Mətanət İsgəndərlinin keçmiş gəlini Canana paylaşımı ilə müzakirələrə səbəb olub.
Sozcu.az xəbər verir ki, o, paylaşımına "Gözəl qayınanamla" sözlərini yazıb. Sosial şəbəkə izləyiciləri Canananı sərt şəkildə tənqid ediblər. Bəzi izləyicilər isə Canananın boşandığına peşman olduğunu bildiriblər.
M. İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ildə qalmaqallı şəkildə boşanıb. Xatırladaq ki, Canana qızının şiddətə məruz qaldığı görüntüləri yayaraq Kərimin ona işgəncə verdiyini iddia etmişdi.