Elm və təhsil naziri: “Bəzi riyaziyyat müəllimləri çubuqlu bölməni edə bilmir”

“Bizim iki məqsədimiz var, birincisi keyfiyyəti qaldırmaq, ikincisi həmin keyfiyyəti bərabər paylamaq”. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” adlı tədbirdə deyib. Onun sözlərinə görə, son 3-4 ildə riyaziyyatla məşğul olan insanın bu fənnlə problemi ola bilməz: “Lakin elə müəllim var ki, çubuqlu bölməni edə bilmir. Belə şəxslərin sayı çox olmasa da var”. Nazir hesab edir ki, rəqəmsal öyrənmə tədris prosesində bərabər bölünməyə öz töhfəsini verə bilər: “Müəllimlər üçün bu gün yeni rəqiblər var və bu hal qaçılmazdır”. E.Əmrullayev vurğulayıb ki, telefonlar və planşetlərə düzgün və lazımi məzmunu əlavə edə bilsək, tədris prosesinin düzgün bölünməsinə nail ola bilərik: “Bununla bizim kəndlərdə və şəhərlərdə oxuyan uşaqlarımız eyni səviyyədə təhsil ala biləcək. Koronavirus pandemiyası dövrü də bizə bunun gec-tez olacağını göstərdi”.

Bu il 56 min insan müəllim olmaq istəyir - Nazir

“Bu il 56 min insan müəllim olmaq istəyir”. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” tədbirində deyib. Nazir bildirib ki, müəllimlik peşəsi ən rəqabətli sahədir: “Rəqabətin olması sözsüz ki, yaxşıdır. Bu baxımdan sertifikatlaşdırma prosesinin aparılmasının üstün cəhətləri çoxdur. Bir görürük ki, sertifikatlaşdırma prosesi müəllimlərin maaşının artırılmasına da öz töhfəsini verib”. “Biz sertifikatlaşdırma prosesini müəllimlərin həyatını yaxşılaşdırılmasına hesablamışıq. Prosesin birinci hissəsi 2027-ci ildə yekunlaşdıqdan sonra ikinci hissəsi barədə işlər görüləcək”, - o, əlavə edib.

Avropa İttifaqı Ermənistana hərbi yardım göstərməkdən imtina etdi

 Avropa İttifaqı (Aİ) Ermənistana Aİ tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan hərbi yardım göstərməkdən imtina edib. Bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib. Simonyan Varşavaya səfəri zamanı Polşa Prezidenti Andjey Duda ilə görüşərkən Aİ-nin imtinasından şikayətlənib. O, Dudaya bildirib ki, Ermənistan hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) "texniki yardım" istəyib. “Bu mexanizm vasitəsilə Aİ Ukrayna, Moldova və Gürcüstana yardım ayırır. Təəssüf ki, Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, habelə “münaqişə həssaslığı” məsələsi əsas gətirilərək Ermənistanın müraciəti rədd edilib. Bir daha demək istəyirəm ki, söhbət Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş texniki yardımdan gedir”, - Simonyan əlavə edib./APA

İstanbulda güclü partlayış baş verdi: yaralılar var

İstanbulun Çekmeköy səmtində binada güclü partlayış baş verib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, dördmərtəbəli binada yerləşən mənzildə baş verən partlayışın təbii qazdan qaynaqlandığı bildirilib. İlkin məlumata görə, partlayış zamanı 3 nəfər xəsarət alıb. Partlayışdan sonra güclü yanğın baş verib, əraziyə yanğınsöndürənlər cəlb edilib. Bildirilir ki, partlayışın baş verdiyi mənzildə əcnəbi bir qadın yaşayıb.

Ukrayna yalnız bir kiçik döyüşdə Rusiyanın 3 "Qrad"ını məhv etdi...-RƏSMİ-FOTO

Donetsk vilayətinin Baxmut şəhəri ərazisində Ukrayna əsgərləri rus işğalçılarının üç "BM-21"-"Qrad" reaktiv yaylım atəş sistemini məhv ediblər. "Qrad"lar düşmən xəttinin arxasında yerləşib, onların koordinatları xüsusi kəşfiyyat zamanı Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri bölmələrindən birinin operatorları tərəfindən aşkar edilib. Sozcu.az xəbər verir ki, bu haqda Ukrayna  Xüsusi Əməliyyat Qüvvələri öz telegram-kanalında bildirib. "Koordinatlar tez bir zamanda Müdafiə Qüvvələrindəki silahdaşlara təhvil verilib. Bütün texnika və canlı qüvvə artilleriyamızın "ləzzətli" atışları ilə məhv edilib", - məlumatda belə deyilir. Qeyd etmək lazımdır ki, ruslar "Qrad"lardan Ukraynanın dinc yaşayış məntəqələrinə dəfələrlə zərbələr endirib, buna görə də itkilər və çoxlu dağıntılar olub. "Qrad" mərmiləri 40 km-dən çox məsafəni qət edə bilir...

