Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 171 730 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 602 tank, 6 966 zirehli maşın, 2 653 artilleriya sistemi, 525 reaktiv yaylım atəşi sistemi, 277 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 291 helikopter, 2 235 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 502 avtomobil texnikası və avtosistern, 287 xüsusi texnikadan ibarətdir.

Ötən il Azərbaycanda 2877 şəxs vərəmə yoluxub

2022-ci ildə Azərbaycanda 2877 xəstə ömründə ilk dəfə olaraq vərəm xəstəliyinə yoluxub. Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib. O bildirib ki, xəstələnmə göstəricisi - 100 000 respublika əhalisinə - 28,4 təşkil edib. Təkrar (residiv, uğursuz müalicədən sonra, müalicəsini dayandırılması ilə əlaqədar, nəzarətdən yayılan və digər xəstələr) - 2292-dir: "Yalnız residivi olan bu rəqəmdən (yəni, sağalandan sonra vərəm ilə yenidən yoluxan xəstə) - 1112 təşkil edib. Cəmi 2022-ci ildə 5169 xəstə rəsmi qeydiyyatdadır. Vərəm Mikobateriyasının həssaslığı qorunmuş xəstələrin sayı - 1301 ilkin xəstələr arasında, 1494- təkrar xəstələr arasındadır. Bu rəqəmlər Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə müəyyənləşdirilib".

“Qarabağdan qovulmalıdır“ - Vardanyandan sərsəm çağırış

Bir müddət əvvəl Qarabağ separatçılarının “dövlət naziri” vəzifəsindən qovulan Ruben Vardanyan yenidən sərsəm çıxışları ilə gündəmə gəlib. Sozcu.az xəbər verir ki, sosial şəbəkə hesabında Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya olunmasına qarşı çıxışlar səsləndirən rusiyalı emissar bu dəfə də analoji fikirlərini təkrarlayıb. Vardanyan videomüraciətində vurğulayıb ki, Bakı ilə inteqrasiya tərəfdarı olan hər kəs Qarabağdan qovulmalıdır. Onun sözlərinə görə, Araik Arutyunyan və komandası Qarabağın “müstəqilliyini” heç zaman müzakirə mövzusu etməməli və Qarabağdakı separatçı rejim əsla Azərbaycanın tərkibinə daxil olmamalıdır.

Biləsuvarda su üstündə dava: Ata və oğlu döyüldü

Biləsuvarda su üstündə dava düşüb.  Sozcu.az xəbər verir ki, hadisə rayonun Çərçili deyilən ərazisində qeydə alınıb.  Biləsuvar rayonun Günəşli kənd sakinləri, 1960-cı il təvəllüdlü Fikrət Gözəlov və oğlu 1987-ci il təvəllüdlü Hikmət Gözəlov tanışları şəxslər tərəfindən döyülüblər. Xəsarət alanlar xəstəxanaya çatdırılıblar. İlkin məlumata görə, hadisə su üstündə yaranan mübahisə zamanı baş verib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-dan bildirilib ki, Biləsuvar rayon Günəşli kənd sakinləri Fikrət Gözəlov və oğlu Hikmət polisə müraciət edərək aralarında yaranmış mübahisə zamanı həmkəndliləri Z.Mirzəyev və V. Mirzəyev tərəfindən döyüldüklərini bildiriblər.  Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.  Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. 

İsraildə etirazlar genişləndi - Canlı

İsrailin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olan müdafiə naziri Yoav Qalantı istefaya göndərmək qərarından sonra ölkədə etirazlar başlayıb. Sozcu.az xəbər verir ki, etirazçılar Təl-Əvivdə hökumət binalarına gedərək nəqliyyatın hərəkətini kəsiblər.

KİV: “General Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb”

Vuqledar istiqamətinə komandanlıq edən rusiyalı general-polkovnik Rüstəm Muradovun Ukraynadakı Rusiya qoşunlarının “Şərq” qrupunun komandanı vəzifəsindən uzaqlaşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya hərbi dairələrinə yaxın teleqram kanallar məlumat yayıb. Məlumat hələlik rəsmən təsdiqini tapmayıb. Xatırladaq ki, 50 yaşlı hərbçi 2020-ci ilin noyabrından 2021-ci il

"Biz qarşımıza Ramazan Kadırovun aradan götürülməsi vəzifəsini qoymuşuq..."

