ABŞ-a uçan Çin təyyarələri Rusiya hava məkanından yan keçməyə başladı - "Reuters"

ABŞ-a uçan Çin aviaşirkətləri Rusiya hava məkanı üzərindən uçuşlardan yayınmağa başlayıb. 

Sozcu.az xəbər verir ki, bu barədə Reuters agentliyi FlightAware uçuş izləmə xidmətinin və sənaye mənbələrinin məlumatlarına istinadən yazır.

Söhbət bu yaxınlarda ABŞ səlahiyyətliləri tərəfindən təsdiqlənmiş uçuşlardan gedir.

Belə ki, may ayında ABŞ Nəqliyyat Nazirliyi Rusiyanın hava məkanına təsir etməyən həftəlik yeni reysləri təsdiqləyib: Air China (Pekin – Nyu York), China Eastern (Şanxay - Los Anceles), Xiamen Airlines (Xiamen - Los Angeles) və China Southern (Quançjou - Los Anceles). ABŞ həmçinin Çin aviaşirkətlərinə həftədə 12 gediş-dönüş uçuşu həyata keçirməyə icazə verib.

Bundan əvvəl senatorlar Robert Menendez və Ceyms Riş ABŞ-a uçan Çin aviaşirkətlərinin Rusiya ərazisi üzərindən uçuşlarını qadağan etmək çağırışı ilə çıxış ediblər. Daha sonra ABŞ Nəqliyyat Departamenti müvafiq əmr layihəsi hazırlayıb, - "The New York Times" yazır.

Xatırladaq ki, 2022-ci ildə Rusiya bəzi ölkələr üçün hava məkanını Rusiya təyyarələri üçün bağlamasına cavab olaraq hava məkanını bağlamışdı.qaynarinfo)

Share on Facebook