İsrail ordusunun HƏMAS-ın hücumlarına cavab olaraq Qəzza sektorunda həyata keçirdiyi fəaliyyət sadəcə başlanğıcdır.
Sozcu.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.
"Biz düşmənlərimizə böyük, görünməmiş güclə cavab veririk. Vurğulayıram: bu, hələ başlanğıcdır. Düşmənlərimiz bunun bədəlini yenicə ödəməyə başlayıblar və bundan sonra nələrin baş verəcəyi ilə bağlı təfərrüatlara varmayacağam, amma bunun yalnız başlanğıc olduğunu deyirəm", - Netanyahu bildirib.