Ukrayna prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin əks-hücum əməliyyatı keçirildiyini bildirib.
Sozcu.az xəbər verir ki, dövlət başçısı vəziyyətin hansı mərhələdə olduğunu açıqlamayıb.
Bununla belə, o, Ukrayna komandirlərinin pozitiv olduğunu qeyd edib.
Jurnalistlər Zelenskidən Rusiya prezidenti Vladimir Putinin bir gün əvvəl hücum zamanı "Ukrayna ordusunun heç bir sektorda məqsədinə çatmaması" barədə bəyanatına münasibət bildirməsini istəyiblər.
"Mən hər gün müxtəlif istiqamətlərdə olan komandirlərimizlə əlaqə saxlayıram. İndi hamı pozitivdir. Bunu Putinə deyin”, deyə Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə keçirdiyi mətbuat konfransında bildirib.
"Ukraynada müvafiq əks-hücum və müdafiə tədbirləri həyata keçirilir, hansı mərhələdədir - indi təfərrüatlara varmayacağam. Nəticələri tezliklə hiss olunacaq. Telegram kanallarından və Putindən gələn mesajlara inanmayın. Biz əsgərlərimizə etibar etməliyik. Mən onlara güvənirəm”, deyə Ukrayna prezidenti bildirib.