ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) USS Gerald R. Ford təyyarədaşıyan gəmisi də daxil olmaqla donanmanın İsrail ordusuna dəstək vermək üçün Şərqi Aralıq dənizinə yola düşdüyünü açıqlayıb.
Sozcu.az xəbər verir ki, CENTCOM-un komandiri general Maykl Kurilla Birləşmiş Ştatların bu mövqeyi daha da gücləndirmək üçün qlobal miqyasda hazır qüvvələr saxladığını bəyan edib və CENTCOM-un İsrailin yanında olduğunu bildirib.
ABŞ-ın İsrailə göndərdiyi yardım “güc nümayişi” kimi şərh edilib.
"Aljazeera"nın təhlildə ABŞ-ın 38-ci prezidentinin adını daşıyan Gerald Ford təyyarə gəmisinin rəhbərlik etdiyi donanmanın Amerikanın hərbi gücünü nümayiş etdirdiyi və İsrailə açıq dəstək vermək üçün qəsdən göndərildiyi iddia edilib.
ABŞ-ın bəyanatından sonra İraqdakı Şiə Koordinasiya Çərçivəsi direktoru və İran tərəfdarı Bədr Təşkilatının rəhbəri Hadi əl-Amiri ABŞ-ı hədələyib.
O, Fələstin xalqının yanında olduqlarını ifadə edib: “ABŞ Fələstinə müdaxilə edərsə, ABŞ-ı hədəf almaqdan çəkinməyəcəyik”.