Həbsdə olan erməni terrorçu aclıq elan edib?

Erməni KİV-də Azərbaycanda həbsdə olan, Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın aclıq etdiyi ilə bağlı məlumatlar yayılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu məlumat həqiqətə uyğun deyil və məhkum hazırda cəzasını çəkir. Qeyd edək ki, təqsirləndirilən şəxs 2020-ci ildə Vətən Müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. DTX-də başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 20 il azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki o cəzasının ilk 5 ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir.

Ermənistandan Azərbaycana keçməyə çalışan şəxs saxlanıldı

Dövlət sərhədinin təhlükəsizliyi və etibarlı mühafizəsinin təmin ediləsi istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sozcu.az-a verilən xəbərə görə, sentyabrın 1-də DSX Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib. Çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Namiq Qaraçuxurlu Rusiyaya buraxılmadı

Meyxanaçı Namiq Qaraçuxurlu (Namiq Şükürov) Rusiyaya buraxılmayıb. Sozcu.az olay.az-a istinadən xəbər verir ki, qonşu ölkəyə yollanan sənətçi ötən gecə Şeremetyevo Beynəlxalq Hava Limanında sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. İfaçının köməkçisi İlkin Şükürovun da (qardaşı oğlu - red.) ölkəyə keçməsinə icazə verilməyib. Bir neçə saat dindirildikdən sonra İlkin sərbəst buraxılıb.  İddialara görə, Namiq Qaraçuxurlunun saxlanılma prosesi bir neçə saat çəkib.  İlkin Şükürov hadisəni təsdiqləyib. O, Namiq Qaraçuxurlunun hazırda sərbəst buraxıldığını bildirib.

Azərbaycana qaçaqmalçılıq yolu ilə 62 kq narkotik gətirildi

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 62 kq narkotik aşkarlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə sərhədyanı bölgələrdə əməliyyatlar davam etdirilir. Lənkəran rayonunda keçirilən növbəti əməliyyat zamanı 1978-ci il təvəllüdlü, Lerik rayon sakini Nazim Fərəcov tutulub. Ondan 62 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və tiryək aşkarlanıb. Qeyd edək ki, N.Fərəcov şübhə oyatmamaq üçün narkotik vasitələri çatdırdığı ünvanlara ailə üzvləri ilə birlikdə gedib. Aparılan araşdırmalar zamanı onun ayrı-ayrı vaxtlarda şəxsiyyətləri araşdırılan İran vətəndaşları ilə əlbir olub ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi sübuta yetirilib. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

Toya gedərkən qəzaya düşdülər: 5 yaralı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan bir neçə avtomobil toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzaya düşənlər toya gedirmiş.

Ermənistanda hərbçi güllələndi

Ermənistanda güllə yarası alan hərbçi xəstəxanaya yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə yerli KİV-lər ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. "Hərbçi hazırda həkimlərin nəzarəti altındadır, həyatına təhlükə yoxdur", - məlumatda qeyd edilib. KİV-in məlumatına görə, hadisə Göyçə vilayətindəki mövqelərdən birində baş verib. Əsgərin hansı şəraitdə yaralandığı hələ ki, məlum deyil.

Ağdərədə meşəlik ərazidə yanğın başladı

Ağdərədə növbəti dəfə yanğın hadisəsi qeydə alınıb. Sozcu.az xəbər verir ki, rayonun Sırxavənd kəndi ərazisində yerləşən meşəlik ərazidə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdərə, Ağdam və Tərtər rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınla mübarizəyə yanğınsöndürən helikopterlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Ağdərədə yanğın zamanı 5 dəfə mina partladı

Ağdərədə baş verən yanğınlar zamanı 5 dəfə mina partlayıb. Sozcu.az-ın Teleqraf-a istinadən xəbərinə görə, Ağdərə şəhər ərazində meşə massivində baş verən yanğınlar partlayışla müşahidə edilir. Meşə massivində davam edən yanğın zamanı 5 dəfə mina partlayıb. Hazırda yanğınsöndürmə əməliyyatları qurudan FHN-nin Tərtər və Ağdərə rayonlarının yanğınsöndürən əməkdaşları havadan Aviasiya dəstəsinin 2 helikopteri yanğınsöndürmə əməliyyatlarını davam etdirir. Yanğın hazırda davam edir.

"Rusiyanın puç olmuş "qələbə" arzusu" - Aleksandr Nevzorov

"Bəşəriyyət Rusiyanın əsl yırtıcı simasını gördü və ciddi şəkildə "onunla nə etməli?" sualı üzərində düşünməyə başladı..." Hər necə olsa da, artıq aydındır ki, Rusiya özünün isti Ukrayna qanı "vannasını qəbul etmək" və orada kef çəkmək arzusu ilə vidalaşmalı olacaq. Rus təsəvvüründəki "qələbə" olmayacaq! Sozcu.az xəbər verir ki, bu barədə rusiyalı publisist Aleksandr Nevzorov özünün "nevzorov.tv" nəşrində yazıb. Müəllif yazır ki, Rusiyanın "maksimum əldə edə biləcəyi Donbasda bir neçə yüz hektar yandırılmış torpaq, dağıdılmış kəndlərin xarabalığıdır. Onu da yalnız müvəqqəti istifadə üçün. Üç il yarımlıq rüsvayçı müharibəyə və bir milyon rus cəsədinə görə olduqca miskin bir qənimətdir! "Rus dünyası"nın bütün nail olduğu nəticə isə özünün ən həssas böyründə güclü, heç nəyi unutmayan və bağışlamayan bir dövlətin formalaşmasıdır! Elə bir dövlət ki, yaxın gələcəkdə onun ordusunun hər bir bölməsi "Azov" kimi döyüş təcrübəsi və məğlubedilməzlik qazanacaq! Üstəlik, bəşəriyyət Rusiyanın əsl yırtıcı simasını gördü və ciddi şəkildə "onunla nə etməli?" sualı üzərində düşünməyə başladı".

Bu gün böyük gündür - TRAMP

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçiriləcək görüş barədə hisslərini bölüşüb. Sozcu.az xəbər verir ki, o, bugünkü günü “böyük gün” adlandırıb və heç vaxt bu qədər Avropa liderinin eyni vaxtda Ağ Evə toplaşmadığını deyib. “Bu Amerika üçün böyük şərəfdir. Nəticələrin nə olacağını görəcəyik”- Tramp qeyd edib. Xatırladaq ki, bu gün Ağ Evdə ABŞ prezidenti, Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçiriləcək.

Şəhidlər Xiyabanında video çəkənlər bu ölkənin vətəndaşları imiş

Xəbər verdiyimiz kimi, avqustun 17-də üç əcnəbi Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşıblar. Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib. Sozcu.az-ın məlumatına görə, saxlanılan şəxslərin Səudiyyə Ərəbistanının vətəndaşları olduğu bildirilir. Artıq müvafiq ölkənin səfirliyinin öz vətəndaşları ilə maraqlandıqları qeyd olunur. Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Xatırladaq ki, Qəbir və ya meyit üzərində təhqiredici hərəkətə görə məsuliyyət cəlb edilən şəxslə iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Aeroport yolunda ağır qəza: ölən və xəsarət alanlar var

Bakı şəhəri Suraxanı rayonu, Aeroport şosesində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Üçdən çox nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Report-un əldə etdiyi məlumata görə, qəza zamanı ölən və xəsarət alanlar var.