“Bakı ilə bu mövzudakı danışıqlarda irəliləyiş əldə olunub” - Paşinyan

“Moskvada nəqliyyat kommunikasiyalarının bloklanması üzrə üçtərəfli komissiyanın iclasında mühüm irəliləyiş əldə edilib”.

Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə bildirib.

“Mən bir daha Ermənistan Respublikasının bu kommunikasiyaların keçdiyi tərəflərin suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm. Bu, üçtərəfli bəyanatın 9-cu bəndində göstərilən kommunikasiyalara aiddir. Ümid edirəm ki, biz konkret qərarlara gələ biləcəyik”, - o qeyd edib.

Paşinyan bildirib ki, Ermənistan tərəfi təkliflər verib və o, onların qəbul ediləcəyinə ümid edir: “Prinsipcə, bu, bizim təkliflərimizə oxşamır, bunlar bizim son iki il ərzində hazırladığımız kompromis həllərdir”.

Share on Facebook