirəm, niyə pul verib arıqlayım? Pul verib yeyirəm, halal qidalar alıram, gəzirəm. Sonra deyim, al, bu 10 mini, məni kəs, doğra və arıqlat".

Faiq “silinsin“ deyir - Müğənnidən fərqli rəy

Xalq artisti Faiq Ağayev Şövkət Ələkbərovanın ifasında səslənən “Füzuli kontatası”nın “Terzi” serialında silinməsini dəstəkləyib. Sozcu.az Olay-a istinadla xəbər verir ki, o hətta mahnın səsləndiyi səhnənin instaqramdan da silinməli olduğunu bildirib: “Əvvəl müəllif yerinə “anonim” yazırdılar. İndi də “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipinə keçiblər. “Mikpro", əsərimiz hələ “Netflix Türkiye”nin instaqram səhifəsində qalıb. Oradan da sildirmək lazımdır. Qanun orada da qanundur. Buyurub, sivil yolla həll edəydilər”. Musiqisi Cahangir Cahangirova, sözləri isə Məhəmməd Füzuliyə məxsus əsər “Netflix” platformasında qeyri-qanuni istifadə edilib. Bununla bağlı “Mikpro” şirkəti hərəkətə keçib. Rəqəmsal yayım şirkətindən saytımıza verilən özəl açıqlamada “Netflix Türkiye”nin yutub səhifəsindən əsərin sildirildiyi söylənilib. Xatırladaq ki, Xalq artisti Brilliant Dadaşova mahnımızın “Netflix”də sildirilməsinə etiraz edib.

Rəqsanə qızı haqda danışdı: “O, həm döyülüb, həm də söyülüb”

Müğənni Rəqsanə İsmayılova qızı Aysun Cəlilova və onun həyat yoldaşı Eşqin Cəlilovun ayrılmasından danışıb. Bu barədə Rəqsanə İsmayılova canlı yayımda məlumat verib. O, Eşqinin ayrıldıqdan sonra verdiyi açıqlamaya "Aysun çıxıb ətraflı danışa bilməz. Bizim millət deyəcək ki, "bəs bu vaxta qədər niyə çıxıb danışmırdın?" Aysunun yaşadıqlarını heç bir insan yaşaya bilməz. Aysuna əl də qaldırılıb, ona qarşı söyüşlər də söyülüb. Yenə də o, susub, danışmayıb. Birinci davalarında Aysun susdu. Dedi ki, "Eybi yoxdur, Eşqinə ikinci dəfə şans verəcəyəm”. Bundan sonra barışdılar. Mən dəfələrlə eşqini çağırdım, məsləhət verdim, amma heç bir nəticə vermədi. Aysunun arxasında mənim kimi anası var”, - deyə münasibət bildirib. Qeyd edək ki, Eşqin Cəlilov ayrıldıqdan sonra ilk dəfə açıqlamasında bildirib ki, boşanmalarına səbəb məhz Aysunun şıltaqlığı və digər insanların təsirinə düşməsi olub./Azxeber.com

“Mənim dünyam yıxılıb” - Mərhum Oqtay Əliyevin anası

“Oqtay dünyasını dəyişəndə bu günə qədər mənə saysız-hesabsız zənglər gəlir. Heç birinə cavab vermirəm. Danışmaq istəmirəm. Heç danışa da bilmirəm. Yəqin ki, halımı, əhvalımı soruşmaq üçün zəng edirlər. Allah hamısından razı olsun. Özümü necə hiss edə bilərəm, sizcə? Səhhətimi unutmuşam, yaddan çıxıb. Biri var ki, bu dərdi ağır qarşılayıram, biri də var ki, çəkə bilmirəm. Vidadi nə dinir, nə də danışır. Hələ də o şokdan ayılmamışıq. Mənim dünyam yıxılıb”. Pravda.az Moderator-a istinadla xəbər verir ki, bunu Xalq artisti, mərhum prodüsser Oqtay Əliyevin anası Elmira İsmayılova deyib. O bildirib: “Balalarımın hamısını çox istəmişəm. Oqtayı da, Elçini də. Mən onlar arasında fərq qoymamışam. Oqtayın dərdi böyük dərddir. Ümumiyyətlə, övlad dərdi çox böyük bir dərddir. Məni övladını itirən analar başa düşə bilər. Oqtay elə bir övlad idi ki. Mən dağı itirmişəm. Nə qədər işləri çox olsaydı da, məni gəlib, görüb gedirdi. Bir-birimizlə o qədər sənətdən danışırdıq ki. Nə deyim, qədər belə imiş. Dözə bilmirəm. Oqtay yuxularıma da gəlmir”. Elmira İsmayılovanın sözlərinə görə, gəlini, əməkdar artist Dilarə Əliyevaya heç cür təsəlli verə bilmir: “Dilarəyə də, balalarına da təsəlli olmaq istəyirəm. Amma ola bilmirəm ki. O da mənə təsəlli verir. Dilarə efirə çıxdı, bu onun işi idi, neyləsin axı?! Dərzi də gedib paltarını tikir, qayıdır evinə. Bu onun da işidir”.

