İlham Əliyev Xankəndidən DANIŞDI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı danışıb. Dövlətimizin başçısı bildirib ki, Qarabağda yerli əhali arasında təşviş yaradan və onları Ermənistana köçməyə məcbur edən məhz qondarma rejim olub. Dövlətimizin başçısı vurğulayıb ki, “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasından etibarən Azərbaycan tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə tibbi təxliyələrin təşkili prosesinə dəstək göstərilib. Prezident İlham Əliyev Xankəndidə yanacaq stansiyasında baş vermiş partlayışdan sonra Azərbaycan yanğınsöndürənlərinin bu yanğının qarşısını aldığını, zərərçəkmiş insanlara dəstək göstərildiyini, hazırda Azərbaycanın tibbi heyətinin Xankəndidə yerli əhaliyə xidmətlər göstərdiyini diqqətə çatdırıb.

"Koçaryanla Sarkisyan da Azərbaycana təhvil veriləcək" - Tonoyandan ŞOK AÇIQLAMA

"Azərbaycanın Qarabağ separatçılarını həbs etməsi Ermənistanda böyük qorxu hissi yaradıb. İndi Ermənistan cəmiyyətində müzakirələr bu müstəvidə gedir: Ermənistanın sabiq prezidentləri - Xocalı qatilləri Robert Koçaryan və Serj Sarkisyan da qolu qandallı Bakıya gətiriləcək. Erməni professor Artyom Tonoyan da hadisələrinin gedişatını belə görərək “Facebook” səhifəsində yazıb: ""Artsax"ın 3 "prezident"ini təhvil verənlər Ermənistanın 3 prezidentini də təhvil verəcəklər. Çətin ki, onların əsas məqsədi "Artsax" "preziden"tləri idi. Hədəf Ermənistanın 3 prezidentidir". Yəqin ki, Tonoyan 3-cü prezident kimi Levon Ter Petrosyanı nəzərdə tutur. Amma Azərbaycan ermənilər arasında az-çox məntiq sahibi olan Levona amnistiya tətbiq edə bilər.(gundem.az)

Hərbçimiz minaya düşdü

Oktyabrın 5-də saat 17 radələrində işğaldan azad edilən ərazidə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusunun xidmət vaxtı piyada əlehinə minaya düşməsi barədə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, 1999-cu il təvəllüdlü S.Adgözəlov minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb. Araşdırma aparılır.

TƏCİLİ! "Xocalı qatili"nin yeri BİLİNDİ

Xocalı qatili Vitali Balasanyanın hazırda harada olduğu bəlli olub. "Pastİnfo" xəbər verir ki, Balasanyan hazırda Ermənistandadır. "Vitali Balasanyan Ermənistandadır və səhhətində, xüsusən də ürəyində ciddi problemlər var. O, hazırda həkimlərin nəzarətindədir", - deyə qeyd olunub. (News24.az)

Arayik Arutyunyanın saxlanma anı – FOTO

Qarabağda qondarma rejimin “prezidenti” olmuş Arayik Arutyunyan ötən gün saxlanılaraq Bakıya gətirilib. “Qafqazinfo” Arayik Arutyunyanın saxlanılma anından foto əldə edib. Həmin fotoları təqdim edirik:

SON DƏQİQƏ! Samvel Şahramanyan SAXLANILDI - Bakıya GƏTİRİLİR

Qarabağdakı ermənilərin prezidenti kimi səlahiyyətləri icra edən Samvel Şahramanyan da saxlanılaraq Bakıya gətirildiyi bildirilir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

SON DƏQİQƏ! Araik Arutyunyan saxlanıldı, Bakıya gətirilir

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.  Hazırda o Bakıya gətirilir. Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.

Saakyan və Qukasyanın həbs xəbəri yayıldı

Azərbaycan tezliklə Bako Saakyan və Arkadi Qukasyanın Həkəri körpüsündə həbs olunduğunu elan edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrinə əsasən məlumat yayıb. Məlumata görə, onların həbsi ilə bağlı görüntülər də təqdim olunacaq. İddia edilib ki, içərisində separatçı qurumun “daxili işlər və milli təhlükəsizlik nazirləri”nin olduğu avtomobil buraxılsa da, Saakyan və Qukasyan saxlanılıb.

