Rusiyanın Ukraynadakı itkiləri 194 mini ötdü

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 194 430 hərbçisi məhv edilib. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, son sutka ərzində 660 Rusiya hərbçisi zərərsizləşdirilib. Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 723 tank, 7 248 zirehli maşın, 2 572 operativ-taktiki PUA, 3 010 artilleriya sistemi, 306 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 5 952 avtomobil və tanker, 947 qanadlı raket, 18 gəmi və kater, 380 xüsusi texnikadan ibarətdir.

Türkiyədə dəhşətli qəza: 12 ölü, 31 yaralı - Video

Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsində 12 nəfər ölüb. Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb. Nazir qeyd edib ki, zəncirvari qəzada 31 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Hadisə yerinə 22 təcili yardım maşını cəlb edilib.   Qeyd edək ki, yük avtomobili əsgərləri yola salan izdihama çırpılıb. Yaxınlıqda olan iki mikroavtobus da zərbənin təsirindən yanmağa başlayıb.

Britaniya Azərbaycanla İKT sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır

“Böyük Britaniya Azərbaycanla İKT sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır”. Bunu  Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib. “Azərbaycanın İKT sektoru güclüdür və inkişaf etməyə davam edir. Buna texnologiyanın mənimsənilməsinin, texnologiyadan istifadə edən əhalinin, elektron hökumət təşəbbüslərinin, eləcə də rəqabət qabiliyyətini artırmaq üçün dövlət və özəl sektor investisiyalarının artan səviyyəsi təsir edir. Britaniyanın texnologiya şirkətləri artıq bu sahədə yerli şirkətlərlə əməkdaşlıq edir. Məqsədimiz bu əməkdaşlığı genişləndirmək və Britaniyada Azərbaycan bazarının imkanları haqqında məlumatlılığı artırmaqdır”, - səfir vurğulayıb. Onun sözlərinə görə, Britaniyanın texnologiya şirkətləri artıq dekabr ayında dünyanın müxtəlif ölkələrindən texnologiya ekspertlərini bir araya gətirən illik Azərbaycan İnnovasiya Sammitində iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. “Bu il biz Britaniyanın aparıcı kiberşirkətlərindən spikerləri dəvət edərək kiberkonfrans təşkil etməyi planlaşdırırıq. Kibertəhlükəsizlik və İT təhlükəsizliyi məsələləri ilə məşğul olan təhsil müəssisələri və universitetlər Azərbaycanda birgə proqramlar yaratmağa hazırdırlar”, - F.Auld əlavə edib.(report)

Şabran RİH-də yoxlamalar aparılır

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb. Sozcu.az Bizim.Media-ya istinadən xəbər verir ki, icra hakimiyyətinin maliyyə məsələləri ilə bağlı araşdırma aparılır. Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov qurumda yoxlama aparıldığını təsdiqləyib.

Rus ordusuna şok zərbə: 133 ölü, 176 yaralı...

Son sutka ərzində Donetsk vilayətində 133 işğalçı məhv edilib, düşmənin 8 silah-sursat anbarı vurulub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatıy bildirib. "Donetsk vilayətində düşmənin hücumlarının dəf edilməsi zamanı sutka ərzində 133 işğalçı məhv edilib, 176-sı yaralanıb. Həmçinin iki elektron döyüş stansiyası, iki özüyeriyən texnika, iki haubitsa, bir piyada döyüş maşını və səkkiz sursat anbarı da məhv edilib", - o deyib. Onun sözlərinə görə, Rusiyanın hələ də kifayət qədər sursat ehtiyatı var, lakin Ukrayna hərbçiləri bu ehtiyatların azaldılması üçün hər şeyi edirlər.

