Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 531-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 250 800 hərbçi, 4254 ədəd tank, 8278 ədəd zirehli döyüş maşını, 4996 ədəd artilleriya sistemi, 709 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 468 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 312 ədəd helikopter, 7460 ədəd avtomobil texnikası, 4158 ədəd PUA, 1377 qanadlı raket, 18 gəmi/qayıq, 737 xüsusi avadanlıq itirib.

Rus aviasiyası Ukraynada effektsizdir - Britaniya

Rusiya aviasiyası Ukraynaya qarşı müharibədə quru əməliyyatlarını dəstəkləmək üçün əhəmiyyətli resurslarını xərcləməkdə davam edir, lakin həlledici əməliyyat effektləri yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub. “Rusiyanın taktiki döyüş aviasiyası son aylar gün ərzində 100-dən çox uçuş həyata keçirib, amma bu uçuşların da əksəriyyəti Ukrayna hava hücumundan müdafiə sistemləri səbəbindən öz ərazisində olub. Rusiya təyyarələri çox uzaq məsafədən hədəfləri vurmağa çalışır, amma onlar hələ də ardıcıl dəqiqlik nümayiş etdirə bilməyiblər”, - hesabatda qeyd olunub.

Separatçılar çıxılmaz vəziyyətdədir - Arayikdən etiraf

“Separatçıların lideri çıxılmaz vəziyyətə düşdüklərini etiraf edib, Rusiya və Qərbdən əlini üzüb”. Sozcu.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Qarabağdakı erməni separatçılarının başçısı Arayik Arutyunyan acınacaqlı vəziyyətə düşüb. “Erməni separatçılarının lideri Arayik Arutyunyan Azərbaycanın düşməni olsa da, son müsahibəsindən hazırkı reallıqları anladığı bəlli olur. Bəli, onun da dediyi kimi, Azərbaycanın məqsədi Qarabağda separatçılığa son qoymaq və bölgəni Azərbaycanın qanunlarına tabe etməkdir. Bunun üçün bütün imkanlardan istifadə edilir və ediləcək. Separatçıların ümid etdikləri 10 noyabr bəyanatı Azərbaycanı dayandırmaq gücdə deyil. Arutyunyan bunu da anlayıb. Separatçıların lideri çıxılmaz vəziyyətə düşdüklərini etiraf edib, Rusiya və Qərbdən əlini üzüb. Bu, Azərbaycanın separatçılara qarşı təzyiq siyasətini artırmasının doğru olduğunu göstərir”, - deyə politoloq vurğulayıb.

Rusiya Ukraynadakı desant qoşunlarının azı yarısını itirib - Britaniya kəşfiyyatı

Rusiya 2022-ci ildə Ukraynaya qarşı müharibəyə göndərilən desantların azı yarısını itirib. Söhbət minimum 15 min hərbçidən gedir. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi eksdə (keçmiş tviter) paylaşıb. Britaniya kəşfiyyatı xatırladıb ki, avqustun 2-də Rusiyanın Hava-Desant Qüvvələri Gününün qeyd olunması zamanı istəmədən ölkənin müharibədəki itkiləri açıqlanıb. Belə ki, Rusiya Hava-Desant Qoşunlarının baş komandanı general-polkovnik Mixail Teplinski müraciətində 8 500 desantın yaralandığını və sonradan xidmətə qayıtdığını və ya ümumiyyətlə cəbhə xəttini tərk etməkdən imtina etdiyini bildirib. Bu video tez bir zamanda Rusiya Müdafiə Nazirliyinin rəsmi kanallarından silinib. Bununla belə, Teplinski Ukraynada nə qədər rusiyalı desantçının öldürüldüyünü və ya ağır yaralandığını açıqlamayıb. “Lakin Teplinskinin məlumatlarının ekstrapolyasiyası 2022-ci ildə Ukraynaya göndərilən 30 min desantçının azı 50 %-nin öldürüldüyü və ya yaralandığı təxminini təsdiqləyir”, - məlumatda qeyd olunub.

6 avqust 1992-ci il Mutudərənin işğal edilməsi

1992-ci il 6 avqust tarixində ermənilər Gədəbəyin strateji əhəmiyyətə malik, Azərbaycan türklərinin yaşadığı Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. İşğalçılar bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. İşğal nəticəsində kənddə evlər yandırılmış, vandalizmə məruz qalmışdı. 1992-ci ilin həmin günlərində Mutudərənin işğaldan azad olunması istiqamətində hücum başlamışdı, 8 avqust tarixində 861 nömrəli hərbi hissənin başda Dilgam Aliev olmaqla əsgər və zabitlərinin böyük rəşadəti nəticəsində Ermənistanla Başkəndi birləşdirən yolun üstündə yerləşən Mutudərə kəndi işğalçılardan həmin gün azad edilmişdir. Bu kəndin azad edilməsi Başkəndin azad edilməsinin başlanğıcı idi və çox böyük əhəmiyyət kəsb edirdi.  Fotolar fotoqraf-jurnalist Kerem Nebiyev tərəfindən çəkilib. Ceyhun Nəbi

