Bakının Qaradağ rayonu, Sahil qəsəbə sakini övladının məktəbdə müəllim tərəfindən döyüldüyünü bildirib. Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə müraciət edən A.S. övladı, 2008-ci il təvəllüdlü Asimanın (şərti) 273 saylı məktəbdə müəllimə tərəfindən döyüldüyünü bildirib. O, hadisənin xuliqanlıq zəminində baş verdiyini iddia edib və müəllimə barəsində tədbir görülməsini xahiş edib. Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.
Alatava-1 qəsəbəsinin söküləcəyi gözlənir. Bu barədə AzadlıqRadiosuna həmin qəsəbənin sakinləri danışıb. Onların sözlərinə görə, bu barədə sakinlərə hələ ötən ilin sonundan məlumat veriblər. Amma onlar bəzi narahatlıqlarını da dilə gətiriblər. Sakinlərdən ad və soyadının çəkilməsini istəməyən bir şəxsin vurğulamasına görə, onlara deyiblər ki, bu, pilot layihəsi kimi bir şey olacaq: "Evimiz söküləcək və yerində tikilən binada bizə mənzil veriləcək". O, narahatlıqlarını belə ifadə edib: "Başqa bəzi yerlərdə, məsələn, Yasamalda, Nərimanovda görürük ki, camaatı süründürürlər. Nə ev verirlər, nə də kirayə ödəyirlər. Açığı, buna görə ehtiyatlanıram. Birdən bizdə də belə olsa? Kimə şikayət edəcəyik? İndi heç olmasa bilirik ki, pis-yaxşı evimiz var". Qəsəbənin yerləşdiyi Yasamal Rayon İcra Hakimiyyətindən isə "Turan"a bildirilib ki, bununla bağlı artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şirkətlərin biri ilə razılıq da əldə edib: "Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb". Qurumdan qeyd olunub ki, rayon ərazisində istismar müddəti başa çatan binalar və fərdi evlər artıq siyahıya alınıb: "Evlərin bir hissəsinin bu il ərzində sökülməyi nəzərdə tutulur. Sakinlərin istəyinə uyğun olaraq bəzilərinə maddi kompensasiya ödəniləcək, bəziləri isə yeni binalarda mənzillə təmin ediləcək. Tikinti zamanı sakinlər şirkət hesabına kirayə mənzillərə köçürüləcəklər". Amma icra hakimiyyətindən şirkətin adını çəkməyiblər. Ona görə də onun təkliflərinin detallarını tam aydınlaşdırmaq mümkün olmayıb. İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Alatavada artıq binaların tikintisinə başlanıb: "Qəsəbənin düz ortasında artıq iki bina tikilir. Orada 40-a yaxın ailə idi, onlarla danışıblar. Tikilən binada mənzil verəcəklər, bina tikilənə qədər kirayə vəsaiti ilə bağlı da anlaşma olub". Onun sözlərinə görə, vətəndaşlarla anlaşmağa məcburdurlar: "Yəni, bu, dövlət layihəsi deyil ki, qiyməti hansısa formada diktə etsinlər..."Qış parkı" və digər mərkəzi küçələrdə olan ərazilərdə yaşayan sakinlərin seçim imkanları məhdud idi, çünki onu dövlət layihəsi kimi təqdim etdilər. Sonra əl dəyişdi, icra hakimiyyətinin əlindən alıb kommersiya şirkətinə verdilər, daha sonra yenidən icraya qaytarıldı və insanların kifayət qədər ciddi mülkiyyət hüququ pozuldu". Cəfərlinin fikrincə, Alatavada da narazılıqlar olacaq: "Çox güman ki, evlərin, həyətlərin kvadratmetrin hesablanması qaydaları ilə bağlı kifayət qədər narazı adamlar da olacaq. Alatavada bəzi sakinlərin evlərinin çıxarışları yoxdur". İqtisadçı Alatavada yaşayan vətəndaşlara ictimai təşkilat yaratmağı məsləhət görüb: "O təşkilat vasitəsilə danışıqlar aparılsın, həm şəffaflığın yaradılmasına çalışılsın, həm də ictimai bilgiləndirmə olsun. Kommersiya şirkətləri də vətəndaşların hüquqlarını poza bilər, necə ki, biz dəfələrlə bunun şahidi olmuşuq".
