15:58
Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllülər Korpusunun döyüşçüləri Belqorod vilayətinin Novaya Tavoljanka kəndində rus ordusunun iki hərbçisini əsir götürüb.
Sozcu.az xəbər verir ki, bu barədə legiondan məlumat verilib.
Döyüşçülər Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkova çağırış edərək, əsirlərin dəyişdirilməsini təklif ediblər. Rus hərbçilərindən birinin yaralı olduğu bildirilib.
***
Belqorod qubernatoru əsirlərin qaytarılması üçün “Şebekino” keçid məntəqəsində diversantlarla görüşə hazır olduğunu bildirib.
Bu barədə TASS məlumat yayıb.
O, həmçinin diversantların Novaya Tavoljanka kəndinə daxil olduğunu, döyüşlərin davam etdiyini bildirib.