Rusiyanın itkiləri 205 minə yaxınlaşır

Ukrayna müharibənin 454-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 204 360 hərbçi, 3789 ədəd tank, 7419 ədəd zirehli döyüş maşını, 3318 ədəd artilleriya sistemi, 565 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 327 hava hücumundan müdafiə sistemi, 309 ədəd hərbi təyyarə, 295 ədəd helikopter, 6139 ədəd avtomobil texnikası, 2864 ədəd PUA, 1011 qanadlı raket, 18 gəmi/qayıq, 433 xüsusi avadanlıq itirib.

Share on Facebook