Amerikalı kinoulduz Conni Depp ağır zədə alıb.
Sozcu.az xarici mediaya istinadla xəbər verir ki, Hollivud ulduzu Conni Depp “Kann” Film Festivalında xəsarət alıb.
Hollivud aktyorunun topuğu sınıb, ona görə də indi onun müalicəsi lazımdır. Bu səbəbdən ulduzun “The Hollywood Vampires” qrupu ilə qarşıdakı konsertləri təxirə salınır.
“Biz kədərlə xəbər veririk ki, “Hollivud Vampirləri” bu həftə ABŞ-a üç tur tarixini dəyişdirəcək. Conni son çıxışında ayaq topuğundan ağır zədə alıb. Həkimi ona səyahət etməməyi tövsiyə edib. O, hadisələrin bu gediaşatından məyus olub. Lakin “Vampirlər”in dörd üzvünün də Avropa turunda ən yaxşı şəkildə çıxış edə bilməsi üçün istirahət etməyi səbirsizliklə gözləyir”, – “The Hollywood Vampires” qrupunun məlumatında deyilir.
Xatırladaq ki, Conni Depp “Kann” Film Festivalında səs-küy yaradıb. Aktyor “Janna Dübarri” tarixi filminin qala gecəsinə çıxıb. Dramda məşhur Fransa kralı XV Lüdovik rolunu oynayıb. Bu, Ember Herddən qalmaqallı boşandıqdan sonra Depp üçün ilk səhnədir. Səhnə başa çatdıqdan sonra tamaşaçılar onu yeddi dəqiqə sürəkli alqışlayıblar.