Rusiyada helikopter qəzası: bütün heyət öldü

Rusiyanın Kareliya Respublikasında Fövqəladə Hallar Nazirliyinə məxsus Mi-8 helikopteri qəzaya uğraması nəticəsində bütün heyət ölüb.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, helikopter buz bağlamış Oneqa gölünə düşərək batıb.

Bildirilib ki, helikopter qəza zamanı gölə düşərək batdığı üçün mayakı işləməyib və bu da axtarış işlərini çətinləşdirib.

Faktla bağlı istintaq başladılıb. İstintaq qəzanın əsas versiyaları kimi ekipajın səhvi, hava şəraiti və avadanlıqların nasazlığını nəzərdən keçirir.

Helikopterdə 3 heyət üzvünün olduğu bildirilir.

Qeyd edək ki, ötən gün Rusiya FHN təlim uçuşu həyata keçirən helikopterlə əlaqənin kəsildiyini açıqlamışdı.

Share on Facebook