Türkiyədə İŞİD terror təşkilatının ölkədəki üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
Məlumata əsasən, “Gürz-4” kod adı altında İstanbul, Ankara və İzmir kimi böyük şəhərlər də daxil olmaqla ölkənin 26 vilayətində həyata keçirilən əməliyyat nəticəsində İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 99 nəfər saxlanılıb.
Əməliyyat üç gün davam edib.