Yuxular, funksiyası və sirri hələ də həll edilməmiş, gündəlik hadisələri, qorxuları, duyğuları yaşadığımız və ya şüuraltımızda qeyd etdiyimiz qavrayışlardır. Eksperimental spiritistlər, parapsixoloqlar və psixiatrlar yuxularla elmi səviyyədə məşğul olan şəxslərdir. Lakin astroloqların fikrincə, yuxuların bürclərlə da bağlılığı var. Belə ki, bəzi bürclərin yuxularının çin çıxması ehtimalı böyükdür. Sozcu.az bürclərin necə yuxular gördüklərini araşdırıb: Qoç Qoçun yuxuları çox vaxt real həyatları ilə sıx bağlı olar. Onlar xəstələnəndə kabus görür, xoş hadisə olanda təbiət mənzərələri, mavi dəniz görürlər. Buğa Buğa bürcündə xəyalları yox, gündəlik hadisələr önəm verir. Onlar üçün məntiq hər zaman ön plandadır. Qəlblərində düşmənçiliyə yer olmayan buğalar adətən xoş yuxular görürlər. Əkiz Əkizlərin yuxuları çox vaxt həqiqətən də baş vermiş, şüuraltı hadisələr və ağrılarla doludur. O, qocalığa qədər məktəb xatirələrini yuxularında görə bilər. Xərçəng Xərçənglər gündəlik həyatlarını yuxularını gördükləri kimi yaşayırlar. Onlar röyalarında adətən zəif, müdafiəsiz və yardıma ehtiyacı olan obraza çevrilirlər. Aslan Şirlər xəyalları ilə yanaşı, intuisiyalarından bələdçi kimi istifadə edirlər. Yuxuları onların real həyatlarına birbaşa təsir edir, daha doğrusu, şirlər röyalarına uyğun olaraq gündəlik planlarını qururlar. Qız Qız bürcü insanlarının yuxuları inkişaf etmiş narahatlıq meylinə görə kabus və ya şüuraltı yuxular şəklini alır. Yuxuları xatırlaya bilmək üçün psixi cəhətdən sağlam olmalıdır. Tərəzi Tərəzilər adətən yuxularını xatırlamırlar. Yadına düşəndə məntiqi simvolik izahlar tapmağa çalışır. O, xəyallarının simvolik dilini deşifrə etməyə çalışır. Əqrəb Əqrəb xəyalları kabuslu, sirli və seksualdır. Xatırladığı yuxular mütləq gələcəyə işarə edir. Düşmək qorxusu mütləq yuxularınızda əks olunur. Oxatan Oxatanlar xəyallara əhəmiyyət verirlər. O, intuisiyasına və arzularının gerçəkləşəcəyinə inanır. Lakin Oxatanların yuxuları tez-tez gerçəkləşir. Oğlaq Oğlaqlar yuxularını xatırlamayan bürclərdir. Başı və şüuraltı zehni təhlükəsizlik, pul və karyera ilə o qədər məşğuldur ki, o, tez-tez təhlükəsizlik, uçmaq, yıxılmaq barədə röyalar görür, lakin oyananda gördüklərini xatırlaya bilmir. Dolça Dolçalar üçün uçmaq, fövqəladə güclərə sahib olmaq kimi yuxular görməyi artıq adət halına gəlib. O, fantastik xəyallar qurmağı sevir. Və qurduqları xəyallar yuxularında gerçəkləşir. Balıqlar Balıqların xəyalları şüurlatının ağır xatirələrini əks etdirir. O, tez-tez bələdçi və gələcək haqqında danışan yuxular görür. Yuxusunu davam etdirmək üçün yuxusunu uzatmağa çalışır.
