Sumqayıtda qəza: moped sürücüsü öldü

Sumqayıt şəhərində sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.

Məlumata görə, idarəetmədən çıxan moped divara çırpılıb, nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook