Ukrayna Melitopolu vurdu: yaralılar var

Ukrayna ordusu Melitopoldakı lokomotiv deposunu vurub. Zərbənin HİMARS reaktiv yaylım atəş sistemləri vasitəsilə endirildiyi bildirilib. Xeyli sayda yaralı var.

11 min erməni hərbçi fərarilik edib - Paşinyanın arvadından şok etiraf

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan şok açıqlama verib. Sozcu.az yerli KİV-ə istinadən bildirir ki, o, İkinci Qarabağ müharibəsində Ermənistan tərəfdən 11 min hərbçinin fərarlik etdiyini bildirib. Hakobyan bu barədə müharibə zamanı ölən erməni hərbi qulluqçu David Şahnazaryanın anadan olmasının 23-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən danışıb. O qeyd edib ki, 44 günlük müharibədə Ermənistan ordusunda fərarilərin sayı 11 min nəfər təşkil edib: "11 min fərarimiz var idi. 11 min hərbçi, könüllü, zabit...".modern

Rusiya üçün xüsusi tribunal yaradılmalıdır - Yermak

Ukrayna BMT Baş Assambleyasının Rusiyanı təcavüz cinayətinə görə cəzalandırmaq üçün qətnamə qəbul edəcəyini gözləyir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. Yermakın sözlərinə görə, Ukrayna Rusiya rəhbərliyi üçün beynəlxalq xüsusi tribunalın yaradılmasını çox vacib hesab edir. O, həmçinin, martın sonunda Ukraynada ruslar tərəfindən 90 min hərbi cinayət qeydə alındığını vurğulayıb.

Zelenski Makronla 1 saat danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makronla arasında telefon danışığı olub. Sozcu.az xəbər verir ki, bu barədə V.Zelenski Tvitterdə yazıb. O bildirib ki, telefon danışığı 1 saat davam edib. Telefon danışığı zamanı Ukrayna və Fransa arasında müdafiə sahəsində səmərəli qarşılıqlı əlaqələr müzakirə edilib. "Mən cəbhədəki vəziyyətlə bağlı ətraflı məlumat verdim. Biz Sülh Formulunun həyata keçirilməsi üçün gələcək addımlar, qarşıdan gələn beynəlxalq tədbirlərdə koordinasiyalı işləmək barədə də danışdıq”. Ukrayna lideri vurğulayıb.

Rus ordusu Ukraynada darmadağın - İtkilərin sayı 174 minə yaxınlaşır

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 173 990 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 616 tank, 6 981 zirehli maşın, 2 683 artilleriya sistemi, 527 reaktiv yaylım atəşi sistemi, 279 hava hücumundan müdafiə sistemi, 306 təyyarə, 291 helikopter, 2 248 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 528 avtomobil texnikası və avtosistern, 296 xüsusi texnikadan ibarətdir.

Tramp bu tarixdə məhkəməyə çıxarılır

ABŞ-ın sabiq prezidenti Donald Trampın maliyyə fırıldaqçılığı iddiaları ilə bağlı Nyu-Yorkda məhkəmə qarşısına çıxması aprelin 4-nə təyin edilib. Sozcu.az-ın məlumatına görə, bu barədə CNN məlumat yayıb. D.Trampın Nyu Yorka aprelin 3-də gələcəyi gözlənilir. O, məhkəməyə gələndə onu məxfi xidmətin əməkdaşları müşayiət edəcək.axar

Nazir oğlunun yaxın dostunun rəis olduğu qurum da FHN-dən ALINIR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi yaxın vaxtlarda ləğv ediləcək.  Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sözügedən qurumun FHN-nin tabeçiliyindən çıxarılması ilə bağlı sənədləşmə işləri aparılır. Eyni işi həyata keçirən digər müvafiq dövlət qurumları da bu Agentliyin tərkibinə birləşdiriləcək və Nazirlər Kabinetinin mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək.  Qeyd edək ki, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayevdir. Vüsal Ağayev nazir Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərovun yaxın dostudur.  Agentliyin əsas işi öz səlahiyyətləri daxilində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik üzrə vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, səlahiyyətlərinə aid edilən texniki təhlükəsizlik məsələləri üzrə dövlət nəzarəti flınksiyalarım həyata keçirməklə nazirliyin digər struktur bölmələri, müvafıq dövlət orqanları ilə birlikdə fövqəladə halların qarşısının alınmasmın təşkilində iştirak edən icra hakimiyyəti orqanıdır. Xatırladaq ki, dünən Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi ləğv edilərək, yerində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