Artıq üç ildir ki, jurnalistlər üçün tikilən üçüncü binadakı mənzillərinin hansı səbəbdən bölünməməsi sualına bu mənzillərə iddialı olan jurnalistlər cavab tapa bilmirlər. Bina istifadəyə tam hazır vəziyyətdə gözləyir, lakin bu binadakı mənzillərin gələcək taleyi barədə heç kim heç nə bilmir, ya da bilənlər açıqlamaq istəmir. Bu barədə çox yazılıb. Mən yenidən həmin yazılanları təkrar etmək istəmirəm. Çünki bu cəmiyyətdə ən fəal və ən hüquqsuz təbəqə olan jurnalistlər baş verənlərdən və yazılanlardan xəbərdardır. 2022-ci ilin sonlarında Prezidentin köməkçisi Hikmət Hacıyevlə Mətbuat Şurasında keçirilən görüş zamanı jurnalist həmkarımız, dostumuz, Qarabağ qazisi, eyni zamanda, Mətbuat Şurası NTK-nın sədri Rey Kərimoğlu üçüncü binadakı mənzillərin bölünməməsi səbəblərini Hikmət Hacıyevdən soruşub. Hikmət Hacıyevin cavabı belə olub ki, həmin binada prokurorluq araşdırma aparır, araşdırmalar başa çatmadan konkret nəsə demək mümkün deyil. Bu söhbətin konkret detallarını Rey Kərimoğlu özü açıqlaya bilər. Bu müddət ərzində jurnalistlərin üçüncü binasındakı mənzillərin jurnalistlərə verilməsi üçün müraciətlər hazırlayıb, media mənsublarını bu işə səfərbər etməyin təşəbbüskarı kimi mən və Araz Zeynalov bu ilin yanvar ayında Mətbuat Şurasının sədri Rəşad Məcidlə görüşdük. Rəşad Məcid həmin mənzillərin jurnalistlərə verilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etdiyini bildirdi. Bundan əvvəl MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovla görüşmüşdük. Əhməd İsmayılov söz verdi ki, məsələ müzakirə olunarsa, həmin binadakı mənzillərin jurnalistlərə veriləcəyi təklifini müdafiə edəcək. Lakin Əhməd İsmayılov binadakı mənzillərin bölgüsünün MEDİA tərəfindən aparılmasını istəmir. Bu məsələdə Əhməd İsmayılovu anlamaq mümkündür. Çünki əvvəlki iki binadakı mənzillərin verilməsi zamanı elə haqsızlıq və ədalətsizliklər olub ki, Əhməd İsmayılov MEDİA-nın adının bu işdə hallandırılmasını istəmir. Görünən isə odur ki, jurnalistlərin binasındakı mənzillərin ehtiyacı olan media əməkdaşlarına verilməsi təşəbbüsü ilə Mətbuat Şurasının sədri Rəşad Məciddən başqa kimsə çıxış etmək istəmir. Bu məsələdə də müxtəlif səbəblər var. Onları bu yazıda sadalamaq istəmirəm. Konkert təklifim nədən ibarətdir, onu yazım. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bütün jurnalistləri tanıyır. Jurnalistlərin də bu adamlarla yaxşı münasibətləri var. Elə bu amilə görə jurnalistlərə mənzil verilməsinin kriteriyalarının hazırlanması və bu bölgünün aparılması üçün sənədlərin toplanması işini Mətbuat Şurasına həvalə etmək mümkündür. Ümid edək ki, jurnalistlər binası ətrafında süni şəkildə yaradılmış müəmma bu il çözüləcək və Prezidentin 19 iyul 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq, həmin mənzillər jurnalistlər arasında bölünəcək. Əgər kimsə, yaxud hansısa qruplaşma Prezident sərəncamının ləğvinə çalışırsa, bu, mümkün olan iş deyil. Hələ bu ölkədə Prezidentin sərəncamının ləğv edilməsi presidenti olmayıb. Əminəm ki, bundan sonra da olmayacaq
Astara rayon Hamoşam kənd bələdiyyəsinin sədri Rüfət Əliyev Lənkəran Mərkəzi Xəstəxanasında olan vəziyyətlə bağlı TƏBİB - ə müraciət edib: Sozcu.az həmin müraciəti təqdim edir: "Hörmətli TƏBİB ! Lənkəran Mərkəzi xəstəxanasındakı vəziyyət , Lənkəran bazarından daha pisdir. Xəstəxana qanunlara deyil, həkim və rəhbırliyin istək və arzuları ilə idarə olunur. Sizin qaynar xəttə üç dəfə zəng edəndən, üçüncü cəhdən sonra , Astaradan verilən göndərişi qəbul etdilər. İki xəstəna arasındakı ziddiyyətlərin əziyyətini vətəndaş çəkməli deyil!"