"Həm çeçen hakimi, həm də Kreml rəhbəri törətdikəri bütün cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir..." Ukrayna ərazisində Kadırovu devirmək və Putini məhkəməyə vermək əmrini gözləyən legion formalaşıb Ukraynada xarici legionun tərkibində İçkeriya Respublikasının silahlı qüvvələri fəaliyyətdədir. Sozcu.az xəbər verir ki, bu barədə sürgündə olan hökumətin rəhbəri Əhməd Zakayev "Müharibə xronikası" proqramı üçün jurnalist Tatyana Popovaya müsahibəsində deyib. Zakayevin sözlərinə görə, İçkeriya Respublikası qoşunlarının formalaşdırılması prosesi 26 noyabr 2022-ci ildə, prezident Vladimir Zelenski tərəfindən xarici legionun yaradılması haqqında fərman imzalandıqdan sonra başlanıb. Elə həmin vaxt Zakayev Rusiya təcavüzünə qarşı durmaq üçün çeçenlərə könüllülər sıralarına qoşulmağa çağırış edib. "Bu gün Ukraynada daimi əsaslarla İçkeriya Respublikasının müdafiə nazirliyi fəaliyyətdədir. Mən çox vaxt praktiki olaraq Ukraynada həm ali baş komandan, həm də işğaldan azadetmə dövlət komitəsinin sədri kimi oluram. Biz Ukraynanın bir idarəsi ilə bizim idarə arasında hərbi əməkdaşlıq və qarşılıqlı əlaqə barədə saziş imzalamışıq. Ona görə də bu gün demək olar ki, bu il ərzində biz praktiki olaraq məhz Ukrayna ərazisində İçkeriua Çeçen Respublikası silahlı qüvvələrini bərpa etməyə müvəffəq olmuşuq. Bax, burada yaratdığımız bu legion, bu tabor, prinsipcə, işğaldan azadetmənin və Çeçenistan ərazisində çeçen dövlətçilirinin bərpasının avanqardı olacaq", - o, deyib. Onun fikrincə, həm çeçenlər, həm də Belarus legionu Belarus və Rusiyanın indiki hakim rejimindən azad edilmənin əsas nüvəsi olacaq. "Düşünürəm ki, bu legion Rusiyada və Rusiya siyasətində mövcud reallıqları dəyişməkdə maraqlı olmalıdır. Bu, imperiya siyasətindən, imperializmdən imtina deməkdir. Bu, bu ölkədə yaşayan xalqların müstəmləkədən azad olunması yolu ilə getməsi deməkdir. Mən əminəm ki, bu gün Ukraynada döyüşən və bununla da öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaqda davam edənlər bunu məhz belə anlayır. Bu adamlarda, çeçenlərdə belə anlaşma var. Mən inanıram ki, bu gün burada olan ruslar, belaruslar, Qafqazın digər xalqlarında da bu var", - Zakayey deyib. O, qeyd edib ki, İçkeriya Respublikası hakimiyyəti qarşısına Çeçenistan rəhbəri Ramzan Kadırovun aradan götürülməsi vəzifəsini qoyub. Zakayevin fikrincə, həm çeçen hakimi, həm Kreml rəhbəri məhkəmə qarşısına çıxarılmalı və Rusiyanın ərazisində və onun hüdudlarından kənarda törətdiyi bütün cinayətlərə görə tam məsuliyyət daşımalıdır.

