Cəbrayılda ağır qəza: Müharibə iştirakçısı həyatını İTİRDİ

Cəbrayılda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Karxulu kəndi ərazisində qeydə alınıb. "Mitsubishi" markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirərək aşıb. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir nəfər isə həyatını itirib. Qəza nəticəsində həlak olan 1981-ci il təvəllüdlü Nicat Ağayevin Lənkəran sakini olduğu bildirilir. Mərhum ehtiyatda olan hərbi qulluqçu olub. 44 günlük Vətən müharibəsi iştirak edib və bir sıra medallarla təltif olunub. DİN-nin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumatı təsdiqləyiblər. Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Axtarışda olan şəxs Rusiyadan Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Taleh Becanovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verilib. Xətai rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Taleh Becanovun Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Taleh Becanov Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Ukrayna ordusu Kurskda genişmiqyaslı hücuma KEÇİB

Yanvavarın 5-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində cəbhənin bir neçə sektorunda genişmiqyaslı hücuma keçib. Ruslar üçün bu əməliyyat tamamilə gözlənilməz olub. Sozcu.az xəbər verir ki, məlumatı Ukrayna mətbuatı yayıb. “Kursk bölgəsindəki ruslar çox narahatdırlar, çünki onlar bir neçə istiqamətdə hücuma məruz qalıblar və bu, onlar üçün gözlənilməz olub”, - xəbərdə deyilir. Hücum əməliyyatını Ukrayna Prezidentinin Aparat rəhbəri Andrey Yermak da təsdiqləyib. Rusiya Müdafiə Nazirliyi də Ukrayna Silahlı Qüvvələrinin yanvarın 5-də səhər saatlarında Kursk vilayətində başlayan hücumunu təsdiq edib. Ukrayna KİV-i bildiri ki, Rusiya artilleriyası hücumun qarşısnı ala bilmir. Qeyd olunur ki, Sudjanski rayonundan Berdin-Bolşoye Soldatskoye istiqamətində zirehli texnikadan istifadə etməklə hücum aparılır. Ukrayna Silahlı Qüvvələrinin hücumu fonunda Rusiya Federasiyasının müdafiə nazirinin müavini Yunus-Bek Evkurov təcili olaraq Kursk vilayətinə gəlib.

Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Fikrət İsmayılov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Təyyarə eniş zolağından kənara çıxdı

Rusiyada Moskvadan Norilskə (Krasnoyarsk diyarı) gələn "Sibir Hava Yolları"na məxsus "Airbus 321A" təyyarəsi hava limanına endikdən sonra dönərkən uçuş-enmə zolağından kənara çıxıb. Sozcu.az xəbər verir ki, təyyarənin göyərtəsində 79 sərnişin olub.

Xəzər dənizində ard-arda zəlzələ oldu

Yerli vaxtla saat 6:40-da Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib. Bundan başqa, yerli vaxtla saat 6:46-da Xəzər dənizində 3 maqnitudalı ikinci zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib. Xatırladaq ki, bu, dekabr ayında dənizdə qeydə alınan 7-ci təbiət hadisəsidir. Belə ki, dekabrın 18-də, 25-də, 26-da (iki dəfə) və 29-da da Xəzərdə zəlzələlər qeydə alınıb.

ABŞ-dan Ukraynaya 1 milyard dollarlıq hərbi yardım

ABŞ prezidenti Co Bayden Kiyevə ilin son hərbi yardım paketini ayırıb. Sozcu.az xəbər verir ki, yardım paketi 1 milyard 250 milyon dəyərindədir. Hərbi yardım paketinin daxilində bir sıra hərbi texnika, sursatlar üzbəüz döyüş silahları olacaq. Nəzərdə tutulan vasitələrin hamısı ABŞ istehsalıdır.

Putinin Kremldə ona nə deməsindən asılı olmayaraq...

Ukraynaya elektrik enerjisi idxalında Slovakiyanın payı təxminən 19% təşkil edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O qeyd edib ki, ölkə rəsmilərinə vahid Avropa enerji sisteminin sabitliyini və Avropa enerji qaydalarını qorumaq üçün bütün tərəfdaşlarla birlikdə hər şeyi etmək barədə tapşırıq verib. "Putinin Kremldə olarkən Fitsoya nə deməsindən asılı olmayaraq, Avropa qaydaları Moskva ilə əlaqələrindən daha güclü olmalıdır", - Zelenski vurğulayıb. Qeyd edək ki, Slovakiya Baş naziri Robert Fitso növbəti ildən Ukraynaya enerji tədarükünü dayandıracağını bildirib.

Qəzada həlak olan 24 nəfərin nəşi Bakıya gətirilir

AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin cənazəsi Bakıya gətirilir. Sozcu.az xəbər verir ki, cənazələr yaxın vaxtlarda Bakıya təyyarə ilə çatacaq. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Hadisə ilə bağlı Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək üzrxahlıq edib.

Gürcüstanda güclü zəlzələ oldu

Gürcüstanın Dmanisi şəhəri (Kvemo Kartli regionu) yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytı məlumat yayıb. Bildirilib ki, Tiflis vaxtı ilə saat 15:44-də qeydə alınan zəlzələnin episentri 15 kilometr dərinlikdə, Soqulotlo kəndindən iki kilometr məsafədə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Hərbi xidmətə çağırış yaşı 30-a endirildi

Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif olunan dəyişiklikləri qəbul edib. Sozcu.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Xatırladaq ki, hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir. Layihəyə əsasən, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir. Qeyd olunub ki, hazırkı qanunvericiliyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti üçün son yaş həddi 36,5 yaşdır. Bununla bərabər, təklif edilən dəyişikliklə çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər. Qeyd olunub ki, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Müzakirələrdən sonra layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi

Dünən səhər saatlarında “Pantsir-1C” raketinin bir hissəsi Vladiqafqaz istiqamətində düşüb. Sozcu.az “Bez Tormozov” kanalına istinadla xəbər verir ki, bu barədə Rusiya hökumətyönlü kanalları görüntülər paylaşıb. Bəzi məlumatlara görə, eynilə belə bir raket bloku Qroznının Şali rayonuna düşüb. Lakin Azərbaycan sərnişin təyyarəsinin qəzaya uğraması fonunda yayılan məlumatlardan sonra görüntülər silinib. Qeyd edək ki, dünən Bakı-Qroznı istiqamətində uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarə Qroznı üzərində “Pantsir” raketinin hədəfinə tuş gəlib.