Bakı şəhər Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, dumanlı hava şəraiti ilə bağlı sürücülər ara məsafəsinə, sürət həddinə diqqət yetirməlidir: O, dumanlı havada görmə məsafəsinin aşağı düşdüyünü vurğulayıb: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsində meteoroloji vəziyyət dəyişdikdə sürücülərin nələrə diqqət yetirməli olduqları xüsusi olaraq göstərilib. Sürücülərdən yollarda piyadalara qarşı diqqətli olmağı və duman əleyhinə olan işıqlardan təyinatı üzrə istifadə etməyi xahiş edirik!”
“Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələ də "xan" rejimindən qalma xasiyyətini tərgidə bilməyib”. Sozcu.az xəbər verir ki, bu haqda naxçıvanlı jurnalist, ovqat.com saytının rəhbəri Heydər Oğuz sosial şəbəkədə məlumat paylaşıb. O, bildirib ki, nazirlikdəki mənbələrdən aldığı məlumata görə, nazir Mayis Əliyevin göstərişi ilə qurumun bütün işçiləri bir nəfər kimi çöllərdə iməcliyə göndərilib: “Diplomlu-diplomsuz hər kəs bir nəfər kimi əllərində bel-kürək Naxçıvan çöllərini abadlaşdıracaq. Təsəvvür edin, su üzünə həsrət qalan Muxtar Respublikanın çölləri binəva ekoloqların alın təri ilə guya yaşıllaşdırılır. Halbuki, ekoloqların işi bu olmamalıdır və Naxçıvanın ilk növbədə su problemi öz həllini tapmalıdır", - məlumatda belə deyilir. H. Oğuz qeyd edib ki, ekoloqlar qul kimi xarab avtobuslara doldurulub çöllərə daşınır: “Sanki 1950-ci illəridir və ekoloqlar da müharibədən yeni çıxmış sovet ölkəsini abadlaşdırmağa çalışırlar. Bir sözlə, Naxçıvan hələ də xan qanunları ilə yaşayır”. Bildirək ki, Naxçıvanın Ekologiya və Təbii Sərvətlər naziri Mayıs Əliyev 2018-ci ilin iyun ayında Vasif Talıbovun fərmanı ilə bu vəzifəyə təyin olunub. Bundan əvvəl o, nazirlikdə şöbə müdiri vəzifəsində işləyirdi.
