“Guya separatçıbaşının görüşdüyü bütün xarici ölkə diplomatları şifahi olaraq ermənilərin Qarabağa qayıtmasını “günümüzün bir nömrəli problemi” adlandırıblar. Amma...”
“Samvel Şahramanyan son aylarda nəinki müxtəlif erməni qüvvələri və ayrı-ayrı şəxsləri ilə aktiv siyasi görüşlər keçirib, həm də Ermənistanda təmsil olunan müxtəlif ölkələrin diplomatları ilə fəal ünsiyyət saxlayır”.
Sozcu.az xəbər verir ki, bunu “Hraparak” Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin İrəvanda sülənən tör-töküntüləri arasındakı mənbələrinə istinadla yazır.
Xəbərdə iddia edilir ki, Şahramanyan bu yaxınlarda bir neçə səfirlə, o cümlədən Fransa, ABŞ və Rusiyanın Ermənistandakı səfirləri ilə görüşüb. Və müzakirə gündəmindəki əsas məsələ Qarabağdan köçkün ermənilərin geri - Qarabağa qayıtması olub.
Nəşr bildirir ki, guya separatçıbaşının görüşdüyü bütün xarici ölkə diplomatları şifahi olaraq ermənilərin Qarabağa qayıtmasını “günümüzün bir nömrəli problemi” adlandırıblar. Amma köçkün ermənilərin “öz vətənlərində “təhlükəsizliyini təmin etmək üçün verilməli olan beynəlxalq təminatlara gəldikdə, heç kim belə bir təminat vermir”...