Yevgeni Priqojin və Dmitri Utkinin təyyarə qəzasında öldüyü təsdiqlənib

Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin sərnişinləri arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkin olub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. Məlumata əsasən xilasedicilər 7 nəfərin cəsədini qalıqlar altından çıxarıblar. Qeyd edək ki, Utkin Yevgeni Priqojinin “sağ əli” olub. O, Rusiya Müdafiə Nazirliyinin silahlarının satışı ilə məşğul olub. Xatırladaq ki, Y.Priqojinə məxsus olan “Embrair” biznes-jet Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb. “Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalı bildirib ki, təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.

Narkotikə görə daha 31 nəfər tutuldu

Avqustun 22-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən, borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Arutyunyan elan etdi: Ağdam-Xankəndi yolu açılır

Qarabağ separatçılarının lideri Araik Arutyunyan dünən “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolunun açıldığını bəyan edib. İclasda keçmiş “tş katibi” Samvel Babayan da iştirak edib. Sozcu.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, separatçıbaşı bu məsələni müzakirəyə çıxarmayıb, fakt kimi təqdim edib: “Araik bildirib ki, bu yolla ticarət qismən olacaq, tikinti materialları, dizel yanacağı, dərmanlar oradan gələcək, ərzaq məhsulları isə Rusiya sülhməramlıları vasitəsilə Laçın dəhlizilə gətiriləcək. Lakin bu o demək deyil ki, Laçın yolu tam işlək qalacaq. Yol Qarabağ sakinləri üçün məhdud olacaq”. Qeyd olunub ki, Arutyunyan növbəti mərhələdə Azərbaycan tərəfdən gələcək qaz və elektrik enerjisinin tədarükü məsələsinin müzakirə edilməsinin nəzərdə tutulduğunu bildirib.

Xocavənddə tələ-minalar aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən icra edilən minatəmizləmə əməliyyatları zamanı Xocavənd rayonunun Bulutan kəndi ərazisində tərk edilmiş yaşayış evlərində əldəqayırma( improvizə edilmiş) partlayıcı qurğular aşkar olunub. ANAMA-dan Sozcu.az-a verilən məlumata görə, bir yaşayış evinə birləşik təsərrüfat tikilisində odun qalağının arasında 1 ədəd PQ-7L raketinin döyüş başlığı, üzərinə qəlpə köynəyi qismində atıcı silah patronlarının yapışqan lent vasitəsilə bağlanması və əl qumbarası partladıcısının təzyiqdən boşalma prisipi ilə quraşdırılması ilə hazırlanmış sürpriz partlayıcı qurğu aşkarlanıb: "Eyni zamanda, bir evin qarşısında altına bağlamada F-1 modelli əl qumbaraları yerləşdirilmiş PMN-Э minası, bir məhlə arası keçiddəki çoxillik ağacın koğuşunda dəmir qutunun içərisinə kustar üsulla hazırlanmış, geniş radiusda qəlpələnmə yaradılması məqsədilə mismarlarla gücləndirilmiş, MUV tipli partladıcı ilə təchiz edilmiş, 3 ədəd birbirinə bağlı VOQ-17 silah qumbarasından ibarət əldəqayırma partlayıcı qurğu aşkar edilib. Əlavə olaraq bir həyətdəki təndirxananın girişinin üstündə plastik boruda gizlədilmiş MUV tipli partladıcı ilə quraşdırılmış RQ-42 əl qumbarası ilə POMZ-2M minasının birləşdirilməsindən hazırlanmış tələ qurğu, habelə kəndarası əsas yol yaxınlığındakı bir ot damında tələ məftilinin bir ucu götürülərkən minanı işə salması üçün dəmir yanacaq qabına bağlanmış halda, OZM-72 modelli tullanaraq havada qəlpələnən piyada əleyhinə mina aşkarlanıb". Qeyd edilib ki, əvvələr bu ərazilərdə etnik erməni əhalisi məskunlaşıb: "Aşkar olunan tələ-minaları ərazini tərk edərkən bu yerlərdə qəsdən yerləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən aparılan davamlı qeyri-texniki və texniki tədqiqat, eləcə də minatəmizləmə əməliyyatları nəticəsində keçmiş təmas xətti ərazilərindən kənardakı mülki təyinatlı sahələrin ciddi şəkildə minalanması müəyyən olunub. Düşmən tərəfindən məhz mülki təyinatlı ərazilərdə quraşdırılmış, sürpriz formaya salınmış bu kimi qurğular yüksək və ölümcül partlayış törətmək məqsədi daşıyaraq dinc əhaliyə qarşı hədəflənmiş terrordur. Belə ki, müharibədən sonrakı dövr ərzində keçmiş təmas xəttindən kənar yerləşən ərazilərdə baş verən mina hadisələri zamanı 217 vətəndaşımız mina qurbanına çevrilib. Laçın rayonunun Suarası, Güləbird kəndləri, Şuşa rayonunun Daşaltı, Cəbrayıl rayonunun Nüzgar, Mehdili, Zəngilan rayonunun Bartaz, Xocalı rayonunun Sığnaq, Qubadlı rayonunun Xanlıq kəndi, Ağdam rayonunun Yusifcanlı, Şahbulaq, Tərtər rayonunun Suqovuşan, Füzuli rayonunun Yuxarı Veysəlli, Yağlıvənd kəndlərində baş vermiş mina hadisələri əvvəllər təmas xətti deyilən ərazilərdən kənarda baş verib. İşğaldan azad edilmiş ərazilərin kütləvi şəkildə minalarla çirkləndirilməsi, ölümcül partlayış törətmək məqsədilə sürpriz minaların aşkar olunması icra edilən genişmiqyaslı bərpa və yenidənqurma planlarının həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin geri qayıdışına ciddi şəkildə maneə yaradır. Bütün bu kimi faktlar bir daha Ermənistanın mülki əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlıq əleyhinə törədilən cinayətidir. ANAMA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, bələd olmadıqları ərazilərə daxil olmasınlar, şübhəli əşyalara toxunmasınlar".

