İsrail Blinkeni Qəzzaya kütləvi zərbə ilə qarşıladı

HƏMAS-ın Qəzza zolağındakı hədəflərə zərbələr endirilib.

Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

“Cümə axşamı səhər saat 4:30 radələrində İsrail ordusu Qəzza zolağında HƏMAS-a məxsus hədəflərə geniş miqyaslı zərbə həyata keçirib”, - məlumatda deyilir.

Şahidlərin bildirdiyinə görə, İsrail təyyarələri Qəzza şəhərini güclü bombardman edib. Qəzza rəsmiləri isə Qəzzanın şimalındakı Cəbəliyə qaçqın düşərgəsinə hava zərbəsi endirdiyini bildiriblər.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken münaqişənin hər iki tərəfinin liderləri ilə görüşmək üçün bölgəyə yollanıb.

Share on Facebook