Elşən Xəzər: "Mərdi qova-qova axırda namərd edəcəklər"

“Zənglərə cavab verməkdən telefonlarımın “zaryadka”sı qurtardı. Belə şey olar? Hər şey qaydasındadır, salamatlıqdır. Deyəsən, axırda ölkədən köçüb gedəcəyəm. Bunlar məndən nə istəyirlər? Heç kimi məhkəməyə vermək istəmirəm, ayıb bilirəm. Axırda mənimlə bağlı saxlanılma xəbəri yayan portalları məhkəməyə verəcəyəm, hamısından pul alacaqlar, ağılları başlarına gələcək. Evimdə-eşiyimdə oturmuşam, canımla əlləşirəm. İstəyirəm canlı yayım açım hamıya deyim ki, saxlanılmamışam, yalan söhbətdir”. Sozcu.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış meyxanaçı Elşən Xəzər deyib. “Bu nədir, yenə aləmi bir-birinə vurmusunuz? Mərdi qova-qova axırda namərd edəcəklər. Bu, qərəzdir. Heç kimdən şikayət etmək halında deyiləm. Hansısa uşağın ata-anasını gözüyaşlı qoymaq olmaz. Mənə ayıbdır. Mən heç nə etmədikcə bunlar həyasızcasına işləri artırırlar”.

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edir

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edir. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi pilotların ən müasir trenajorlarda uçuş vərdişləri məşq etdirildikdən, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilir. Ssenariyə əsasən Su-25ML, Su-25 və MiQ-29 tipli təyyarələr müəyyən edilmiş marşrutlar üzrə gecə məhdud görmə şəraitində və gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra edirlər. Həmçinin, təlim-məşq uçuşlarında gənc hərbi pilotlar L-39 təyyarələrində uçuş vərdişlərini təkmilləşdirirlər. Hərbi pilotların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.

“Azərbaycanda düyü və duru yağlar bahalaşacaq” - AÇIQLAMA

Son vaxtlar dünya bazarında düyünün bahalaşması müşahidə olunur. Bu da düyü istehsal edən ölkələrin bu məhsulun ixracına tətbiq etdiyi qadağalardır. Dünyanın ən böyük düyü istehsalçısı Hindistanın ixraca qoyduğu qadağadan sonra, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya da dünyada ən çox tələbat duyulan məhsulun ixracını dayandırıb. Dünyada düyünün bahalaşması Azərbaycan bazarına necə təsir edəcək? Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ölkəmizdə də bahalaşmadan qaçmaq mümkün olmayacaq: “Azərbaycan iqtisadiyyatı inhisarçı iqtisadiyyat olduğuna görə, dünyada baş verən ucuzlaşmalar ölkə daxilindəki qiymətlərə təsir eləmir. Amma dünyada məhsullar bahalaşan kimi dərhal Azərbaycan bazarına təsir edir. Rəqabət mühiti olmadığından dünyada qiymətlər ucuzlaşanda, sahibkarlar həmin ucuzlaşmadan istifadə edib mənfəətlərini genişləndirirlər. Amma qiymətləri azaltmırlar. Lakin qiymətlərin bahalaşması haqqında məlumatı alan kimi, həmin bahalaşan məhsulların partiyası Azərbaycana girməmiş ölkədə qiymətlər bahalaşır. İxracatçıların məhsulun satışına məhdudiyyət qoyması dünya bazarında düyünün qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Üstəgəl Ukrayna böhranı da düyünün bahalaşmasında əsas faktorlardan biridir. Ukrayna faktoru bir başa olmasa da, dolayısı ilə düyü bazarına təsir edir. Afrika ölkələrində buğda tapmayanlar düyü yeyir. Bu da düyüyə tələbatı artırır. Həm də bu il dünyada düyü istehsalında məhsuldarlıq aşağı düşüb. Hardasa dünyada əvvəlki illərə nisbətən 9 milyon ton az düyü istehsal edilib və bu, sözsüz ki, dünya bazarına təsir edəcək, düyünün bahalaşmasına səbəb olacaq. Bu da təbii ki, Azərbaycanda düyünün bahalaşmasına gətirib çıxardacaq”. Daha sonra Akif Nəsirli duru yağlara olan tələbatdan danışdı: “Bu məhsulun qiyməti onsuz da Azərbaycanda kifayət qədər bahadır. Mən hesab eləmirəm ki, yaxın günlərdə duru yağların qiymətinin bahalaşmasına getsinlər. Çünki Azərbaycan daxilində bitki yağlarını dünya bazarından ən azı iki dəfə baha satırlar. Ona görə də hələlik kiçik bahalaşmalar Azərbaycan bazarına təsir eləməyəcək. Amma payıza doğru əgər bitki yağlarının da qiyməti bahalaşacaqsa Azərbaycan bazarına təsir edəcək. Ölkəmizdə bitki yağlarının qiyməti bir qədər də artacaq”.