İrandan 29 kq narkotik gətirilməsinin qarşısı alındı

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 29 kiloqram 455 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqust ayının 20-də saat 12:15-də Yardımlı rayonu, Ləzran kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 5 kiloqram 15 qram narkotik vasitə (2 kq 430 qram marixuana, 2 kq 585 qram tiryək) və saat 13:10-da Cəlilabad rayonu, Edişə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 24 kiloqram 440 qram narkotik vasitə (13 kq 760 qram marixuana, 7 kq 870 qram heroin, 1 kq 815 qram tiryək, 995 qram metamfetamin) aşkar olunaraq götürülüb. Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

KİV: “Təhlükəsizlik qüvvələri Putindən Şoyqu və Gerasimovun istefaya göndərilməsini tələb edir”

Rusiya təhlükəsizlik qüvvələri Prezident Vladimir Putindən müdafiə naziri, ordu generalı Sergey Şoyqunu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovu istefaya göndərməyi tələb edir. Bu barədə “Blomberg” Rusiya elitasındakı mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, məqsəd ölkədə tam səfərbərliyin elan edilməsidir. Qeyd olunub ki, Rusiya elitasındakı müəyyən təbəqə V.Putinin “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin iyun ayındakı silahlı qiyam cəhdinə zəif cavab verməsindən narahat olub: “İndi tam səfərbərlik üçün Şoyqu və Gerasimovun istefası tələb olunur. Təhlükəsizlik qüvvələri daha aqressiv müharibəyə, o cümlədən tammiqyaslı səfərbərliyə və hərbi vəziyyətə keçidin bir hissəsi kimi Şoyqunu başqası ilə əvəz etmək istəyirlər”. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Bu ilin iyun ayından Ukrayna ordusu cəbhə xəttində əks-hücum əməliyyatları həyata keçirir. Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.

Separatçılar fortifikasiya qurmaq istədi, Ordumuz dərhal...

Avqustun 21-i saat 06:20-dən 08:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Ağdam, Füzuli və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda deyilir.

