DİN və DSX birgə əməliyyat keçirib, 102 kq narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində ümumi çəkisi cəmi 102 kiloqramdan artıq narkotik vasitə və 1200 ədəd güclü təsiredici xassəyə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Sozcu.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayonu ərazisində saxlanılan Bakı şəhər sakini 46 yaşlı Qorxmaz Hüseynovdan çəkisi 97 kiloqram 338 qramdan artıq marixuana, 5 kiloqram 10 qram heroin, 1200 ədəd metadon həbi və 1 ədəd bank kartı aşkar olunaraq götürülüb.

Geniçeskdə rusların silah anbarı məhv edildi

Xerson vilayətinin Geniçesk rayonunda ruslara məxsus silah anbarında partlayışlar baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Mariupol meri Pyotr Andryuşenko məlumat verib. Məlumata görə, partlayış Rıkovo qəsəbəsində rusların silah anbarının yerləşdiyi elevatorun ərazisində baş verib. Bildirilir ki, partlayışlar həlkə də davam edir. Silah anbarını Ukrayna aviasiyasının burduğu bildirilir.

Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutuldu

İyunun 17-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Nazirlikdən Sozcu.az-a verilən məlumatat görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Biləsuvarda qardaş qardaşını öldürdü

Biləsuvarda qardaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb. Belə ki, iyunun 17-si, saat 02:00 radələrində 1984-cü il təvəllüdlü Amil Şirqasımovun kəsilmiş-deşilmiş xəsarətlərdən Biləsuvar rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Abuzər Şirqasımov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Laçında yük maşınları toqquşdu: ölən var

Laçın-Zabux yolunun 2-ci km-də qəza baş verib. Sozcu.az xəbər verir ki, qəza zamanı MAN markalı nəqliyyat vasitəsinin sürücüsü Fərman Hüseynov idarəetməni itirərək qarşıdan gələn Elman Qarayevin idarə etdiyi MAN markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hər iki nəqliyyat vasitəsinin sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılarkən Fərman Hüseynov yolda ölüb. Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır.

Zəngilan istiqamətində ağır döyüşlər gedir

Hazırda Azərbaycan dövlət sərhədinin Zəngilan istiqamətində ağır döyüşlər gedir. Sozcu.az xəbər verir ki, bununla bağlı “Caliber” məlumat yayıb. Bildirilib ki, döyüşlər Azərbaycan sərhəd məntəqəsinin atəşə tutulmasından sonra başlayıb. Ermənistan tərəfi minaatanlardan və PUA-lardan istifadə edir. Azərbaycan Ordusu düşmənə layiqli cavab verir.

Erməni təxribatı: Ordumuz dərhal dayandırdı

İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Rus ordusu geri çəkildi: Ukrayna ordusu cinahları təmizləyir

Ukrayna Silahlı Qüvvələrinin üçüncü hücum briqadası Baxmut ətrafındakı cinahları təmizləməyə və torpaqları azad etməyə davam edir. Sozcu.az xəbər verir ki, bu barədə briqadanın mətbuat xidmətindən bildirilib. "Son 24 saat ərzində əsgərlər cəbhə xətti boyu 1,8 km, cəbhənin 1,2 km dərinliyindəki ərazilərdən düşməni geri çəkilməyə məcbur ediblər", - məlumatda qeyd olunub. Məlumata görə, 2-ci hücum batalyonunun hücumları nəticəsində Rusiyanın 57-ci briqadasının bölmələri və “Storm z” məhbus dəstələri xeyli itki verib.

İsrail İranın silah anbarlarını vurdu

Qolan təpələrindən Dəməşqin cənub-qərbindəki əraziləri hədəf alan İsrail ordusu İrana bağlı qüvvələrin hərbi anbarlarını dağıdıb. Sozcu.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb. Məlumatda bir hərbçinin öldüyü, silah-sursat anbarlarına ziyan dəydiyi bildirilib. Qeyd edək ki, bu, 2023-cü il ərzində İsrail ordusunun 18-ci hücumudur. Cari ildə İsrail Suriyada silah və sursat anbarları, hərbi və logistika mərkəzləri də daxil olmaqla, 40 obyekti hədəf alıb.

110 milyon insan qaçqın düşüb - BMT

Təxminən 110 milyon insan münaqişə, təqiblər və ya insan hüquqlarının pozulması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb. BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi Cenevrədə jurnalistlərə açıqlamasında, "bu, dünyamızın vəziyyəti ilə bağlı olduqca ağır ittihamdır", - deyə bildirib. Təkcə keçən il əlavə 19 milyon insan, o cümlədən Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından qaçan 11 milyondan çox insan məcburi köçkün düşüb. Bu da İkinci Dünya Müharibəsindən sonra insanların ən sürətli və ən böyük köçü hesab olunur. Həmçinin qeyd olunub ki, Sudandakı müharibə qaçqınların sayının rekord həddə çatmasına səbəb olan növbəti böhrandır. Belə ki, müharibə aprel ayından bəri 2 milyona yaxın insanı didərgin salıb.

Erməni terrorçuları Naxçıvandakı mövqelərimizi atəşə tutdu

İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. "Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Bildiririk ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda deyilir.

Ukrayna nə vaxt NATO üzvü olacaq? - Stoltenberqin cavabı

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın NATO-ya daxil olma vaxtını açıqlamaqdan imtina edib. Sozcu.az xəbər verir ki, bu barədə ona PBS telekanalına müsahibəsində sual ünvanlanıb. "Mən başa düşürəm ki, Zelenski NATO-ya daxil olmaq üçün dəqiq vaxt cədvəlində israr edir. Eyni zamanda, hesab edirəm ki, müharibənin ortasında olduğumuz zaman dəqiq tarixlər söyləmək mümkün deyil. Və hesab edirəm ki, bütün müttəfiqlər də bunda çox maraqlı olacaqlar. Aydındır ki, indi ən aktual vəzifə Ukraynanın suveren, müstəqil dövlət kimi qələbəsini təmin etməkdir. Suveren, müstəqil, demokratik Ukrayna NATO-ya üzv ola bilər”, - alyansın baş katibi bildirib. Qeyd edək ki, Ukrayna lideri “The Wall Street Journal”a müsahibəsində belə bir sual verib: “Ukraynalıların həyatı nə qədərdir ki, müharibədən sonra, təhlükəsiz olduqdan sonra NATO-da olacaq?”.