Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun dünən Krıma edilən hücum nəticəsində öldürülməsi barədə məlumat yayılıb.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı xəbər verib.
Ukraynanın “Cənub” könüllü ordusunun sözçüsü Sergey Bratçuk bildirib ki, Gerasimovla bağlı məlumat alıb:
“Orada kimin hədəfə alına biləcəyi ilə bağlı bir çox versiyalar var, hətta Gerasimovun soyadını da eşitmişəm. Bu, yaxşı xəbər olardı, amma məncə, doğru olma ehtimalı azdır, lakin Rusiya ordusunun həmin komanda məntəqəsində bir neçə yüksək rütbəli zabit və ya generalın öldürülməsi faktı realdır”.
Qeyd edək ki, V.Gerasimovun ölümü ilə bağlı məlumat təsdiqlənməyib.
Ukrayna Təhlükəsizlik Xidməti isə Gerasimovun mümkün ölümü ilə bağlı məlumatı şərh edə bilməyəcəklərini bildirib.