Daha 4 ölkə Rusiyada terrorla bağlı xəbərdarlıq etdi - 48 saat ərzində....

Çexiya, İsveç və Cənubi Koreya səfirlikləri, habelə Kanada hökuməti Rusiyadakı vətəndaşlarını izdihamlı yerlərdən çəkinməyə çağırıb və ölkədə “təhlükəsizlik vəziyyətinin pisləşdiyini” bildirib.

Sozcu.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb.

Sözügedən dövlətlər Moskvada mümkün terror aktları ilə bağlı ABŞ səfirliyinin açıqlamasına istinad edir.

“Rusiyanın iri şəhərlərində ekstremist qrupların mümkün hücumları ilə bağlı son xəbərlərlə əlaqədar Çexiyanın Moskvadakı səfirliyi Rusiyada yerləşən Çexiya vətəndaşlarını xüsusi diqqətli olmağa çağırır. Biz həmçinin insanların çox olduğu yerlərdən uzaq durmağı tövsiyə edirik”, – Çexiya səfirliyinin saytında yerləşdirilən mesajda deyilir.

Oxşar xəbərdarlıqlar əvvəllər ABŞ, Böyük Britaniya, Almaniya və Latviya tərəfindən də dərc edilib .

Amerika diplomatik missiyasının press-relizində deyilir ki, Moskvada 48 saat ərzində terror aktları baş verə bilər.

Share on Facebook