Moskvaya PUA hücumu: Hava limanları bağlandı

Bu gecə Moskvaya PUA hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib. “Gecə cənub istiqamətində Moskvaya pilotsuz uçan aparatla uçmağa cəhd edilib. O, hava hücumundan müdafiə qüvvələri tərəfindən dayandırılıb”, - Sobyanin bildirib. Rusiya mətbuatını məlumatına görə, PUA hücumu səbəbindən Moskvanın “Domodedovo” və “Vnukovo” hava limanlarını fəaliyyəti dayandırılıb. “Flightradar” xidmətinin məlumatına görə, təyyarələr “Şeremetyevo”ya yönləndirilib, bəzi təyyarələr Ryazan vilayətində gözləmə zonasındadır.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 19-u saat 16:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

“Bu, yardım karvanı yox, quldur karvanıdır”

“Ermənistandan Xankəndinə göndərilən maşın karvanı yardım karvanı yox, quldur karvanıdır”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Ermənistanın humanitar yardım adı alında Qarabağa silah-sursat, terrorçu, qaçaqmal daşımağa cəhd edir: “Ermənistanın humanitar yardım karvanı adı altında təqdim etdiyi avtomobil karvanının humanitar yardımla heç bir əlaqəsi yoxdur və bunu sərhədçilərimizin ortaya çıxardığı çoxsaylı faktlar sübut edir. Ermənistan yardım karvanı adı altında Qarabağa terrorçu, qanunsuz silahlılar, mina, qaçaqmal və s. daşımağa çalışır. Azərbaycan isə məhz bu qanunsuz fəaliyyətin qarşısını alır. Hansı ki, Azərbaycanın bu fəaliyyəti sadəcə ölkəmizin ərazisində deyil, ümumilikdə bütün regionda sabitlik və təhlükəsizliyin təmini baxımından çox vacibdir. Bu baxımdan, bütün dünyanın baş verənləri görməsi, erməni yalanlarını ifşa edən Azərbaycanın təqdim etdiyi faktlara diqqətlə yanaşması, ədalətli və obyektiv mövqe ortaya qoyması çox vacibdir. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının icasında bir daha sübut etdi ki, Qarabağ ermənilərinin humanitar yardıma möhtac olması, bölgədə humanitar fəlakətin yaşanması ilə bağlı deyilənlər cəfəngiyyatdır və bu dezinformasiyalar dünya ictimaiyyətinin aldadılmasına xidmət edir”.

Hakan Fidandan Türkiyə XİN əməkdaşlarına QADAĞA: Bu şəxslərlə nikaha girmək olmaz

Türkiyənin xarici işlər naziri Hakan Fidan nazirlik əməkdaşlarının 20 faizinin əcnəbilərlə evli olmasından narahatdır.  Sozcu.az xəbər verir ki, bu barədə Xarici siyasət analitiki Bərçin Yinanc məlumat verib.  Onun sözlərinə görə, Türkiyə departamentinin rəhbəri bildirib ki, əcnəbi ilə nikahda olan işçilər məsul vəzifələrə təyin edilməyəcək, subay işçilər isə başqa dövlətlərin vətəndaşları ilə ailə qura bilməyəcəklər. 

Rusiyanın müdafiə xətti dağılır - Hesabat

Ruslar Robotino və Urojaynoenin saxlanması üçün xeyli səylər, resurslar və şəxsi heyət sərf edib, ona görə də Ukraynanın bu ərazilərdə əldə etdiyi son uğurlar Rusiya müdafiəsinin deqradasiyasının göstəricisidir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. Heabatda bildirilib ki, rusların əhəmiyyətli əməliyyat ehtiyatları yoxdur və Rusiyanın öz qüvvələrini çıxarmaq əvəzinə bu məntəqələri saxlamaq üçün intensiv səyləri o deməkdir ki, Ukrayna ordusu hücumdan əvvəl rus bölmələrini tamamilə zəiflədiblər: “Bundan başqa, digər ərazilərdən də rus hərbi qüvvələrinin buraya gətirilməsi onu göstərir ki, Ukraynanın son hücumları əks-hücum başlayandan bəri rotasiya olmadan Zaporojye vilayətinin qərbini müdafiə edən Rusiya qüvvələrinin mövqelərini xeyli zəiflədib. Rusiyanın əməliyyat ehtiyatlarının olmaması o deməkdir ki, rus qoşunları cəbhənin bəzi sektorlarını digərlərinin hesabına gücləndirməli olacaq. Bu da ümumilikdə Rusiyanın müdafiə xətlərini zəiflədəcək və Ukrayna qüvvələrinə bundan istifadə etmək imkanı verəcək”.