Krımda silah-sursat anbarı vuruldu...-Əhali təxliyyə edildi...

İşğal altında olan Krımda iyulun 24-də səhər saatlarında Krasnoqvardeyski və Cankoyski rayonlarında partlayış səsləri eşidilib. Sozcu.az  "TSN"-ə istinadla xəbər verir ki, bu barədə yerli teleqram-kanallar məlumat yayıb. Məlumata görə, səhər saatlarında yarımadada Krasnoqvardeyskoye kəndi yaxınlığındakı hərbi aerodromda və Krasnoqvardeyski və Cankoy rayonlarında partlayış səsləri eşidilib. Cankoy rayonundakı silah-sursat anbarına zərbə endirilib. Cankoy rayonunun Vesyoloye kəndi yaxınlığında da bir neçə partlayış səsi eşidilib, bundan sonra oradan səmaya tüstü sütunu qalxıb. Yerli hakimiyyət Krım körpüsündə də nəqliyyatın hərəkətini kəsib, lakin hazırda onun bərpa olunduğu iddia edilir. "Vesyoloe kəndi yaxınlığında partlayış səslərinin eşidildiyi yerdə operativ qərargah təşkil edilib",- Krımın qondarma “rəhbərinin” müşaviri Oleq Kryuçkov bildirib. Həmçinin bu ərazidə qatarların hərəkəti  müvəqqəti dayandırılıb, relslərə heç bir ziyan dəyməyib. Krımın qanunsuz rəhbəri Sergey Aksyonov bildirib ki, təhlükəsizlik məqsədilə Cankoy rayonunda dəmir yolu və Cankoy-Simferopol avtomobil yolunda hərəkət dayandırılıb. Bundan əlavə, Cankoy rayonunda 5 km radiusda yerləşən yaxınlıqdakı kəndlərin əhalisinin “fövqəladə vəziyyət yerindən” müvəqqəti məskunlaşma mərkəzlərinə köçürülməsi barədə qərar qəbul edilib.

Zelenski hədələdi: Rusiya cavabını alacaq

Rusiya ordusu dinc şəhərlərə endirdiyi raket zərbələrinə görə mütləq cavabını alacaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Rusiya şərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu pislik uduzacaq. Odessa üçün isə Rusiya terrorçularına mütləq cavab veriləcək. Onlar bu cavabı hiss edəcəklər”, - Zelenski bildirib. Qeyd edək ki, bu u gün gecə saatlarında Rusiya ordusu odessaya raket zərbələri endirib. Zərbələr nəticəsində ölü və yaralıların olduğu bildirilir.

Rusiyanın itkiləri 241 MİNİ keçdi

Ukrayna müharibənin 514-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 241 330 hərbçi, 4140 ədəd tank, 8096 ədəd zirehli döyüş maşını, 4629 ədəd artilleriya sistemi, 693 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 448 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7159 ədəd avtomobil texnikası, 3944 ədəd PUA, 1298 qanadlı raket, 18 gəmi/qayıq, 691 xüsusi avadanlıq itirib.

Hökumət Putinin həbsinə order istədi - Beynəlxalq Cinayət Məhkəməsinin qərarı var

Cənubi Afrika hökuməti Putinin həbsinə order verilməsi üçün rəsmi müraciət edib. Sozcu.az BBC-yə istinadla xəbər verir ki, Bu barədə Hərbi Hava Qüvvələri yazır. Cənubi Afrika Respublikası (CAR) hökuməti Rusiya prezidenti Vladimir Putinin ölkəyə gələcəyi təqdirdə onun həbsinə order verilməsi üçün məhkəməyə rəsmi müraciət edib. CAR-ın əsas müxalifət partiyası olan Demokratik Alyans deyir ki, bu, partiyanın əvvəllər məhkəməyə müraciət edərək, Putinin mart ayında Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) verdiyi həbs qərarını icra etməyə məcbur etməsi tələbinə güzəştdir. Hökumət rəsmi olaraq ICC-nin tələblərinə əməl etməyə borcludur və Putin avqustda Yohannesburqda keçiriləcək BRİKS sammitinə dəvət olunub, lakin ölkə rəhbərliyi Rusiya prezidentini həbs etmək istəyinin olmadığını da gizlətməyib. Lakin Cənubi Afrika hökuməti orderi icra etməmək üçün heç bir qanuni yol tapmayıb. Cənubi Afrika liderləri son günlər açıq şəkildə bildiriblər ki, onlar Putindən gəlməməyi xahiş ediblər və o, əslində, həbs olunmaq qorxusundan olmasa da, CAR-a getməmək qərarına gəlib.yenisabah)

Türkiyə “Taxıl sazişi”nin dördtərəfli formatda davam etdirilməsinin tərəfdarıdır

Türkiyə “Taxıl sazşinin”nin şərtlərinin icrasının dördtərəfli formatda davam etdirilməsinin tərəfdarıdır. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbə bildirib.