Azərbaycanda bu qadağa aradan götürüldü

Balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisində 1 may 2023-cü il tarixindən balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tətbiq edilmiş qadağa başa çatıb. İdman və həvəskar balıq ovu ilə məşğul olanlar göstərilən tələblərə əməl etməklə 1 iyul tarixindən ov edə bilərlər. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbər verilib. Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən ov alətləri aşağıdakılardır: - hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov; - lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar; - bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan. Ovlanan balıq və digər su bioresurslarının miqdarına aşağıdakı məhdudiyyətlər tətbiq edilir: - gün ərzində 10 ədəddən çox olmayan xərçəng; - gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar; -balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq balıqlar (ovlanmış bir balığın çəkisinin 5 kq-dan çox olması halları istisna edilir). Qeyd edək ki, Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanal və onun mənsəbindən hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə qadağa müddəti 15 avqust tarixində bitəcək. Balıq və digər su bioresurslarının sənaye ovuna tətbiq edilmiş qadağa isə sentyabr ayının 1-dək qüvvədə saxlanılır.

Bakıda 2 saatdan sonra 6,1 bal zəlzələ olacaq?

Xəbər verdiyimiz kimi, bu gün saat 00:01-də Xəzərin şimal akvatoriyasında, yerin 20 km dərinliyində zəlzələ baş verib və yeraltı təkanlar Bakıda daxil olmaqla, Azərbaycanın xəzər sahili ərazilərində ciddi şəkildə hiss edilib. Sozcu.az xəbər verir ki, hazırda sosial şəbəkələrdə yeni zəlzələ dalğasının olacağı barədə məlumatlar yayılır. Hətta saatına qədər də qeyd edirlər: 02:21-də 6,1 bal, 04:21-də 5,8 bal, 06:32-də isə 6 bal zəlzələ olacağı “xəbərdarlığı” edilir. Zəruri olaraq qeyd edək ki, bu xəbərdarlıqların heç bir əsası yoxdur. Əvvəla, zəlzələni dəqiq proqnozlaşdırmaq mümkün deyil. İkincisi, zəlzəlınin ikinci dalğası – təkanların geri qayıtması birinci dalğadan ən pis halda 1 bal aşağı olur. Bu kontekstdə, əgər 5,7 bal zəlzələ baş veribsə, ikinci təkan 4,7 baldan çox ola bilməz ki, episentr Xəzər dənizinə düşdüyü üçün bunun Bakıda ciddi hiss edilməyəcəyi şübhəsizdir. Əlbəttə, güclü zəlzələlərdən sonra kiçik avterşokların olması təbiidir və yəqin ki, o avterşoklar hazırda da davam edir. Ancaq bunu heç kim hiss etmir.

Seldən zərər çəkənlərə kompensasiya veriləcək - RƏSMİ

Aqrar Sığorta Fondu son günlər respublikada müşahidə olunan güclü yağışlar və daşqınlarla bağlı fermerlərə müraciət edərək, baş verən sığorta halları ilə barədə fonda məlumat verməyə çağırıb. Sozcu.az xəbər verir ki, iyunun son günlərində Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi, intensiv yağan güclü yağışlar çaylarda suyun artmasına və sel-daşqınlara səbəb olub. Eləcə də müxtəlif bölgələrdə çoxsaylı dolu yağması halları qeydə alınıb. Rəsmi məlumatlara görə, iyun ayında ayrı-ayrı bölgələrdə ayın 11-24 günü yağış yağıb.  Eləcə də ölkədə dolu yağması halları 2 dəfədən çox artıb – təkcə iyun ayında 38 dəfə dolu düşüb, ötən il bu göstərici 18 gün olmuşdu. İyun ayında 55 sel hadisəsi qeydə alınıb ki, bu da rekord göstəricidir. İyunun son günlərində xüsusilə İsmayıllı, Tərtər, Goranboy, Daşkəsən, Şamaxı, rayonlarında vətəndaşların əmlakına, həyətyanı sahələrə, əkin sahələrinə və təsərrüfatlara, xüsusilə də heyvandarlıq və arıçılıq təsərrüfatlarına zərər dəyib. Baş verən hadisələrlə bağlı Aqrar Sığorta Fondu bəyan edir ki, təbii fəlakətlər, dolu, leysan yağışları, sel-subasma kmi hadisələr aqrar sığorta tərəfindən qarşılanır. Bu hallar nəticəsində zərər görmüş sığortalı təsərrüfatlara kompensasiya ödəniləcək. Aqrar Sığorta Fondu sığortası olan fermer və təsərrüfat rəhbərlərini əkin sahələrinə və təsərrüfatlara baxış keçirməyə, dəymiş zərər barədə Fonda məlumat verməyə çağırır. Fond bildirir ki, müraciət qeydə alındıqdan sonra aqrar sığorta ekspertləri ərazilərə ezam olunacaq, dəyən zərəri qiymətləndirəcək və fond tərəfindən fermerlərə dəyən zərər kompensasiya olunacaq. «Hazırda fondun mütəxəssisləri və aqrar sığorta ekspertləri ölkənin müxtəlif bölgələrinə ezam edilib və sığorta hadisələrini qeydə almaqla məşğuldurlar»-deyə fonddan bildirilir. Aqrar Sığorta Fondu bir daha fermer və təsərrüfat rəhbərlərini öz təsərrüfatlarını risklərdən qorumaq üçün aqrar sığorta vasitəsilə sığortalanmağa çağırıb.  Xatırladaq ki, fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50%-ni, yəni yarısını dövlət ödəyir. Başqa sözlə, fermerlər iki qat aşağı məbləğ ödəməklə öz təsərrüfatlarını və əkin sahələrini, yəni gəlirlərini çoxsaylı risklərdən qoruya bilərlər. 