Bakıda Yasamal rayonu ərazisində kütləvi şəkildə fərdi evlərin söküntüsünə başlanacaq. Söhbət Alatava 1 qəsəbəsindəki fərdi yaşayış evlərindən gedir. Sozcu.az Bakı.vs-yə istinadən xəbər verir ki, təqribən 8 hektar ərazidə yerləşən fərdi evlər söküldükdən sonra yerində hündürmərtəbəli binalar inşa olunacaq. Fərdi evlərin söküntüsünü icra edən şirkət rəsmiləri işlərə başlamaq üçün sakinlərlə razılığa gəlməlidir. Sakinlərdən evlərini tərk etmək üçün isə 1500-2000 manat kompensasiya təklif edildiyi bildirilir. Razılıq əldə olunacağı təqdirdə istəkdən asılı olaraq sakinlərə yeni tikiləcək 12 mərtəbəli binalarda öz evlərinin sahəsindən 20 kvadrat metr əlavə sahəsi olan mənzillər veriləcək. Bunun üçün onlara inşaat işləri gedən zaman 500 AZN kirayə pulunun da veriləcəyi deyilir. Eyni zamanda fərdi evlərinə görə pul almaq istəyən vətəndaşlara isə kompensasiya təqdim olunacaq. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov da dünən jurnalistlərə açıqlamasında bildirib ki, Alatava 1 - Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz ərazidə söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərdən biri ilə razılıq əldə olunub.
Bakıda gənc qadın üç uşağı ilə birlikdə itkin düşüb. Sozcu.az xəbər verir ki, bu barədə polisə paytaxtın Xətai rayonunda yaşayan 1992-ci il təvəllüdlü Emin Ağayev məlumat verib. O, polisə ərizə ilə müraciət edərək bildirib ki, fevralın 25-də arvadı, 1997-ci il təvəllüdlü İlhamə Ağayeva 5, 6, 7 yaşlarında olan qızlarını götürərək birgə yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.
Bakı şəhərində yerləşən parkların birində ağaclar kəsilib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, Xətai rayonunda yerləşən meşə tipli Gənclik parkında ağaclar kəsilib. Xətai Rayon İcra Hakimiyyəti parkda ağacların kəsilməsi barədə açıqlama verib. Qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə quruyan ağaclar kəsilib: “Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən parkda quruyan ağaclar kəsilib. Hazırda onların yerinə yeni ağaclar əkilir”. Qeyd edək ki, parkın salınması üçün işlər 11 noyabr 2019-cu ildə başlanmışdı. 2021-ci ilin avqust ayında park açılıb.
İnsan daim bəxtinin gətirməsi üçün çabalar edir, yarışlara qatılır, lotereya bileti alır, hansısa işə başlamaq üçün kimdənsə borc pul götürür və s. Bəxtsiz adamların isə sığınacağı heç bir liman yoxdur. Onların istədikləri dünyaya biletlər satılmır, heç bir təyyarə, avtobus, qatar o yerlərə gedib çıxmır. Bir də var bütün bu olanları sakitcə tamaşa edən adamlar: insanların bəxtinin açılmasında açar rolu oynayanlar. "Azərbaycan Reallığı" xəbər verir ki, “Misli” mərc həvəskarlarını cəlb etmək üçün hər cür fırıldağa və şirnikləndirici yola əl atır.Bu oyunlarla “Misli” qumar aludəçilərini maaş aldıqları gün oyun oynamağa, qazandığı pulu oyuna qoymağa çağırış edir. “Lotereya” Bəlkə də dırnaq içində yazıldığına görə orfoqrafik səhv axtaracaqsınız. Xalq zəhmətkeşdir.Niyə axı zəhmətkeşin cibindən onun öz əli deyil,tənbəl yaxud oyunbaz pulunu çıxartsın. Lotereya qumardır. Peşəsinə sadiq qalıb, onlarla sosial media hesabları hay-həşir salır. Hardasan “Misli” nə bilim “Poz Qazan”? Lotereya oyunları dünyanın bəzi ölkələri istisna olmaqla hər yerdə var. Dünya təcrübəsi göstərir ki, loto oyunlar nəticə etibarilə həm insanların boş vaxtlarının səmərəli və əyləncəli keçməsinə xidmət etməli, həm də iqtisadi fəaliyyət növü kimi dövlətə və cəmiyyətə sosial-iqtisadi fayda verməlidir. Azərbaycanda lotereya oyunları rəsmi olaraq 2001-ci ildə yaradılan “Azərlotereya” ASC tərəfindən keçirilir. 