Qubada xəstə qadının qızılları oğurlandı

Qubada 67 yaşlı qadına qarşı soyğunçuluq edilib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 18-də rayon ərazisində yaşayan yataq xəstəsi olan 67 yaşlı qadının qızıl sırğa və üzüyünün soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 2-ci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Əhməd Məstanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

İsrail rəsmilərində virus aşkarlandı - Baydenlə görüşə bilmədilər

İsrail Prezidenti İsaak Herzoqu ABŞ-a səfəri zamanı müşayiət edən nümayəndə heyətinin bir neçə üzvünün COVID-19 testi müsbət çıxıb. Bu səbəbdən onlar ABŞ lideri Co Baydenlə görüşündə iştirak edə bilməyiblər. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Bildirilib ki, Herzoqun qardaşı, İsrailin ABŞ-dakı səfiri Maykl Herzoq COVID-19 testinin nəticəsi müsbət olduğundan prezidentlərin görüşünə qatılmayıb. Ondan başqa İsrail hökumətinin Mətbuat Ofisinin fotoqrafının koronavirus testinin nəticəsi müsbət olub və fotoqraf görüşdə iştirak etməyib, onu amerikalı fotoqraf əvəzləyib.

CAR Putini həbs etməyə məcburdur – BCM hakimi

Cənubi Afrika Respublikası Vladimir Putini həbs etmək məcburiyyətindədir. Beynəlxalq hüquq bu məsələdə hər hansı bir boşluğu qəbul etməyəcək. Putin haqqında həbs qərarı ömür boyu keçərlidir. Hərbi cinayətlərdə müddət yoxdur. Sozcu.az xəbər verir ki, bu sözləri Beynəlxalq Cinayət Məhkəməsinin britaniyalı hakimi Kərim Xan deyib. Qeyd edək ki, BCM martın 17-də Vladimir Putinin həbsi ilə bağlı order verib. Avqustda CAR-da keçiriləcək BRİCS sammitində Rusiya prezidentinin də iştirakı gözlənilir. Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa isə Putini həbs etməyin Rusiyaya müharibə elan etmək anlamına gəldiyini və bunun mümkün olmadığını vurğulayıb.

Qarabağdakı separatçılar fortifikasiya qurmaq istədi

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Qaxda şirkət maşını çaya beton tökdü - Foto

Qax rayonunun ərazisindən keçən Kürmük çayına beton qarışdıran maşından beton tökülməsi ilə bağlı sosial şəbəkədə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Bu barədə Sozcu.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Xidmətin rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı çaya beton axıdan "Mersedes" markalı, 36-AC-335 dövlət nömrə nişanlı avtomobilin SPARK MMC-yə məxsus beton zavoduna aid olduğu müəyyən edilib: “Faktla bağlı avtomobilin sürücüsü Fizuli Mehdiyev barəsində akt, protokol tərtib olunaraq qanunamüvafiq tədbir görülüb. Eyni zamanda, SPARK MMC-nin sahə rəisi Şahin Allahverdiyevə sürücülərinin fəaliyyətini nəzarətdə saxlaması üçün ciddi xəbərdarlıq olunub, əraziyə cavabdeh Qum bələdiyyəsinin sədri Sərxan Qurbanova isə ərazinin təmizliyinə mütəmadi nəzarət olunması ilə bağlı məcburi göstəriş verilib”.

Ermənilər Laçın və Naxçıvanı atəşə tutdu

İyulun 17-si saat 21:25-dən iyulun 18-i saat 00:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Dəvəli rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Yağışlı hava nə vaxta qədər davam edəcək?

Dünən axşam saatlarından müşahidə olunan yağmurlu hava şəraiti iyulun 18-i günorta saatlarına qədər davam edəcək. Bu sözləri Sozcu.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. “Sabah günortadan sonra yağıntılar tədricən dayanacaq. Havanın temperaturu bu günlərlə müqayisədə yüksələcək”, - Məmmədova bildirib.