Tatlısəslə buna görə ailə qurub

Türkiyəli müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşəgül Yıldız şəxsi həyatı barədə danışıb. Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, İ. Tatlısəslə ailə qurma səbəbini açıqlayıb. Bildirib ki, müğənni ilə 16 yaşında Bodrumda tanış olub: "Tanış olandan 3 il sonra münasibətimiz başladı. Uşaq vaxtı atamı itirmişəm, atamı çox sevdiyim üçün həyatımdakı boşluğu onunla doldurdum. Yəqin ki, atam həyatda olsaydı, belə bir münasibətim olmayacaqdı". Xatırladaq ki, onların Elif Ada adlı qızları var.

“Mənimlə kimin problemi ola bilər?”

Əməkdar artist Rəşad İlyasov gündəmdə olmaq üçün səhv addım atmağın lazım olduğunu bildirib. Sozcu.az Olay-a istinadla xəbər verir ki, sənətçi bu barədə “Səhərin səsi” proqramında qonaq olarkən deyib. Müğənni deyib ki, yaradıcılıqla diqqət çəkmək mümkün deyil: “Mətbuat yazmaq üçün səhv addım atılmalıdı. Ağzımdan səhv söz çıxanda isə mənə deyirlər ki, Azərbaycan musiqisi üçün nə etmisən? Mətbuat katibinin lazım olduğunu deyirlər. Amma bu dəbdən düşüb. İndi "Instagram" var. Hər şeyi oradan paylaşıram. 85 min izləyicim var. “Mavi tik” üçün əvvəl düşünmürdüm, amma müraciət etmişəm. 2 həftə əvvəl göndərmişəm”.  R. İlyasov şou-biznesdə problem yaşadığı şəxslərdən də danışıb: “Mənimlə kimin problemi ola bilər?! Kaş yaradıcılıq mövzusunda problemimiz olardı. Bir qız var, hər şeyi edir, sonra deyir ki, mənim kimləsə nə işim var?!”

Tatlısəs Ərdoğana, qızı Kılıçdaroğluna səs verdi

Türkiyədəki seçki prosesində maraqlı anlar yaşanıb. Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, məşhur müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs gözlənilməz paylaşım edib. Belə ki, İ. Tatlısəs Rəcəb Tayyib Ərdoğana səs versə də, ifaçının qızı Kemal Kılıçdaroğluna səs verib.  Hətta Dilan son paylaşımında izləyicilərini Kılıçdaroğlunun əli ilə tutduğu ürək işarəsindən istifadə edərək ikinci turda səs verməyə çağırıb.  Qeyd edək ki, seçkilərin ikinci turu mayın 28-də keçiriləcək. Türkiyədə ikinci turda keçiriləcək prezident seçkiləri zamanı daha 50 min yeni seçici səsvermə hüququna malik olacaq.

Nadirin səhifəsi oğurlandı

Müğənni Nadir Qafarzadənin instaqram sosial şəbəkəsindəki hesabı bloklanıb. Sozcu.az Olay-a istinadla xəbər verir ki, sənətçinin rəsmi səhifəsi ələ keçirilib. Qafarzadə IT mütəxxəsislərinə müraciət edərək profilini geri qaytarıb. İnstaqramda açıqlama yayan ifaçı hər şeyin qaydasında olduğunu vurğulayıb. Qeyd edək ki, Nadirin sözügedən platformada 721 min abunəçisi var.

“Avroviziya-2023”ün final mərhələsinin bütün iştirakçıları bəlli olub

"Avroviziya-2023" musiqi yarışmasının finalında iştirak edəcək bütün ölkələr məlum olub. Sozcu.az Trend-ə istinadən bildirir ki, Liverpulda keçirilən müsabiqənin ikinci yarımfinalında ilk on yeri tutan Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Estoniya, Polşa, Avstraliya, Litva, Ermənistan və Sloveniya finala vəsiqə qazanıblar. Qeyd edək ki, daha əvvəl Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri finala çıxıblar. Müsabiqənin finalı mayın 13-də keçiriləcək. Bu il 67-ci dəfə təşkil olunacaq "Avroviziya" mahnı müsabiqəsində 37 ölkə təmsil olunur.

Puqaçova Rusiyaya qayıtması ilə bağlı açıqlama yaydı

Bir müddət əvvəl məşhur rusiyalı müğənni Alla Puqaçova Rusiyaya geri qayıdıb. Bunun səbəbi isə onun yaxın dostu Valentin Yudaşkinin vəfat etməsi olub. Alla həmişə məşhur modelyerin həyat yoldaşı ilə yaxın münasibət saxlayıb, ona görə də faciədən sonra ona dəstək olmaq üçün geri qayıdıb. Sozcu.az xəbər verir ki, bunu Alla Puqaçovanın yaxın rəfiqəsi Layma Vaykuleni deyib. “Alla mənə dedi ki, o, Valentin Yudaşkinin dəfn mərasiminə görə Rusiyaya qayıdacaq",- o bildirib.