Priqojin Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq etmək niyyətindədir.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Budanov məlumat verib.
“Priqojinin sözlərinin 80%-i doğrudur. Vaqner maksimum effektivlik nümayiş etdirdi. Rusiya ordusu isə maksimum səmərəsizlik göstərdi ki, bu da Rusiya Federasiyasının hərbi rəhbərliyində münaqişəni daha da gərginləşdirdi”, – Budanov deyib.
Yevgeni Priqojin bildirib ki, o, Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşmüş, Baxmut uğrunda döyüşlərdə həlak olan amerikalı könüllü Nikolas Duyen Meymerin cəsədini təhvil verəcək.
“Mən bir amerikalının cəsədini təhvil edəcəyəm. Bunu xüsusi olaraq “The Washington Post” üçün edəcəm.
Sorğuma cavab verdilər. Bu gün şəxsi mesajda bütün adları, parolları, bildirişləri aldım. İndi onlarla işləyəcəyik. Və əlbəttə, mən bunu Kirill Budanov vasitəsilə edəcəyəm”, – deyə Priqojin bildirib.