Şok: Ukrayna Rusiyanın bu ərazilərini işğal etdi – Təcili

13:02

Avqustun 6-da Kursk vilayətinin Sucansk rayonuna daxil olan Ukrayna ordusu sərhəd zonasında möhkəmlənməyə nail olub.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rıbar” Teleqram kanalı məlumat yayıb.

Kanalın müəllifi Mixail Zvinçukun sözlərinə görə, Ukrayna ordu bölmələri Nikolayevo-Daryino, Darino və Sverdlikovo kəndlərini ələ keçirib:

“Bundan əlavə, hazırda Qonçarovka və Oleşnyada Ukrayna və Rusiya qoşunları arasında döyüş gedir. Ümumilikdə, Ukrayna Silahlı Qüvvələrinin 400-ə qədər hərbi qulluqçusu Kursk vilayətinə daxil olub və daha iki minə qədər hərbçi sərhəddə cəmləşib. Ukrayna ordusunun əməliyyatı çoxdan hazırlanıb və ən azı daha bir neçə gün davam edə bilər”.

“Arxangel Spetsnaz” və “İki mayor” kanallarının məlumatına görə isə Ukrayna Silahlı Qüvvələri Sucaya doğru irəliləməyə davam edir, şəhər faktiki olaraq boşaldılıb.

Yerli hakimiyyət orqanları və Rusiya Müdafiə Nazirliyi Kursk vilayətindəki döyüşlər barədə təfərrüatlı məlumat vermir. Bölgə qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov bildirib ki, region “Ukraynalı nasistlərin hücumlarına qəhrəmancasına müqavimət göstərir” və bütün təcili yardım xidmətləri gücləndirilmiş iş rejiminə keçib. O, həmçinin vətəndaşları yerli xəstəxanalarda donor qan ehtiyatını artırmağa çağırıb.

Smirnovun sözlərinə görə, bir gecədə Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus dörd raket və üç pilotsuz uçan aparat vurulub.

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumları nəticəsində ölənlərin ümumi sayı 28 nəfərə çatıb, bu barədə TASS-a vilayətin baş cərrahı Andrey Loktionov bildirib.

Share on Facebook