Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.
Bu barədə Ukrayna Prezident Ofisindən bildirilib.
Tərəflər F-16-ların Ukraynaya tədarükünü, həmçinin bu qırıcıları idarə edəcək pilotların təlimini müzakirə ediblər.
A.Yermak həmsöhbətini döyüş meydanındakı son durum barədə də məlumatlandırıb.
O, verdiyi dəstəyə görə Ağ Evə minnətdarlığını bildirib.