Ukrayna Rusiyanın neft emalı zavodlarına bir neçə hücum həyata keçirib

Ötən gecə Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının bir neçə neft emalı zavoduna hücum həyata keçiriblər. Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb. İlk yanğın Krasnodar diyarındakı İlski neft emalı zavodunun su anbarında baş verib. Ukrayna Silahlı Qüvvələrinə məxsus dörd pilotsuz təyyarə müəssisəni vurub. Yanğın artıq söndürülüb. Ölən və yaralananlar yoxdur. İkinci yanğın Rostov vilayətindəki Novoşaxtinsk zavodunda baş verib. Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA bina strukturlarına daxil olub. Məlumat rayon rəhbərliyi tərəfindən təsdiqlənib. Ölən və xəsarət alan olmayıb, yanğın müəssisənin əməkdaşları tərəfindən söndürülüb. Bundan başqa Rusiya hökuməti Bryansk vilayətinin Polevıye Novosyolki kəndinin Ukrayna ordusu tərəfindən atəşə tutulduğunu iddia edib. Qubernator Aleksandr Boqomaz bildirib ki, bir mülki şəxs yaralanıb, bir neçə evə də ziyan dəyib və elektrik təchizatı kəsilib.

SENSASİYA! Rusiya bu gecə nüvə silahı atacaq

Bu gecə Ukraynaya nüvə silahı atıla bilər. Rusiya gecə saatlarında Ukraynaya nüvə zərbəsi endirilə bilər. “Bir sıra TU-22M təyyarələrinin uçuşa hazırlanması üçün Engels və Şaykovkadakı aviabazalara göstərişlər göndərilib və gecə saatlarında Kiyevdə bir sıra inzibati binalara raket hücumları həyata keçirilə bilər. Mənbə etiraf edib ki, ilk dəfə nüvə silahından istifadə oluna bilər, ən azı 2 “məhsul” artıq birbaşa göstərilən aerodromlardan birində yerləşir”, – qəzet yazır. Xəbərlər bağlı hələlik heç bir rəsmi münasibət olmayıb.(oxu24.com)

Tarif Şurasından QƏRAR: Azərbaycanda dərmanların qiyməti bahalaşdı

Mayın 3-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, 95 dərmanın qiyməti təsdiqlənib. Sozcu.az xəbər verir ki, iclasda yeni dövlət qeydiyyatına alınan 95 dərman vasitəsinin qiyməti təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 47 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər olunub. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib. Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Kreml gümbəzinin vurulma anı - ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, bu gecə Ukrayna ordusu dronlarla birbaşa Kremlə zərbə endirib. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə Kremlə endirilən zərbə anının görüntüləri yayılıb. Qeyd edək ki, Kremlin mətbuat xidməti hücum edən iki dronun zərərsizləşdirildiyini, hücum zamanı insan tələfatı olmadığını, Prezidentin iş qrafikinin dəyişmədiyini açıqlayıb.

İran terrorçuları Azərbaycana verməkdən imtina etdi

İranın molla rejimi terrorçuları Azərbaycana təhvil verməkdən imtina edib. Terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun molla rejimi tərəfindən həbs edilməsi barədə xəbər vermişdik. Sozcu.az xəbər verir ki, "MOUZE" telegram kanalının hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Azərbaycan həmin şəxslərin tutularaq ölkəmizə təhvil verilməsini tələb edib. Molla rejimi onları saxlasa da, Azərbaycana verməkdən imtina edib və sərbəst buraxıb. Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir müddət əvvəl yayılan rəsmi məlumatda qeyd olunurdu ki, aparılan araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib. Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib. Tohid İbrahimbəyli və Orxan Məmmədov Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən rəsmi olaraq beynəlxalq axtarışa veriliblər.Musavat.com

15 yaşlı qız məktəb binasından yıxıldı

İsmayıllıda 15 yaşlı qız məktəbin 2-ci mərtəbəsindən yıxılıb. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kürtmaşı kənd orta məktəbində baş verib. 2008-ci il təvəllüdlü Y.R. məktəbin ikinci mərtəbəsindən yıxılaraq kəllə-beyin travması alıb. Məktəbliyə ilkin yardım göstərildikdən sonra təcili Bakıya aparılıb. Hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 9-cu sinif şagirdi olan qızın özünü qəsdən binadan atdığı da istisna edilmir. Faktla bağlı araşdırma aparılır.

Krımda rusların bazasında partlayış baş verdi

Rusiya ordusunun Krım yarımadasının Simferopol şəhərindəki bazasında partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Partlayışın baş verdiyi hərbi baza Simferopol aeroportundan bir neçə km uzaqlıqda yerləşir. Əlavə məlumat verilmir.