Rusiya 6 RLS itirib - Britaniya kəşfiyyatı

Rusiya kəşfiyyat və atəşə nəzarət üçün istifadə olunan ən azı 6 radar sistemini (RLS) itirib.  Sozcu.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının bugünkü hesabatında qeyd olunub. Məlumata görə, martın 23-də Ukrayna hərbçiləri Donetsk vilayətində Rusiyanın anti-batareya radarının məhv edilməsinin görüntülərini yayıb. Hesabatda vurğulanıb ki, hər iki tərəfdə belə sistemlərin sayı nisbətən azdır, lakin radarlar düşmən artilleriyasını tez aşkar etməyə və vurmağa imkan verir. Bununla belə, onların aktiv elektromaqnit detalları olduğundan asan aşkar edilir və zərərsizləşdirilir. Bildirilib ki, anti-batareya radar donanmasının yenidən qurulması çox güman ki, hər iki tərəf üçün əsas prioritetdir, lakin Rusiya radar üçün lazım olan yüksək texnoloji elektronikanın tədarükü sanksiyalarla dayandırıldığı üçün bu işə daha çox səy göstərməli ola bilər. 

ABŞ SEPAH-la əlaqəli 8 döyüşçünü məhv etdi

ABŞ-ın Suriyaya son zərbələrində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli 8 döyüşçü öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Patrik Rayder deyib. “Hesablamara görə, SEPAH-ın “Əl-Qüds” qüvvələrinin iki obyektinə endirdiyimiz zərbələr zamanı 8 döyüşçü öldürülüb. Öldürülən döyüşçülərin SEPAH-la sıx əlaqələrinə baxmayaraq, onlar İran vətəndaşları olmayıblar”, - deyə Rayder bildirib.

Ukraynalılar Zelenskidən ölkədə nüvə silahlarının yerləşdirilməsini tələb etdilər

Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında ölkədə ABŞ-nin nüvə silahlarının yerləşdirilməsi tələbi ilə petisiya dərc olunub. Müvafiq petisiya dövlət başçısının saytında yerləşdirilib. “ABŞ-nin nüvə silahını Ukrayna ərazisinə yerləşdirin və ya Ukraynanı öz nüvə silahına malik dövlətə çevirin”, - deyə təşəbbüs müəllifi təklif edib. Hazırda petisiyanı 100 nəfər dəstəkləyib. Zelenskinin bunu rəsmi şəkildə nəzərdən keçirməsi üçün petisiya üç ay ərzində 25 min səs toplamalıdır. Mənbə: Ura.ru

Ermənistan və Azərbaycanın yeni mövqeləri arasında 15 metr məsafə var - Erməni nəşri

Azərbaycan tərəfi ötən gecədən etibarən əlverişli mövqelər tutaraq mühəndislik işlərinə başlayıb. Sozcu.az bu barədə “Hetq.am”a istinadən xəbər verir. Nəşr qeyd edib ki, yeni mövqelər Tex-Stepanakert yolundakı keçmiş Ermənistan keçid məntəqəsinin yaxınlığında yerləşir. “Biz yolun bir tərəfindəyik, azərbaycanlılar digər tərəfində, hər iki istiqamətə texnika gətirilib, mövqelərin təchiz olunması istiqamətində işlər aparılır, mövqelər bir-birindən 10-15 metr aralıdadır”, – mənbə bildirib.konkret

Rusiyada qaz kəmərində güclü partlayış baş verdi

Rusiyanın Sverdlovsk vilayətinin Pelım şəhərində qaz kəmərində partlayış, ardınca isə yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Hadisə nəticəsində ölən olmayıb. Partlayışın səbəbi açıqlanmır.