Ukrayna ordusu Kurskda genişmiqyaslı hücuma KEÇİB

Yanvavarın 5-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində cəbhənin bir neçə sektorunda genişmiqyaslı hücuma keçib. Ruslar üçün bu əməliyyat tamamilə gözlənilməz olub.

Sozcu.az xəbər verir ki, məlumatı Ukrayna mətbuatı yayıb.

“Kursk bölgəsindəki ruslar çox narahatdırlar, çünki onlar bir neçə istiqamətdə hücuma məruz qalıblar və bu, onlar üçün gözlənilməz olub”, - xəbərdə deyilir.

Hücum əməliyyatını Ukrayna Prezidentinin Aparat rəhbəri Andrey Yermak da təsdiqləyib.

Rusiya Müdafiə Nazirliyi də Ukrayna Silahlı Qüvvələrinin yanvarın 5-də səhər saatlarında Kursk vilayətində başlayan hücumunu təsdiq edib.

Ukrayna KİV-i bildiri ki, Rusiya artilleriyası hücumun qarşısnı ala bilmir.

Qeyd olunur ki, Sudjanski rayonundan Berdin-Bolşoye Soldatskoye istiqamətində zirehli texnikadan istifadə etməklə hücum aparılır.

Ukrayna Silahlı Qüvvələrinin hücumu fonunda Rusiya Federasiyasının müdafiə nazirinin müavini Yunus-Bek Evkurov təcili olaraq Kursk vilayətinə gəlib.

Share on Facebook