Xalq artisti Faiq Ağayev Şövkət Ələkbərovanın ifasında səslənən “Füzuli kontatası”nın “Terzi” serialında silinməsini dəstəkləyib.
Sozcu.az Olay-a istinadla xəbər verir ki, o hətta mahnın səsləndiyi səhnənin instaqramdan da silinməli olduğunu bildirib:
“Əvvəl müəllif yerinə “anonim” yazırdılar. İndi də “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipinə keçiblər. “Mikpro", əsərimiz hələ “Netflix Türkiye”nin instaqram səhifəsində qalıb.
Oradan da sildirmək lazımdır. Qanun orada da qanundur. Buyurub, sivil yolla həll edəydilər”.
Musiqisi Cahangir Cahangirova, sözləri isə Məhəmməd Füzuliyə məxsus əsər “Netflix” platformasında qeyri-qanuni istifadə edilib.
Bununla bağlı “Mikpro” şirkəti hərəkətə keçib. Rəqəmsal yayım şirkətindən saytımıza verilən özəl açıqlamada “Netflix Türkiye”nin yutub səhifəsindən əsərin sildirildiyi söylənilib.
Xatırladaq ki, Xalq artisti Brilliant Dadaşova mahnımızın “Netflix”də sildirilməsinə etiraz edib.