Ermənistanda ehtiyada olan əsgər və zabitlər təlimlərə ÇAĞIRILDI

2024-cü il sentyabrın 15-dən dekabrın 15-dək Ermənistanda ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışları keçiriləcək.

Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Təlimlərə sıravi əsgərlər, sıravi zabitlər və birinci və ikinci kateqoriyalar üzrə qeydiyyatdan keçmiş birinci qrup ehtiyatda olan zabitlər cəlb olunacaq.

Məlumata görə, təlim-məşq toplanışlarının keçirilməsi hərbi vərdişlərin təkmilləşdirilməsi, ehtiyatda olan hərbi qulluqçuların sıradan, gizir və ehtiyatda olan birinci qrupa daxil olan zabitlərin yenidən hazırlanması zərurəti ilə əlaqədardır.

Share on Facebook