2021-ci ildə “Azərlotereya”nın xarici investor kimi Türkiyənin “Demirören Holding” şirkətinin idarəçiliyinə verilib. Lotereya qumardısa, qumarda tüfeyli həyat tərzidir. Qumarın leqallaşdırması, adına nə qoyur-qoysun – “Poz, qazan”, nə bilim, lotereya – məhsul eynidir. Bu, bütün dünyada var. Hamıya bəllidir ki, “Poz, qazan”, yaxud bu kimi qumar xarakterli lotereyaların satışından təkcə dövlət qazanmır. Bunu satanlar dolaşıq, fırıldaq yolu ilə milyonlar, milyardlar qazanır, ciblərini doldururlar. Vətəndaşlar müxtəlif yollarla aldadılır, onlara ümid verilir. Onlara külli miqdarda pul udacağı deyilsə də nəticə etibarilə burda tək bir udan var, o da bu xidməti göstərən təşkilatdır. Düzdür, burda uduşlar da olur, kimlərsə hansısa məbləği qazanırlar, amma ümumi götürdükdə vətəndaşlar kiçik həcmdə çoxlu sayda vəsait itirirlər. Təəssüflər olsun ki, onların ümidləri çox vaxt doğrulmur, nadir hallarda şans kimlərinsə üzünə gülür. Dayanacaqlarda, metro girişlərinin qarşısında, hətta marketlərin yanında belə satışa çıxarılan bu lotereyalara böyüklərlə yanaşı məktəblilərin də marağı böyükdür. Xırda uduşlarla iştirakçıların şirnikləndirildiyi həmin oyunda bu günə qədər nədənsə böyük məbləğli uduşlara rast gəlinməyib. Faktlar var ortada.Qurum özü 2022-ci ilin ən yüksək uduş məbləğinin 1000 AZN olduğunu açıqlayıb. Maraqlı olan bu deyil? Maraqlısı olan odur ki,ortada gəzən bəzi insanlar 25-30 min qazandığından dəm vurur. Bu insanlar kimlərdir? Təşkilatçı cibəgirənlərin 10-15 manatını cibində gəzdirənlər. “Misli” “Poz Qazan” və başqaları… Məlumatlar verilir ki, bu kimi təşkilatların sayı cari ildə dahada artacaq. Qoy artırılsın. Pozaq. Qazanmaq istəyən pozsun. Unutmayın pozanlar sadəcə kağız kirini pozmurlar,həmdə həyatlarını pozurlar. “Misli” kimilər uğurlu fəaliyyətləri ilə davam edir. O zaman bizdə davam edəcəyik.
Bu gün bir qrup Ağsu rayon sakini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında toplaşaraq, nazir Muxtar Babayevlə görüşmək istəyiblər. JAMAZ.İNFO xəbər verir ki, nazirin qəbul günü olsa da, onlara bildiriblər ki, nazir Muxtar Babayev hazırda iş yerində olmadığı üçün qəbul edə bilməzlər. Xatırladaq ki, 2020-ci ildə Prezident İlham Əliyevin tapşırığı əsasında Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahiblərinə dövlət tərəfindən tikinti layihəsi verilərək, hazırda olan obyektləri söküb, verilən layihəyə uyğun şəkildə tikmələri tapşırığı verilib. Prezidentin müşaviri Zeynal Nağdəliyev dövlət adından bildirib ki, layihə tikilib təhvil verildikdən sonra sahibkarlara müqavilə sənədi veriləcək. Sahibkarlar bildirirlər ki, verilən layihəni külli miqdarda kredit götürərək və digər formalarda borca düşərək tamamlasalar da, Ekologiya Nazirliyi onlarla müqavilə bağlamır. Sahibkarlar bildirirlər ki, layihəni bitirdikdən sonra onlara sənəd verəcəklərini bildirsələr də, nəinki sənəd verilmir, əksinə Ekologiya Nazirliyi sahibkarları qanunsuz torpaq zəbt etmək ittihamı ilə məhkəməyə verib.