Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələri ilə danışıqlar aparıb.
Sozcu.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Danışıqlarda qruplaşmanın saxladığı girovların azad edilməsi məsələsi müzakirə olunub.
Mənbənin sözlərinə görə, görüş Ankarada baş tutub. Türkiyə rəsmiləri bu danışıqlarla bağlı rəsmi şərh yaymayıb.