Ermənistan Parlamenti BCM-yə üzvülüyü ratifikasiya edib

Ermənistan parlamenti Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyünü təsdiqləyib. İrəvanın BCM-də iştirakı Moskvanın çoxdan etiraz etdiyi məsələdir. Ermənistan parlamenti BCM-yə üzvlük təklifini 22 əleyhinə 60 səslə qəbul edib. Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmasını “son dərəcə düşməncəsinə” hərəkət kimi qiymətləndirir. Vladimir Putin həbs qərarı ilə bu yaxınlarda Cənubi Afrikada keçirilən BRİKS sammitində iştirak etməyib. Ermənistanın BCM-ə üzv olması o deməkdir ki, Putin də bu ölkəyə gedə bilməz. Sözcü.az

“Rusiya Ermənistanla müharibəyə hazırlaşır: bəs nə vaxt başlayacaq?..”

“Aydındır ki, Rusiyanın Ermənistanla bağlı “B” planı var, əgər yaxın gələcəkdə Ermənistan daxilində sabitliyi poza bilməsə və qanuni seçilmiş, demokratik hakimiyyətin devrilməsinə nail ola bilməsə...” “Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində növbəti əxlaqsız bəyanatla çıxış edib. İrəliyə baxaraq qeyd edirəm ki, uzun müddətdir heç kim ondan başqa heç nə gözləmir. Beləliklə, biz indi bütün dünyanın gözü qarşısında artsaxın(Qarabağın dağlıq hissəsi- S.L.) yerli əhalisinin etnik təmizləməsində(guya-S.L.) Rusiyanın günahının yeni sübutlarını qeydə alırıq”. Moderator.az əməkdaşının təqdim etdiyi “ArmenianReport”-un analitiki Razmik Akopcanyanın “Rusiya Ermənistanla müharibəyə hazırlaşır:  nə vaxt başlayacaq?..” başlıqlı yazısının tərcüməsində belə deyilir. Azərbaycan və Türkiyəyə qarşı bəzi hədyanlarını nəzərə almasaq, material Ermənistanın nisbətən sağlam düşünən dairələrinin Rusiya imperiyasına qarşı gerçək münasibətini əks etdirir. Yazının qalan hissəsini müəyyən ixtisarlarla nəzərinizə çatdırırıq: “...“Biz azərbaycanlı həmkarlarımız və qonşularımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, normal həyatın, ermənilərin və azərbaycanlıların ümumi həyatının bərpası üçün şərait yaratmaq üçün çalışırıq. Ümid edirəm ki, İrəvan da bunda maraqlı olmalıdır, onlar bunun üçün səy göstərəcəklər”, - "TASS" rusiyalı nazirdən sitat gətirir. "Lavrovun bəyanatında doğru olan yeganə şey “azərbaycanlı həmkarlar” ifadəsi olub!- yazan erməni jurnalist iddia edir ki, guya Rusiya Azərbaycan və Türkiyə ilə birlikdə Qarabağın dağlıq hissəsindəki hayklara qarşı “etnik təmizləmə” layihəsi həyata keçirib...  “Və ümumiyyətlə, Rusiyanın Arbitr rolunu oynamaq istəyi şoka salır. Dünyadakı nüfuzu ilə o, artıq Troya Atı roluna belə uyğun gəlmir. Bundan əlavə, Rusiyanın öz müttəfiqlərini qoruya bilmədiyi hər kəs üçün danılmaz və aşkar həqiqətə çevrilib. Azərbaycan-Türkiyə tandemi artsaxla bağlı planlarını həyata keçirərək bunu Rusiya üçün biabırçı aşkarlıqla nümayiş etdirdi... İndi də Qazaxıstan Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcəyini bəyan edir. Bu haqda Berlində bu ölkənin prezidenti Qasım-Jomart Tokayev Almaniya kansleri Olaf Şoltsla danışıqlardan sonra bəhs edib. Bundan sonra Gömrük İttifaqı, Aİİ və KTMT-nin nəyi təmsil edəcəyini “senzura”dan keçəcək sözlər də tapmaq çətindir... Bu arada Bakıda Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin  gəmi və hərbi heyətinin iştirakı ilə “Xəzri-2023” birgə taktiki təlimləri keçirilir. Onların mənası daha aydındır”- yazan analitik bunu Türk birliyinin möhkəmləndirilməsi istiqamətində daha bir addım kimi dəyərləndirir. “Rusiya Xəzərdə də öz təsirini itirir. Qara dəniz üzərində tam nəzarəti itirdiyini nəzərə alsaq, bu, Türkiyənin təsirinin artması ilə bağlı çox konkret siqnaldır. Amma Kreml çarəsizcə özünü bunu görmürmüş kimi göstərməyə çalışır. Orada Ermənistanla hesablaşmağa çalışırlar. Ənənəvi cılız, ucuz maneralarla... Moskva ölkəmizə iqtisadi təzyiq göstərməyə başlayıb. Hələlik bu, erməni konyakının Rusiya Federasiyasına ixracına süni maneələrin yaradılması yolu ilə həyata keçirilir. Bu, ixracatımız üçün çox həssas məqamdır... 2022-ci ildə Rusiya bazarına ixrac edilən erməni şərabının payı 78,8%-ə yüksəlib. İndi də yüksək keyfiyyəti ilə tanınan erməni konyakı Rusiya müfəttişləri arasında ağrılı şübhələrə səbəb olub... Bir məşhur Kreml təbliğatçısının dediyi kimi: “Təsadüf? Düşünmə!". Üstəlik, xatırlayırıq ki, Rusiya Gürcüstana təzyiq göstərmək üçün Mixail Saakaşvili prezident olarkən eyni təsir tədbirlərindən istifadə edirdi. Gürcüstan şərabının və Borjomi mineral suyunun Rusiya Federasiyasına idxalına qadağa 2008-ci ilin avqustunda hərbi münaqişədən əvvəl qoyulmuşdu... Bəli, siz məni düzgün başa düşdünüz. Mən iddia edirəm ki, Rusiya yaxın gələcəkdə Ermənistan daxilində vəziyyəti sabitliyi poza bilməsə və qanuni yolla seçilmiş, demokratik hökumətin devrilməsinə nail ola bilməsə, Ermənistan üçün “B” planı var. Bu, Kremlin günbəgün yox, saatbasaat uduzduğu Cənubi Qafqaz regionunu əldə saxlamaq cəhdi olacaq. Deməli, hamımız demokratik dünyadan dəstək tələb edərək həyəcan təbili çalmalıyıq”,- deyə sonda erməni analitik vurğulayır.

