“Bakının parlaq siyasi addımı İrəvanı Ermənistan ərazisində olan bütün hərbi cinayətkarları qeyd-şərtsiz Azərbaycan tərəfinə verməyə məcbur edəcək”.
Sozcu.az xəbər verir ki, bu sözləri erməni erməni politoloq Benyamin Matevosyan deyib.
O bildirib ki, həmin cinayətkarlar Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan, Samvel Babayan, Vitali Balasanyan və başqalarıdır.
“Necə izah edəcəyəm… Ermənistanın siyasi təbəqəsi nə baş verdiyini yaxşı başa düşmədi: Bakı niyə Arkadi Qukasyanı, Bako Saakyanı, David Babayanı, David Manukyanı və Ruben Vardanyanı saxladı? Azərbaycanın məqsədi onlardan “Artsaxın dövlət-hüquqi quruluşu”nun formalaşmasında Ermənistanən rolu, habelə İrəvanın qərarların qəbulu mərkəzi olması barədə aydın sübutlar əldə etməkdir. Bu, Ermənistandan təzminat tələb etməyə imkan verəcək. Onlar həmçinin Ermənistanın müxtəlif illərdəki siyasi rəhbərliyinin Azərbaycana ekstradisiya edilməsini və ya hansısa formada hərbi cinayətkar kimi cəzalandırılmasını tələb edəcəklər”, – deyə erməni Matevosyan bildirib.
Erməni politoloq əlavə edib ki, Bakının bunu etmək üçün qanuni hüququ var.