Moskva vilayətində də partlayışlar baş verdi

Moskva vilayətinin Kolomna şəhərində ardıcıl partlayış səsləri eşidilib. Sozcu.az xəbər verir ki, bu haqda "Kolomna Xəbərləri" (Коломна Новости) Teleqram kanalı məlumat yayıb. Hazırda partlayışların səbəbi araşdırılır, rəsmi açıqlama isə hələ ki, verilməyib. Qeyd edək ki, dünən ukraynalı diversantlar Bryanska hücum etmişdilər.

Ukrayna əks-hücuma keçdi, rusların briqadası məhv edildi

Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb.  Sozcu.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, ərazidə ciddi döyüşlərin getdiyi və rusların briqadasının məhv edildiyi bildirilib.  Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi 2022-ci il fevralın 24-də başlayıb. 

Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir

BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Sozcu.az xəbər verir ki, bu sözləri martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.

Rusiya itkilərlə bağlı problemlərini həll edə bilmir

Uqledar yaxınlığındakı son hücumu zamanı böyük itkiləri göstərdi ki, Rusiya ordusu hələ də ciddi heyət və texnika itkiləri ilə bağlı problemləri tez həll edə bilmir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. “Hərbi uğursuzluqlarının davamlı olması Rusiyanın effektiv hücum əməliyyatları aparmaq qabiliyyətinə mane olacaq”, - hesabatda qeyd olunub.

Ermənistanın Baş Qərargah rəisi və keçmiş müdafiə nazirləri 44 günlük müharibə ilə bağlı dindirilə bilər

Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan 44 günlük müharibə ilə bağlı dindirilə bilər. Bu barədə yerli “Joqovurd” qəzeti yazıb. Bildirilib ki, Ermənistanda parlamentdə müharibə ilə bağlı araşdırma aparan komissiya bu barədə qərar qəbul edə bilər. Qeyd olunub ki, həmçinin E.Asryanın sələfləri Artak Davtyan, Onik Qasparyan və həbsdə olan keçmiş müdafiə nazirləri, o cümlədən David Tonoyan da dindirilə bilər. Onlar yararsız raketlərin alınmasında və döyüşlərdə istifadə olunmasında istifadəsində ittiham edilirlər.

Hacı Şahinin ölüm səbəbi bilindi - AÇIQLAMA

Tanınmış ilahiyyatçı Hacı Şahinin ölüm səbəbi məlum olub. Ailə üzvlərindən bildirib ki, Hacı Şahin bu gün səhərə yaxın - 5 radələrində ürək tutmasından dünyasını dəyişib. Dünən gecədən narahatlıq başlayıb və gecəylə həkimə gedib. Yoxlanışdan sonra evə qayıdıb və bir neçə saatdan sonra belə bir hadisə baş verib./Bakupost

Hacı Şahin dünyasını dəyişib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi feysbuk səhifəsində məlumat verilib. "Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bugün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək", - sosial şəbəkə səhifəsində qeyd olunub.

ABŞ-ın Araşdırma Mərkəzi: “Rusiya Ukraynada 200-250 min itki verib“

Rusiya 1945-ci ildən - İkinci Dünya müharibəsindən bəri ən böyük itkilərini Ukraynadakı müharibədə verib.  Sozcu.az “RBK Ukraina”ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi məlumat yayıb.  Bildirilib ki, Rusiyanın Ukraynadakı itkiləri təxminən 200-250 mindir: “Buraya Rusiya Silahlı Qüvvələrinin hərbçiləri ilə yanaşı, “Vaqner” muzdlu hərbi təşkilatının nümayəndələri, qondarma DNR və LNR silahlıları, həmçinin digər qruplaşmalar daxildir”.  Analitiklərin fikrincə, Rusiyanın Ukraynadakı itkiləri əvvəlki münaqişələrdəki, o cümlədən Əfqanıstan, Çeçenistan müharibələrindəki itkilərdən dəfələrlə çoxdur.  Mərkəzin hesabatında bildirilib ki, Kreml Ukraynaya qarşı müharibə ilə bağlı yanlış hesablamalar aparmışdı: “Rusiyada elə bilirdilər ki, ukraynalılar Ukraynadakı mövcud hakimiyyəti və Prezidenti Volodimir Zelenskini dəstəkləməyəcəklər. Ukraynanın uğuru həm də texnika, xüsusilə PUA-larla bağlıdır”. 

Litva Rusiya ilə sərhəddə əcnəbilər üçün qeydiyyat mərkəzini bağlayıb

Litva Rusiya ilə sərhəd yaxınlığında əcnəbilər üçün qeydiyyat mərkəzini bağlayıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, Kibartay şəhərindəki mərkəzin fəaliyyəti dayandırılandan sonra oradakı miqrantlar Pabrade şəhərindəki digər mərkəzə köçürüləcək. Kibartaydakı mərkəzdə yaşayan qeyri-qanuni mühacirlərə Litva ərazisini tərk etməyərək, 24 saat ərzində mərkəzdən çıxmaq üçün vaxt verilmişdi. “Onlar, çox güman ki, qanunsuz olaraq Litva sərhədini keçiblər, çünki əvvəldən onların məqsədi Qərbi Avropa ölkələrinə keçmək olub”, - xəbərdə deyilir.

Yunanıstanda üç günlük matəm elan edilib

Yunanıstanda bu gün baş vermiş qatar qəzası səbəbi ilə üç günlük matəm elan edilib. Sozcu.az xəbər verir ki, bu barədə yerli “ERT News” xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, bu gün Yunanıstanda baş vermiş qəza zamanı yük və sərnişin qatarı toqquşub. Qəza zamanı sərnişin qatarında 346 nəfər olub və son məlumatlara əsasən 36 nəfər ölüb, 85 nəfər yaralanıb.

Qobustanda azyaşlının qulağından sırğanı oğurlayan qadın tutulub

Qobustanda azyaşlı qızın qulağından sırğanı oğurlayan qadın tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, fevralın 14-də Qobustan qəsəbəsində yaşayan bir qadının evində aldadılaraq pulunun və geyim əşyalarının alınması, habelə qohumu olan azyaşlı qızın qızıl sırğalarının soyğunçuluq yolu ilə talanması barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Gülnarə Vəliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Zelenski ali baş komandan qərargahını TOPLADI

Ukrayna prezidenti Volodimir Zelenski ali baş komandan qərargahının iclasını keçirib. Sozcu.az "RBK Ukraine"a istinadən xəbər verir ki, müzakirə mövzularından biri Rusiyanın mümkün işğal planları olub. Məlumata görə, görüşdə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, qoşunların operativ-strateji qrupunun komandiri Aleksandr Sırski də iştirak edib. “Qərargah üzvləri ümumi əməliyyat vəziyyəti və düşmənin yaxın gələcəkdə hərəkətlərinin xarakterini nəzərdən keçiriblər. İclasda ukraynalı müdafiəçilərin döyüş sursatı və texnikası ilə təmin olunma vəziyyəti, hərbi kadrların xaricdə hazırlığı, xüsusilə müdafiə qüvvələrinin say və ixtisas baxımından ehtiyacları da müzakirə olunub", - deyə məlumatda bildirilib.