Kanada hakimiyyəti ABŞ sərhədində baş vermiş partlayışla bağlı informasiya toplayır.
Sozcu.az xəbər verir ki, bu barədə Kanada Baş naziri Castin Trüdo deyib.
O bildirib ki, hökumət məsələ ilə bağlı ABŞ hakimiyyət orqanları ilə əlaqədədir:
“Körpüdə baş vermiş partlayışdan sonra bütün sərhəd keçid məntəqələrində təhlükəsizlik tədbirləri gücləndiririk”.
Qeyd edək ki, ABŞ - Kanada sərhədində Niaqara şəlaləsi üzərində körpüdə partlayış baş verib.