Ukraynalı diversantlar Rusiya sərhədini keçdi – Kurskda amansız döyüşlər başladı

Rusiya KİV-ləri Ukrayna Silahlı Qüvvələrinin hərbi texnika və canlı qüvvə ilə Rusiyanın həmsərhəd Kursk vilayəti ərazisinə girdiyini yazırlar.

Sozcu.az xəbər verir ki, Rusiyanın “Z-kanalları” Ukrayna diversant qruplarının Kurskun Sudjansk rayonunun Qonçarovka yaşayış məntəqəsinə doğru irəlilədiyini bildiriblər.

Kursk vilayətinin qubernatoru isə Sudjansk və Korenevski rayonlarında “Ukrayna qoşunlarının sərhədi yarmaq cəhdi” barədə məlumat yayıb. “Teleqram” kanallarının məlumatına görə, bir qrup ukraynalı diversant Kursk vilayətinə daxil olaraq Rusiya sərhədçiləri və hərbçiləri ilə döyüşə girib.

Tanınmış “Z-kana”lardan biri yazıb: “Bir neçə mənbədən əldə edilən ilkin məlumatlara görə, düşmən bir neçə zirehli texnikanı ərazimizə keçirə bilib, istiqamət Kurilovka və Qonçarovkadır, düşmən müdafiəni tanklarla yarmağa çalışır. Ukrayna Silahlı Qüvvələrinin Sudja şəhərini atəşə tutması davam edir”.

Ukrayna kəşfiyyatına istinad edən Ukrayna mətbuatı isə yazır ki, Rusiya hərbi birləşmələri Kursk vilayətinin bir hissəsinə və sərhədə nəzarəti itirblər.

Bununla yanaşı, Ukrayna Baş Kəşfiyyat İdarəsindəki mənbənin “NV”-yə verdiyi məlumata görə, bu hücumda Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən Rusiya Könüllülər Korpusunun (RDK) döyüşçüləri iştirak etmir. Belə çıxır ki, sərhədi keçərək Kursk vilayətinə hücum təşkil edən birbaşa Ukrayna hərbi birləşmələridir.(azpolitika)

Share on Facebook