Siyəzəndə avtomobil piyadanı vuraraq öldürüb

Siyəzən rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Hadisə Bakı-Quba yolunun 90-cı km-də, Siyəzən rayonunun Beşdam kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı yük avtomobili yolu keçmək istəyən piyada, Qobustan rayon sakini, 1967-cil təvəllüdlü Adil Azad oğlu Səftərovu vurub. Piyada hadisə yerindəcə keçinib. Qəzanın səbəbləri araşdırılır.

Hərbçimiz minaya düşərək şəhid oldu - MN

Azərbaycan Ordusunun hərbi qulluqçusu Kamran Namiz oğlu Hüseynovun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. "Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin", - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Bu barədə Sozcu.az Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. "Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!", - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.

Əsgərimiz şəhid oldu

Azərbaycan Ordusunun əsgəri həlak olub. Yenipress.az-ın əldə etdiyi məlumata görə, Neftçala rayon sakini Hüseynov Kamran Namus oğlu bu gün qar uçqunun düşərək dünyasını dəyişib. Rəsmi məlumat yoxdur.

22 yaşı var, Ağcabədidə doğulub və… — Polisin zərərsizləşdirdiyi cinayətkar KİMDİR?

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində  silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri – 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib. DİN-dən bildirilib ki, o, avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Görülmüş tədbirlərlə o, zərərsizləşdirilib. R. İsmayılov Ağcabədi rayonunda dünyaya gəlib və Qalakənd qeydiyyatındadır. Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcəkdir.

Türkiyədə qar uçqunu: Ölü və yaralılar var

Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunda qar uçqunu baş verib. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, uçqun zamanı 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Bakıda 78 yaşlı kişini avtomobil vuraraq öldürüb

Bakıda 78 yaşlı kişini avtomobil vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Azadlıq prospektində qeydə alınıb. Hafiz Kamandarov idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə yolu keçən 1945-ci il təvəllüdlü Vaqif Ağayevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Aİ qışı rekord qaz ehtiyatları ilə başa vurub

Avropa İttifaqı qışı yeraltı anbarlarda rekord qaz həcmləri göstəriciləri ilə başa vurub. Sozcu.az-ın məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib. Məlumata görə, martın əvvəlinə görə anbarların doluluq səviyyəsi 60%-dən çox olub, bu da illik müqayisədə iki dəfə çoxdur. Belə ki, martın 1-nə Aİ-də qaz anbarlarının doluluq səviyyəsi 60,64% təşkil edib və anbarlarda olan qazın həcmi 66,1 mlrd. kubmetr olub.

Rəşad Dağlı məhkəməyə gətirildi

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Dağlı) bu gün növbəti dəfə məhkəməyə gətirilib. Bu gün onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılacaq. Xatırladaq ki, R.Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi 14 bıçaq zərbəsi ilə qətlə yetirib. Qətli törədəndən sonra R.Dağlı könüllü olaraq polisə təslim olub və qətl hadisəsini törətdiyini etiraf edib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Mənbə:trend.az

Rusiyanın iki yanacaq anbarı vuruldu

Ötən gün ərzində ukraynalı hərbçilər rusların şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə beş zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Həmçinin, Baş Qərargah qeyd edib ki, raket qoşunlarının bölmələri və artilleriya bölmələri gün ərzində komanda məntəqəsini, düşmənin üç cəmləşdiyi ərazini, bir sursat anbarını, iki yanacaq anbarını və düşmənin elektron döyüş məntəqəsini vurub.

Levits Zelenskini əmin etdi: AB-yə qoşul, Ukraynanı müdafiə edək...

Ukrayna Avropa Birliyinə qoşulduqdan sonra Qərb Rusiyanın təcavüzünün qarşısını almağa kömək edəcək. Sozcu.az xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits Lvovda Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib. "Sülh formulu beynəlxalq hüquq normalarına əsaslanan və 1991-ci il sərhədləri daxilində Ukraynanın tam ərazi bütövlüyünü təmin edən davamlı sülhün yaradılmasına imkan verəcəkdir. Bunsuz sülh davamlı olmayacaq və bizə davamlı sülh lazımdır", - Levits qeyd edib.

Ukraynalı general Baxmuta gəldi

Ukraynanın Şərq Qüvvələr Qrupunun komandanı general-polkovnik Aleksandr Sırski bir həftə ərzində ikinci dəfə cəbhənin ən qaynar nöqtəsinə - Baxmut şəhərinə gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, general-polkovnik əlavə hərbi qüvvələrin cəmləşdiyi cəbhəyə gəlib: "O, Baxmutda vəziyyətlə bağlı məruzələri dinləyib, cəbhə xəttində bölmələrimizin müdafiə qabiliyyətinin yüksəldilməsi ilə bağlı problemli məsələlərlə tanış olub”.