Sus və Zabuğa köç nə vaxt başlayır?

Sus və Zabuğa qayıdışla bağlı tapşırıqların avqust ayında həyata keçiriləcəyi ehtimal edilir.

Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dünya Bankı ilə Dövlət Komitəsi arasında olan müqaviləyə əsasən ayrılan maddi vəsait yalnız məcburi köçkünlərin məşğulluğu ilə bağlı layihələrə sərf olunacaq:

“Dövlət Komitəsi bütün imkanlarından istifadə edəcək ki, həqiqətən də sözün əsl mənasında məcburi köçkünlərə tutarlı yardımlar göstərilsin”.

R.Rzayev söyləyib ki, hazırda Laçına növbəti köçlə bağlı hazırlıq işləri gedir:

“Cənab Prezident tərəfindən tapşırıq verilən kimi dərhal icra ediləcək”.

Prezident İlham Əliyevin sentyabr ayında Sus və Zabuğa qayıdışla bağlı verdiyi tapşırıqlardan danışan qurum sədri əlavə edib ki, bu gün həmin tapşırıqlar icra olunur:

“Ehtimal ki, qayıdışla bağlı tapşırıqlar avqust ayında həyata keçiriləcək”.

R.Rzayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məcburi köçkünlər üçün evlər inşa edilir, yenidən kəndlər, rayonlar tikilir:

“Bu yerlərin hər biri öz sakinlərini gözləyir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, insanların böyük faizi könüllü olaraq öz doğma rayonlarına, kəndlərinə köçmək istəyirlər. Dövlət Komitəsi I Dövlət Proqramında verilən tapşırıqların hamısını əlindən gəldiyi qədər icra etməyə hazırdır.

Qayıdış könüllü, təhlükəsiz və ləqayətli şəkildə həyat şəraitinin yaradılması prinsipləri ilə həyata keçirilir və keçiriləcək”.

Share on Facebook