Paşinyandan Putinə SƏRT CAVAB: “Qırmızı xətti keçdi”

“2020-ci ilin noyabr və dekabr aylarında Rusiya prezidenti Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib”.

Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

N.Paşinyan Putinin iddialarına cavab olaraq Moskva rəsmilərinin müharibədən sonra hər regiona səfərində sərhəddə gərginlik yaşandığını bildirib:

“Vladimir Putinin Qarabağdan Rusiyanın deyil, Ermənistanın imtina etdiyinə dair bəyanatı 9 noyabr sənədi ilə ziddiyyət təşkil edir. Bizim Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə ayrı, Rusiya ilə ayrı hüquqi bazamız var. 2021-ci ildə sərhəddə gərginlik yaşananda hər ikisinə müraciət etdik, lakin cavab almadıq. O zaman mən istefa verdim, parlament buraxıldı, seçki tarixi müəyyənləşdirildi. Həmin günlərdə Rusiyanın xarici işlər naziri Ermənistana səfər etdi, buradan Bakıya keçdi, daha sonra Moskvaya qayıtdı. Bir neçə gün sonra isə Zod istiqamətində gərginlik yaşandı. Çalışılırdı ki, İrəvan hakimiyyəti qarşıdurmaya fərqli reaksiya versin və təyin edilən seçkilər ləğv olunsun. Lakin bu istəkləri baş tutmadı. Onlar Ermənistan Respublikasının ləğvini istəyirdilər. Həmçinin daha sonra Qarabağda həyata keçirilən hərbi əməliyyatlara da rus sülhməramlıları reaksiya vermədi”.

Nikol Paşinyan sonra bildirib:

“2022-ci ilin oktyabrında biz Alma-Ata Bəyannaməsinə (1991-ci ildə qəbul edilib-red.) uyğun olaraq Azərbaycanla sülhə hazır olduğumuzu bildirdik. Bu, Ermənistan Respublikasının ərazi bütövlüyünü bir daha təsdiq etməyin yeganə yolu idi. KTMT deyirdi, müşahidəçilər gəlsin, biz qəbul edirdik, sonra rədd cavabı verilirdi. Ermənistan bu təşkilatın üzvüdür. Bizim ərazi bütövlüyümüz KTMT və Rusiya üçün qırmızı xətdir. Deyirik ki, bu xətt pozulub, deyirlər, yox, pozulmayıb. Bu kağız, bu qələm, çəkin o xətti,  görək haradan keçir. Cavab veririk ki, bizim fikrimizlə razı deyilsinizsə, siz çəkin, biz də haradan keçdiyini anlayaq. Deyirlər, yox, biz edə bilmərik. Bu o deməkdir ki, Ermənistanda onların heç bir qırmızı xətti yoxdur”.

Share on Facebook