"Ermənilər millət deyil..." deyən erməni ilə bağlı ŞOK MƏLUMAT

Qarabağı tərk edərkən, Allaha and içərək, azərbaycanlılarla yaşamaq istədiyini, ermənilərin xalq olmadığını bildirən Xankəndinin erməni sakini ilə bağlı şok fakt üzə çıxıb. Sozcu.az telegram kanallarına istinadən xəbər verir ki o, 1-cı Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı döyüşənlərdən biri olub. Həmçinin o, ölkəsinə qayıdan kimi “türklər uşağıma silah tutmuşdular, ona görə bu sözləri (ermənilər xalq deyil - red) demişəm” -, deyə açıqlama verib.Musavat.com

Sərhəddə nə BAŞ VERİR? - Ermənistan yenə dayanmaq BİLMİR!

Qarabağda mərkəzi hakimiyyətin bərpa edilməsi fonunda sentyabrın 30-da Ermənistanın snayper atəşi ilə əsgərimizi şəhid etməsi İrəvanın sərhəd gərginliyinə start verə biləcəyinin anonsu hesab edilə bilər. Baş verən proseslər onu göstərir ki, Paşinyan hakimiyyətinin sərhəddə mümkün eskalasiyada çoxtərəfli maraqları var. Məsələ ilə bağlı Referans.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan hazırda təşəbbüsü tamamilə ələ keçirib: “Ermənilərin bütün atdığı addımlar yalnız onların zəifliyini büruzə verir. Onlar demək olar ki, həm strateji baxımdan, həm də faktiki baxımdan məğlubdurlar. İndi hər hansı bir erməni əsgərinin beyninə belə bir fikir gəlir ki, Azərbaycan əsgərini öldürsün və ya yaralasın, bu ondan xəbər verir ki, bunlar artıq terrorla doğmalaşıblar. Bu kimi əməllər yalnız onların vəziyyətini bir qədər də kəskinləşdirəcək, çətinləşdirəcək”. Politoloq qeyd edib ki, hazırda Ermənistanın vəziyyəti həm iqtisadi, həm sosial, həm də mənəvi psixoloji baxımdan zəifdir. Onun sözlərinə görə, ermənilər bu çirkin əməllərindən əl çəkməsələr Azərbaycan bütün lazımi tədbirləri görəcək: “Ermənilər revanşizmdən əl çəkə bilmirlər, ona görə də bu kimi əməlləri gündəmdə saxlayırlar. Əgər çox dərinə getsələr, yenidən Azərbaycan lazımi tədbirləri görəcək. Bu səfər həqiqətən heç nə bağışlanmayacaq. Bu vaxta qədər biz çox dözmüşük, güzəşt etmişik”. Tofiq Abbasov əlavə edib ki, oktyabrın 5-də İlham Əliyev və Nikol Paşinyanın Qranadada baş tutacaq görüşündə sülh müqaviləsinin imzalanmayacaq. O, hesab edir ki, sülh müqaviləsi üçün hələ tezdir.