Putin eyni zamanda müxtəlif maddələrlə məhkum edilə bilər

"Ukraynaya qarşı təcavüz cinayətlərinə görə bilavasitə Rusiyanın hərbi-siyasi rəhbərliyi cavabdehdir..." Rusiya prezidenti Vladimir Putin eyni zamanda Ukrayna uşaqlarının Rusiyaya deportasiyası və Ukraynaya qarşı təcavüz cinayətlərinə görə məhkum edilə bilər. Sozcu.az xəbər verir ki, bu barədə "FreeDom" telekanalının efirində Rusiyanın Ukraynaya qarşı hərbi cinayətlərinin sübutlarının toplanması ilə məşğul olan vəkil Yuri Belous bəyan edib. "Putinin Ukraynanın işğal edilmiş ərazilərindən uşaqların oğurlanmasına görə məsuliyyətə cəlb edilməsi təcavüz cinayətlərinə görə Ukraynanın təkid etdiyi xüsusi tribunalın yaradılması ideasını əvəz etmir. Rusiya prezidenti həm Ukrayna uşaqlarının deportasiyasına görə, həm də təcavüz cinayətlərinə görə məhkum edilə bilər", - o, deyib.  O, əlavə edib ki, Ukraynaya qarşı təcavüz cinayətlərinə görə bilavasitə Rusiyanın hərbi-siyasi rəhbərliyi cavabdehdir.  Vəkil həmçinin qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və baş prokuror Kərim Xan Rusiya üzrə ayrıca xüsusi tribunalın yaradılmasına qarşı çıxır və onların təsisatları çərçivəsində işləməyi təklif edir.  "Onlar nümayiş etdirir ki, daimi orqan olan Haaqadakı BCM mükəmməl işləməyə qadirdir və belə də işləyir. Ona görə ki, onlar birbaşa prezidentə qarşı qərar çıxarıb", - Belous deyib. Bundan öncə xəbər verilib ki, Ermənistan BCM-in Rusiya prezidenti Vladimir Putinin həbsinə verdiyi orderi dətəkləyib. Ermənistanın Konstitusiya Məhkəməsi BCM-in 17 iyul 1998-ci ildə imzalanmış Roma Nizamnaməsində təsbit edilən öhdəlikləri tanıyıb.  Başqa sözlə desək, Ermənistan hökuməti öz ərazisində prezident Putini və uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanı BCM-in həbsinə verdiyi orderlərə uyğun olaraq saxlamalıdır.

Ukrayna Prezident Ofisi: "Putin uduzduğunu və qorxduğunu etiraf edir”

“Rusiya Prezidenti Vladimir Putin uduzduğunu və qorxduğunu etiraf edir”. Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb. O bildirib ki, rəsmi Moskva proqnozlaşdırıla bilən siyasət həyata keçirir. M.Podolyak hesab edir ki, Rusiya lideri Belarusda taktiki nüvə silahının yerləşdirilməsini elan etməklə həm də cinayət törətdiyini boynuna alır: “O, nüvə silahının yayılmaması ilə bağlı müqaviləni pozur”. Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Belarusda taktiki nüvə silahının yerləşdiriləcəyini açıqlayıb. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya Prezidentinin bu qərarını blef hesab edir./Report

Ağ Evin baş iqtisadi müşaviri martın 31-də istefa verəcək

Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının sədri Sesiliya Rouz martın 31-də istefa verəcək. Sozcu.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Qeyd olunub ki, Rouz əvvəllər İctimai və Beynəlxalq Əlaqələr Məktəbinin dekanı olduğu Prinston Universitetində işə qayıtmağa hazırlaşır. O, gələcəkdə Ağ Evə qayıda biləcəyini istisna etməyib. Cari ilin fevral ayında ABŞ Prezidenti Cozef Baydenin baş iqtisadi müşaviri Brayan Diz də vəzifəsini tərk edib. O da Prinston Universitetində işləməyi planlaşdırır.

Rusiyada güclü partlayış baş verdi

Rusiyanın Rostov vilayətinin Azov şəhərində güclü partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalı məlumat yayıb. Partlayışın səbəbi məlum deyil. Hadisənin səbəbləri araşdırılır.

Ordumuz hərəkətə keçdi: XİN isə İrəvana xəbərdarlıq etdi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 25 mart tarixində Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bununla yanaşı, son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınıb. Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib. Bununla yanaşı, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. Qeyd edək ki, Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən bəyanatları, bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyinin bazir nümunəsidir. Ermənistan tərəfinin bu addımları, son zamanlar sülh sazişi üzrə beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə də bölgədə sülh və sabitliyin təmin edilməsində maraqlı olmadığını göstərib. Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq. Ermənistan tərəfinin son təxribatları göstərir ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə, Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir.