Legion irəliləyir: Rusiyada daha iki kənd ələ keçirildi

Belqorod vilayətinin Qorkovski qəsəbəsi və Şebekino kəndi Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllülər Korpusu tərəfindən ələ keçirilib.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu ötən gün Belqorod vilayətinə hücum edib: Ukrayna ilə rəshəd məntəqəsi ələ keçirilib, sərhədçi öldürülüb. Daha sonra isə Qrayvoron şəhərini ələ keçiriblər.

Ukrayna bunu Rusiyada vətəndaş müharibəsinin başlaması kimi təqdim edir.

Share on Facebook