Putin bu ölkəyə qaçmağa hazırlaşır - ŞOK İDDİA

Afrika alternativ aerodromdur, bir şey olarsa, Mərkəzi Afrika Respublikasında harasa uçub orada gizlənə bilərsiniz. Sozcu.az xəbər verir ki, bu sözlər rusiyalı müxalif hüquqşünas Mark Feyqin tərəfindən ukraynalı jurnalist Alisiya Batsmana verdiyi müsahibədə səslənib. Feyqin Rusiyada hadisələrin gözlənillməz istiqamətdə cərəyan edəcəyi təqdirdə Putinin Afrikaya qaçacağını iddia edib. “Çinə getsən, səni bir qəpiyə satarlar. Latın Amerikası isə ABŞ-a çox yaxındır. Birləşmiş Ştatlar dərhal onu orada ələ keçirər. Afrika isə qitədən çox adanı xatırladır. Rusiya tərəfindən Afrikaya bu qədər diqqət təsadüfi deyil. Rəhbər orada yeni bunkerini belə qura bilər. Orası kölə və qadınların olduğu gözəl məkandır. Afrika elə bir strateji qitədir ki, orada hər şeyi, bütün aktivlərini daşıya və gizlədə bilərsən. İdaretmə forması da Rusiyaya çox yaxındır,-deyə Feyqin bildirib.

19 TIR 7 gündür gözləyir, İrəvan ardını göndərir

Ermənistan 7 gündür sərhədimizdə gözləyən 19 TIR-ı geri çəkmək əvəzinə sayını artırmaq qərarına gəlib. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, Qarabağdakı erməni uşaqlara yardım məqsədilə iki yük maşını şirniyyat hazırlanıb. “Yardım maşınları Kornidzorda gözləyən humanitar yük karvanına qoşulacaq”, - məlumatda bildirilib. Qeyd edək ki, bu, Ermənistanın humanitar şounu davam etdirməyə və genişləndirməyə çalışdığını göstərir.

Mariupolda partizanlar 17 rus zabitini zəhərlədi

Müvəqqəti işğal olunmuş Mariupolda hərbi obyektlərin birində Hərbi Dəniz Qüvvələri Günü qeyd edilərkən, zabit heyəti Ukrayna partizanları tərəfindən kütləvi şəkildə zəhərlənib. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat verib. Məlumata görə, zəhərlənmiş 17 zabitdən ikisi artıq ölüb.

Novella Cəfəroğlu: “Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimlinin hər şeydən xəbəri var, hamısı getməlidir...”

“Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirirsə, sözsüz ki, məzuniyyətdə olan sədr özü maraqlı olmalıdır ki, qurumumda yoxlama gedir, mən orada olmalıyam. Çünki bəzi məsələlərə Vüsal Kərimli özü açıqlama gətirə bilər. Hamısı onun imzası ilə gedib. BNA-nın sədridirsə, bir material da onun “qol”u olmadan gedə bilməz. Vüsal Kərimlinin qurumda olması vacibdir. Sədr məzuniyyətdən geri çağırılmalı idi. Ağır xəstədirsə, xəstəxanada yatırsa, bu, ayrı məsələdir”. Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O bildirib ki, qurumda hər şeyə sədr cavabdehdir: “BNA-da korrupsiya aşkarlayıblarsa, onda sədrlə birgə “balacalar”ın  hamısı getməlidilər. Qurumda olan işlərə hamısı cavbdehdirlər”. N.Cəfəroğlu ötən il Hesablama Palatası tərəfindən BNA-da milyonların mənimsənildiyinin aşkarlanması, buna baxmayaraq Vüsal Kərimlinin hələ də vəzifədə saxlanılması barədə iradları isə belə cavablandırıb: “Korrupsiya aşkarlandığı halda sədr açıqlama verirsə ki, “mənim bundan xəbərim yoxdur”, imzam yoxdur”, onda bu, ayrı söhbətdir, onda sədri saxlaya bilərlər. Tək Azərbaycanda yox, heç yerdə sədrsiz korrupsiya gedə bilməz. Əlbəttə ki, Vüsal Kərimlinin hər şeydən xəbəri var. Hamısı getməlidir”.