ŞOK İDDİA: Ramzan Kadırov ölüm ayağındadır: Danışa bilmir

Çeçenistan lideri Ramzan Kadırovla bağlı sensasion xəbər yayılıb. İddialara görə o, ölüm ayağındadır və artıq danışa bilmir. Bu barədə Əbu Səddam Şişani “Telegram” kanalı məlumat yayıb. Qeyd edilir ki, Kadırovun böyrəkləri sıradan çıxıb və artıq dializ də kömək etmir.  Çeçenistan lideri Ramzan Kadırovla bağlı sensasion xəbər yayılıb. İddialara görə o, ölüm ayağındadır və artıq danışa bilmir. Musavat.com xəbər verir ki, bu barədə Əbu Səddam Şişani “Telegram” kanalı məlumat yayıb. Qeyd edilir ki, Kadırovun böyrəkləri sıradan çıxıb və artıq dializ də kömək etmir.(musavat.com)

Şiddətli döyüşlər gedir: Ukrayna ordusu irəliləyir

Ukrayna ordusu bir neçə istiqamətdə hücum əməliyyatlarını davam etdirərək cənubda və Baxmut yaxınlığında irəliləyir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahının spikeri Andrey Kovalev məlumat verib. Kovalevin sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatlarını davam etdirir və müdafiəçilər qismən uğur əldə edib: “Baxmut şəhərinin cinahlarında isə qoşunlarımız düşmənə təzyiqləri davam etdirir və onları əvvəllər ələ keçirilən xətlərdən çıxarır. Onların uğurları var, əldə edilmiş mövqelərdə möhkəmləniblər. Düşmən müqavimət göstərir və böyük itki verir. Bu istiqamətdə şiddətli döyüşlər davam edir”.

"Vaqner" yoxdur, Ukraynanın imkanları yaranıb - Blinken

Əks-hücum başlanğıc mərhələsindədir və siz dünən Ukraynanın müdafiə nazirinin dediyini eşitdiniz, görünür, onlar hələ də qüvvələrinin əsas hissəsini bu hücuma cəlb etməyiblər. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib. "Moskvanın daxili parçalanmaları, “Vaqner” qüvvələrinin artıq cəbhə xəttində olmaması Ukraynaya kömək edə bilər. Çünki Priqojinin dəstəsi təsirli idi. Putinin öz işidir, amma bunun təsiri var. Ona görə də hesab edirəm ki, burada Ukrayna üçün müəyyən imkanlar mövcuddur”, - Blinken qeyd edib.

Əks-hücum: Ukrayna ordusu Dneprin sol sahilinə keçdi

Əks-hücum nəticəsində Ukrayna ordusu Dneprin sol sahilinə keçə bilib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Geolokasiya məlumatlarına əsaslanan institutun analitiklərinin verdiyi məlumata görə, hazırda Ukrayna ordusu Antonov körpüsü rayonunda mövqeləri tutub və bunu rusiyalı hərbi jurnalistlər də etiraf edir. “Bununla yanaşı, rus ordusu ukraynalılatın hücumunun qarşısını almağa çalışıb və “Solnçepek” ağır artilleriya sistemindən istifadə edib”, - məlumatda qeyd olunub.