Şəmkirdə üç övladı olan ana baldızı tərəfindən amansızcasına döyülüb.
Sozcu.az xəbər verir ki, hadisə Sarıtəpə kəndində qeydə alınıb.
Malika Sarıyeva qız övladına hamilə qaldığı üçün baldızı tərəfindən vəhşicəsinə döyülüb, xəstəxanaya yerləşdirilib.
Bətnindəki 4 aylıq uşaq isə tələf olub.
Zərərçəkənin bacısının sözlərinə görə, bu kimi xoşagəlməz hadisələr dəfələrlə Malikanın başına gəlib.
Məsələ polis və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.