İsrailin könüllü xilasetmə fəaliyyəti ilə məşğul olan ZAKA ictimai təşkilatının üzvləri ölkənin cənubunda yerləşən Beeri kibbutzda (kollektiv icma – red.) ən azı 100 cəsəd aşkar ediblər.
Sozcu.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Bildirilib ki, HƏMAS radikallarının hücumu nəticəsində kibbutz tamamilə dağıldığı üçün qurbanların sayı daha da arta bilər.
İcmada minə yaxın insan yaşayırdı.
Qeyd edək ki, HƏMAS-ın İsrailə gözlənilməz hücumu nəticəsində ölənlərin sayı 800, yaralıların sayı isə 2616 nəfərə yüksəlib.